8-03-2015, 21:25 Oxunub: 842

Müharibə zonasında gözəllik müsabiqəsi

Müharibə zonasında gözəllik müsabiqəsiYarış Donetsk uğrunda döyüşən qadın üsyançılar arasında olub

8 Mart beynəlxalq qadınlar günü münasibətilə Ukraynanın Rusiyayönümlü üsyançıların nəzarəti altında olan Donetsk şəhərində gözəllik müsabiqəsi keçirilib.
ANS TV-nin məlumatına görə, bu müsabiqəni digərlərindən fərqləndirən onun Donetsk uğrunda döyüşən qadın üsyançılar arasında keçirilməsi olub.
Son bir ildə əsgər çəkməsi və kamuflyaj geyim geyinən üsyançı qadınlar bu dəfə ziyafət geyimləri və hündürdaban ayaqqabı ilə göz oxşayıblar.

8 Mart beynəlxalq qadınlar günü ərəfəsində keçirilən gözəllik müsabiqəsində iştirak edənlər arasında Rusiyadan gələrək üsyançılara qoşulan rus qadınları da olub.