"Bu küçə göydən düşməyib ki?!" - Adil Vəliyevin nəzər-diqqətinə...
Dunya / Bolge
Oxunub: 987
20 sen 2018 | 16:19
  "Bu küçə göydən düşməyib ki?!" - Adil Vəliyevin nəzər-diqqətinə...















Bakıda doğurdan da yollar bitər, problem bitməzmiş. Bir zamanlar şayiələr yayırdılar ki, şəhərin yolları qızıldan olacaq, hər səhər şampunla yuyulacaq.

Amma bura Amsterdam deyil. Ona görə paytaxtın yolları, küçələri, ara məhəllələri yamaq-yamaq, dağım-dağımdır.

Məsələn, siz metronun “Koroğlu” stansiyasından Zabrat qəsəbəsinə gedən yolda ilk işıqfordan sola dönün. Bu zaman qarşınıza bir məhəllə çıxacaq.

Darısqal, maşınların çiyin-çiyinə getdiyi bu məhəllə Sabunçunun Elşən Mehdiyev küçəsidir, köhnədən isə II Mədən adlanır.

E.Mehdiyev küçəsi Suriyanın müharibə görmüş Rakka şəhərinə oxşayır: yollar darmadağın, qazıq-qazıq, kələ-kötür vəziyyətdədir. Avtomobillər bu küçədə çuxurların başına dolanaraq keçirlər, qaranlıqda isə gözün görməsə sanki quyuya düşürsən…

Məhəllənin sakinləri həm “Azərbaycan Avtomobil Yolları Agentliyi”, həm Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət ediblər ki, özləri gəlib görsünlər.

Yəqin ki, hər iki qurumun əməkdaşları xidməti avtomobillə E.Mehdiyev küçəsinə təşrif buyursalar, bu acınacaqlı mənzərənin şahidi olarlar, maşınları nə günə saldığını görərlər.

Ən əsası yağışlı havalarda bu küçəyə girmək olmur. Məktəblilər əziyyət çəkirlər, yaşlı adamlar qaloşdan istifadə edirlər.

Yəni, bura Amsterdam deyil, 2018 geridə qalır və inkişafda olduğu deyilən Bakının mərkəzdən uzaq olmayan bir yaşayış massivində Zimbabvedə, Mozambikdə olan yol problemi var.

Sakinlərin sözlərinə görə, AAYDA bu küçənin onların balansında olmadığını bildirib. Sabunçu RİH isə yaxın durmur.

Ona görə çarəsiz qalan sakinlər ironiya ilə bildirirlər ki, yolun düzəldilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə ya da Xarici İşlər Nazirliyinə müraciət etməyə hazırlaşırlar.

“Bu küçənin yolları göydən düşməyib ki?! Bir müddət əvvəl məcbur qalıb özümüz pul yığdıq, yola “obxod” tökdük, ancaq çi fayda?!

İndi də heç bir aidiyyatı qurum öz üzərinə götürmür. Ona görə Elmar Məmmədyarovla İnam Kərimova gözümüzü dikmişik, bəlkə onlar bizə asfalt çəkərlər”, – sakinlərdən biri istehza ilə şikayətlənir.

O, qabaqdan qış gəldiyini, yağışlı günlərin başladığını bildirir və yolların bərbad günə düşəcəyini, məktəblilərin palçıq içində olacağını yada salır. Deyir ki, tezliklə əlaqədar qurumlar tədbir görməlidirlər…  "Bu küçə göydən düşməyib ki?!" - Adil Vəliyevin nəzər-diqqətinə...  "Bu küçə göydən düşməyib ki?!" - Adil Vəliyevin nəzər-diqqətinə...  "Bu küçə göydən düşməyib ki?!" - Adil Vəliyevin nəzər-diqqətinə...  "Bu küçə göydən düşməyib ki?!" - Adil Vəliyevin nəzər-diqqətinə...  "Bu küçə göydən düşməyib ki?!" - Adil Vəliyevin nəzər-diqqətinə...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır