13-03-2015, 15:22 Oxunub: 565

İŞİD rəhbərliyindən şok açıqlama

 İŞİD rəhbərliyindən şok açıqlama

Təkfirçi terror təşkilatı İŞİD-in rəhbəri Əbu Bəkr əl-Bağdadi İraq ordusu və xalq qüvvələrinin Tiqritə qarşı bir neçə gün əvvəl başlayan əməliyyatlarında İŞİD təşkilatının ağır itki verdiyini etiraf edib.

Azerinfo.az-ın FaktXəbər-ə istinadən yaydığı məlumata görə, terror təşkilatına bağlı "əl-Xilafə" radiosu vasitəsilə mesaj yayımlayan Əl-Bağdadi Tiqritdə İŞİD-in ağır məğlubiyyət almasına səbəb kimi ən əhəmiyyətli faktorun İŞİD-çilərin əhval-ruhiyyələrinin aşağı olması olduğunu bildirərək, xadimlərdən əhvallarını yüksək tutmalarını istəyib.

Bu arada İŞİD sözçüsü Əbu Məhəmməd əl-Adnani də İŞİD təşkilatının İraq və Suriyada ağır məğlubiyyətlər aldığını etiraf edərək, həmin iki ölkədə İŞİD-in hədəflərinə çata bilmədiyini, buna görə də terrorçuların Qərbi Afrikaya üz tutmalarını istəyib.