16-03-2015, 13:10 Oxunub: 664

Putin Rusiya ordusunu ayağa qaldırdı

Putin Rusiya ordusunu ayağa qaldırdı

Rusiyada 38 min hərbçini ani həyəcan siqnalı ilə ayağa qaldırıb.

azerinfo.az Avropa.info-ya istinadən xəbər verir ki, 11 gündür ictimaiyyət arasına çıxmayan Putin Şimal hərbi donanmasını və Qərb hərbi dairəsinin hava-desant qoşunlarını tam döyüş hazırlığı vəziyyətinə gətirib. Yoxlamalar ani şəkildə olub.

Bu haqda Müdafiə naziri Sergey Şoyqu məlumat yayıb.

Döyüş hazırlığına 3360 hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və vertolyot cəlb olunub.