Qobustanda ÖZBAŞINALIQ - GİLEY
Dunya / Bolge
Oxunub: 937
12 okt 2018 | 17:16
Qobustanda ÖZBAŞINALIQ - GİLEY















Qobustan rayonu, Qaracüzlü kənd sakinlərindən Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu Abdullayev Soltan Abdulla oğlu, Xalıqov Təbriz Babazadə oğlu, Hüseynov İbrahim Məhəmmədəli oğlu və Yusifov Əzim oğlu tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də daxil olan müraciətdə deyilir.

"Əvvəlcə xatırladaq ki, biz, Qobustan rayon Qaraçüzlü kənd sakinlərinə yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən yaşadığımız kənd ərazisinə aid kənd təsərrüfatlı torpaqlardan pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısı) onlara verilmiş pay torpağn Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını toplamış və 2006-cı ilin aprelin 2-də Bakı şəhəri, Mustafayev küçəsi,ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək 1 ha-I özünün dediyi kimi 200 manata saxta sənədlərlə sataraq bizə külli-miqdarda ziyan vurmuşdur.Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan Notariat kontorunun rəisi olmuş T.Seyidovla əvvəlcədən razılaşaraq alqı-satqı müqaviləsi bağlamaq üçün bizim, 40 ailə başçısının adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından razılıq ərizələri tərtib edərək eyni reyestr nömrəli 02 aprel 2016-cı il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib etmişlər Nəticədə M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilmişdir.

Digər fakt ondan ibarətdir ki, Aqrar İslahatla parallel olaraq hər bir kənd sakininə düşən mülk pay bölgüsü zamanı da keçmiş bələdiyyə sədri olmuş Ə.Musayev bütün əsas pay mülklərini yalnız özünə və yaxın qohumlarının adına saxtakarlıqla sənədləşdirməklə mənimsəmişdir. Belə ki, 4 ədəd iri həcmli qoyun fermalarının hamısını öz əlinə keçirmiş və bu əmlakların üçünü kənar şəxslərə satmış, qalan birini isə bu günədək yenə hansısa kənar şəxsə ili 6000 manat olmaqla icarəyə verərək qanunsuz varlanmaqla məşğuldur. Halbuki biz əldə etdiyimiz arxiv arayışına görə bird aha sübut edirik ki, bu əmlakın bir hissəsi olan ferma binası biz 16 ailənin mülkiyyətindədir. Buna baxmayaraq əmlakımızın bizə geri qaytarılması barədə istər yerli, istərsə də yuxarı orqanlara etdiyimiz şikayətlərə hələlik reaksiya verən olmayıb. Dəflərlə Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab A.Məmmədovun qəbulunda olmuşuq. Sağ olsun tapşırıqlar verib. Amma hələ də nəticəsi yoxdur. Biz də bir insane kimi heyvandarlıqla pay verilmiş əmlakımızdan istifadə etməklə güzəran edib ailəmizi dolandırmaq istəyirik. Lakin bu saxta diplom sahibi olan Ə.Musayev millətin başına oyun açmaqla məşğuldur.

İndi ümidimiz yalnız Dövlətimizin başçısı çoxhörmətli İlham Əliyevə qalmışdır. Çox xahiş edirik ki, əmlakımızın ələ keçirilməsi zamanı baş vermiş bütün sənəd saxtakarlıqları, bizim torpağımızdan istifadə etməklə (526 ha) dövlətdən son illər formal kağız üzərində oğurlanaraq talan edilən subsidiyalar, biz kənd sakinlərinə düşən əmlak paylarımızı mənimsəmiş Əlikram Musayev dəstəsinin fəaliyyətinin tam araşdırılaraq hüquqi qiymətin verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ