Qarabağ veteranı olan başçı iki şəhid anasını söyüb: "Torpağı 50 manatdan satırsan..." - Video
Dunya / Bolge
Oxunub: 1 136
25 okt 2018 | 12:20
Qarabağ veteranı olan başçı iki şəhid anasını söyüb: "Torpağı 50 manatdan satırsan..." - Video














İki şəhid vermiş Səyyarə Nəcəfova Xocavənd icra başçısı Eyvaz Hüseynov tərəfindən təhqir olunduğunu bildirir

Cahan.info xəbər verir ki, şəhid anası icra hakimindən taxıl əkib dolanmaq üçün torpaq sahəsi ayırmasını istəyib.

Amma E.Hüseynov dəfələrlə onun qəbuluna gələn iki şəhid anası ilə görüşməyib. S.Nəcəfova bildirir ki, icra başçısı ona nə ev, nə torpaq verib: "Mənə həmişə "yox" deyib. Mən icra hakimiyyətinin qapısında duranda işə çıxmır.

Elə ki, Bakıya qayıdıram, arxamca nalayiq söyüşlər deyir. Bunu mənə xəbər verirlər. Mən səndən nə tələb edirəm ki? Deyirəm torpaq ayır, taxıl əkim, dolanım...

Hektarı 50 manatdan torpağı sata bilirsiniz, torpaq üçün can verən şəhidin anasına torpaq vermirsiniz. İndi 10 illik müddətinə hektarı 250 manatdan torpaq verirlər.

Amma mənə çatanda torpaq ayırmırlar. Mən şəhid ailəsiyəm, sənə neyləmişəm ki, ay Eyvaz müəllim məni təhqir edirsən? Sənə yalvarmıram, möhtac deyiləm, pul istəmirəm. Deyirəm ki, torpaq verin, taxıl əkim, dolanım.

Prezidentə, Mehriban xanıma yazdığım məktublar da çatmır. Eyvaz Hüseynovun müavini deyir ki, onsuz torpağı alıb satacaqsan, gedib Bakıda oturacaqsan. Bəs siz torpaqları satıb yeyə bilirsiniz? Hansı əsasla, hansı qanunla?"

S.Nəcəfova qeyd edib ki, Xocavəndin icra başçısının təhqirləri şəhidlərə hörmətsizlikdir: "Mənim şəhidlərimin ruhu necə inciyir, onların anasını təhqir edirlər. Sənə kim bu haqqı verib?

Prezidentdən xahiş edirəm ki, məktublarım çatmır, icra başçısı məni qəbul eləmir, onda Eyvaz müəllimdən hesab tələb etsin - niyə şəhid anasını söyür.."

E.Hüseynovun şəhid ailəsini aşağılaması digər məmurlardan fərqli olaraq, ona yaraşmaz. Birincisi, Qarabağ müharibəsi veteranıdır.

1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaradıb, həmin dəstənin komandiri olub. Torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanıb.

Rəhbərlik etdiyi Xocavənd batalyonu dəfələrlə düşmənə zərbələr vurub. Xocavənd istiqamətində bütün döyüş əməliyyatlarına birbaşa rəhbərlik edib. O, həm də Milli Qəhrəman İbad Hüseynovun qardaşıdır.

Cahan.info xəbər verir ki, ölkənin ən çox vəzifə başında qalan məmuru Xocavənd rayonun icra başçısı Eyvaz Hüseynovdur. Bəli, məhz Eyvaz Hüseynov.

Mövzuyla bağlı ölkə mətbuatında çoxsaylı araşdırmalar aparılıb, hansı nazirin və ya nazir müavinin neçə il vəzifə başında qalması araşdırılıb.

Amma nədənsə bu zaman diqqətdən qaçıb ki, Eyvaz Hüseynov nə az, nə çox - düz 22 ilə yaxındır ki, Xocavənd rayon icra hakimiyyətinin başçısı postunda əyləşib.

Məlumata əsasən Xocavən rayonunda 6280 hektar torpaq sahəsi subsidiya yardımına yazdırılıb. Bildirilir ki, sənədlərdə qeyd olunan 6280 hektar torpaq sahəsinin təxminən 4 min hektara yaxını rayon icra başçısı Eyvaz Hüseynov və onun müavini, aqrar məsələlər üzrə şöbənin müdiri Rafael Mustafayev tərəfindən saxta sənədlər əsasında subsidiya yardımı siyahısına salınıb.

Məlumatda qeyd olunur ki, artıq uzun illərdir ki, Eyvaz Hüseynov 4 min hektar torpaq sahəsinə subsidiya yazıdırır və hər il bu yolla adı altında dövlət büdcəsindən yüz min manatlarla vəsaiti mənimsədiyi bildirilir.

Eyvaz Hüseynov müavini ilə əlbir olaraq 4 min hektar torpaq sahəsinə verilən 700 tona yaxın azot gübrəsini müxtəlif şəxslərin əli ilə Beyləqan, Ağcabədi və İmişli bazarlarına satdırıb. İcra başçısı olduğu 22 il ərzində Eyvaz Hüseynov vəzifəsindən istifadə edərək böyük fermerə çevrilib.

Onun və qardaşlarının minlərlə qoyun-quzusu, mal-qarası, təsərrüfatı, ilxısı var. Xırda emal sexləri açıb özü üçün.

Hazırda bütün diqqətini biznesini genişləndirmək olan icra başçısının rayonu necə idarə etməsinə gəlincə isə bu sahədə durum sözün əsl mənasında bərbaddır. Eyvaz Hüseynov rayonu talamaqla məşğuldur.

Belə ki, rayondakı dövlət idarələrini çapıb-talayan Hüseynov heç bir şikayətə, xahişə məhəl qoymur. Əksinə, yaxın adamlarına da şərait yaradır ki, məcburi köçkün taleyi yaşayan insanları ağır şərtlər altında soyub-talasınlar.

İddia olunur ki, icra başçısı şəxsən rayondakı dövlət idarələrinə hər ay qeyri-qanuni haqq ödəməyi tapşırıq verib. Faktiki olaraq rayonda korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığı hökm sürür.

Xocavənd rayonu faktiki olaraq işğalçı Ermənistan Ordusunun əlindədir. Eyvaz Hüseynov isə Qarabağda vuruşduğunu əsas gətirərək rayonu “ikinci işğal”a məruz qoyub.

Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh