ZİYƏDDİN ƏLİYEVİN KARYERASI VƏ KARYERLƏRİ.VIDEO
Dunya / Bolge / Video
Oxunub: 1 192
25 okt 2018 | 17:31
ZİYƏDDİN ƏLİYEVİN KARYERASI VƏ KARYERLƏRİ.VIDEO






Dövlətin elan etdiyi ekoloji cəhətdən dayanıqlı sosial iqtisadi inkişaf strategiyası ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii ehtiyatların rasional istifadəsi və bərpası, ekoloji təhlükəsizliyin təmin olunmasını əsas hədəf kimi müəyyənləşdirib. Sözügedən istiqamətdə son illər həyata keçirilən çoxsaylı ekoloji layihələr də bunu aydın göstərir. Amma təəssüf ki, ekologiyaya ziyan vuran hallara rast gəlinir. Qeyri-neft iqtisadiyatı dönəmində dövlət tikinti sektorunun inkişafına kompleks yanaşır və mövcud reallıqlar da dediklərimizi təsdiqləyir. Artıq tikinti materiallarının əksəriyyəti yerli istehsal hesabına ödənilir. Bunun da təxminən 80 %-dən çoxu özəl sektorun payına düşür. Bu sahədə yerli şirkətlərin sayı son 15 ildə üç dəfəyədək artıb. Daş ,qum, çınqıl kimi tikinti materiallarına tələbatı demək olar ki, bütünlüklə yerli müəssisələr, sahibkarlar ödəyirlər. Lakin bəzi hallarda sözügədən sahədə istehsal prosesi ekoloji tələblərə cavab vermir. Əlbəttə, sözügedən karxanalar ekoloji tələbləri pozduğundan atmosferə ciddi ziyan vurur, torpağın münbit qatı dağıdılır, çayların təbii yataqları məhv edilir. Bütün bunlar isə fəsadsız ötüşmür, nəticədə ekoloji tarazılığa və sonda hər birimizin həyatına mənfi təsirini göstərir. Məlum olduğu kimi, bu yay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yerin təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilmişdir. “Göyçay qum-çınqıl” yatağında fiziki və hüquqi şəxslərə məxsus karxanaların fəaliyyətində aşkarlanmış qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə başlanmış cinayət işlərinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Qeyd edilən iş üzrə aparılmış istintaq zamanı ayrı-ayrı fiziki və hüquqi şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl olunmaması, dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələrinə əsaslı şübhələr müəyyən edilmiş, cinayət işləri açılmışdır. Həmin cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində təbiətə və dövlətə 5,5 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 44 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın bir qisminin ödətdirilməsi təmin edilmişdir. Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərə məxsus əmlak üzərinə həbs qoyulmaqla cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Hazırda respublikanın digər bölgələrində bu sahədə yol verilmiş qanun pozuntuları ilə bağlı istintaqı aparılan digər cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Müşahidələrimiz və yerlərdəki informatorlarımızdan aldığımız məlumata görə, fəaliyyətində qanun pozuntularının və ekologiyaya ziyan vuran neqativ halların yer aldığı karxanaların bir çoxu Quba rayonu ərazisində yerləşir. Heç kəsə sirr deyil ki, həmin karxanaların monopolisti məhz Quba rayonunun hazırki İcra Hakimiyyəti başçısı, əslən Qərbi Azərbaycandan olan Ziyəddin Əliyevdir. Bildirilir ki, o, hələ vaxtilə Abşerondakı 2 saylı Yol Təmir Tikinti İdarəsində rəis işləyəndə uzaqgörənliklə gələcəyinin tədarükünü görüb, Qubadakı «karyer biznesi»ni qurub, rayonda 3 karxana, 1 zavod işə salıb. Qubada olarkən həmin müəssisələri görməyə müvəffəq olduq və yuxarıda sadalanan neqativ halların hamısına rast gəldik. Ziyəddin Əliyev İcra Hakimiyyətinə ayrılan dövlət vəsaitini də Güloğlan adlı yaxın adamının idarə etdiyi, məhz özünə məxsus həmin müəssisələrə yönəldir.
Qarşı tərəfin də mövqeyini bildirmək haqqını tanıyırıq.


Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”