Sensasiya: Fətullah Gülənin mediası rəsmən "erməni soyqırımı"nı tanıdı - Fotofakt
Dunya
Oxunub: 1 286
23 mar 2015 | 21:20
Sensasiya: Fətullah Gülənin mediası rəsmən "erməni soyqırımı"nı tanıdı - Fotofakt

















Bir müddət öncə Avropa.info saytı Türkiyədə Fətullah Gülən şəbəkəsinin qondarma "erməni soyqırımı" ilə bağlı keçiriləcək aksiyalara dəstək verəcəyi haqda sensasion informasiya yaymışdı.


Məlumatda bildirilirdi ki, Türkiyənin Milli İstiqbarat Təşkilatı (MİT) artıq bunula bağlı ciddi informasiyalar əldə edib. Ermənilərə dəstək vermək üçün, Gülən camaatının nəzarətində olan media quruluşlarına, ayrı-ayrı nüfuzlu şəxslərə konkret olaraq Penselvaniyadan tapşırıqlar gəlib.

Mart ayının sonları, aprelin əvvəllərindən etibarən Gülənə məxsus olan media orqanlarında "erməni soyqırımı" ilə bağlı təbliğat aparılacağı gözlənilir. Bundan başqa , paralelçilər ermənilərin keçirdiyi müxtəlif tədbirlərə də qatılacaqlar.

"Gülən camaatı Türkiyədə yaşayan ermənilərin müxtəlif toplantılarına dəstək verərək, "Bunlar da Türkiyə vətəndaşlarıdır" devizindən istifadə edəcəklər. Lakin əsas məqsəd Penselvaniyadan alınan tapşırıq əsasında "erməni soyqırımı" na dəstək vermək olacaq".

Çox gözləmək lazım gəlmədi. Xocalı soyqırımının 23 illiyi zamanı dünyanın bir çox nüfuzlu media oraqnları bu həqiqi soyqırım haqqında informasiyalar, reportajlar yamasına baxmayaraq, heç kimin gözləmədiyi halda Gülən mediası bu haqda bir cümləlik belə məlumat yaymadı. Reportaj bir yana dursun, Gülənçilər heç informasiya xarakterli məlumat yaymağı belə çox gördülər. Görünür erməni sevgisini buna imkan vermirmiş. Buyurun bu da fakt.

Gülənə məxsus “Zaman” qəzetinin əcnəbi yazarı Joost Lagendijk Türkiyə hökumətinin Çanaqqala Savaşının 100 illiyi tədbirlərinin keçirilməsi haqda qərarını yazdığı yazıda həyasızcasına belə şərh edir:

“24 aprelin üfüqdə görünməsi ilə birlikdə, artıq qaçacaq yer qalmadı. O gün dünyanın dörd bir yanında insanlar ERMƏNİ SOYQIRIMINI xatırlayacaq.

Türk hökuməti diqqəti ERMƏNİ SOYQIRIMININ YÜZÜNCÜ İL DÖNÜMÜNDƏN başqa yönə çəkmək məqsədiylə Çanaqqala Savaşının 100-cü il dönümünü 25 apreldən eyni günə daşıyaraq, utanmazcasına, açıq şəkildə bir işə girişdi. Bu səy işə yaramayacaq və Türkiyə boş yerə etibarsızlaşdırılacaq”.

Bu sözlər hansısa erməni qəzetində yazılmayıb. Azərbaycanda da bürosu fəaliyyət göstərən “Zaman” qəzetində yayılıb. Bu da fotofakt. Buyurun yazının əslini də oxuyun.

Sensasiya: Fətullah Gülənin mediası rəsmən "erməni soyqırımı"nı tanıdı - Fotofakt

























Daha əvvəl də yazmışdım. Bəzi məlumatlara görə, Gülən məktəbləri Azərbaycanda indi də başqa adlar altında fəaliyyət göstərir. Əgər Gülənçi şəbəkə hələ də ölkəmizdə təhsil pərdəsi altında fəaliyyətdədirsə, buna yenidən baxmağımız lazımdır. Mütləq. Bunlar açıq şəkildə mövqe ortaya qoyurlarsa, biz nədən mövqe sərgiləməyək. "Erməni soyqırımı" iddialarını açıq şəkildə dəstəkləyən gülənçilərlə bizi nə birləşdirə bilər axı. Daha Xocalıdan da böyük acımız nə ola bilər ki? Bu acını bizimlə birgə paylaşmayanların bizimlə ortaq nə işləri ola bilər ki? Xocalı soyqırımı haqqında bir xəbər belə yaymayan Samanyolu TV-nin bizim efir məkanında nə işi var?
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar