Ağstafa vəziri-xanının “bazar sərgüzəşti”: icra hakimi gülməli hala düşdü - Foto
Dunya / Bolge
Oxunub: 1 101
31 okt 2018 | 13:40
Ağstafa vəziri-xanının “bazar sərgüzəşti”: icra hakimi gülməli hala düşdü - Foto














Avropa ölkələrində nazirlər, məmurlar marketə velosipedlə gedirlər. Bu faktları mediadan görmüşük. Onlar sadə vətəndaş kimi bazarlıq edərək evlərinə qayıdırlar.

Bu günlərdə Ağstafanın icra başçısı Məhərrəm Quliyev də rayonun mərkəzi bazarına təşrif buyurub. Amma onun məqsədi evinə bazarlıq etmək yox, nəzarət olub.

Cahan.info xəbər verir ki, “Xalq” qəzetində bəh-bəhlə təqdim edilən və təriflənən bu ziyarətin kosmetik xarakterli, şou məqsədi daşıdığı fotolardan görünür.

Ən azı icra başçısının əlində bir zənbil və ya paket yoxdur ki, bazarlıq etdiyi görünsün. Bazarda satıcılar dimdik duraraq sanki əyalətin padşahını qarşılayırlar. Yan-yörəsindəki müavinləri də vəzir-vəkil təəssüratı oyadır.

Sultan Süleyman dövründə saraydan bazara gedən şah və əyanları tərəzini ölçər, müştərinin aldadılmasını təftiş eləyər, harama əl atan cəzalandırılardı.

Ağstafa mərkəzi bazarına səfər edən M.Quliyev isə heç nizam-tərəzini də yoxlamayıb və yaxud bazardakı antisanitariyanı nəzərdən keçirməyib. İcra başçısı yaxşı olardı ki, satıcıların başını yayın istisində gün döyməsi, qışda qar-yağış vurmasını görsün.

M.Quliyev piştaxtaların qarşısından keçərkən çətirlər nəzərə çarpır. Amma icra başçısının diqqətini çəkmir ki, heç olmasa bazarın dam örtüyü tikilsin.

İcra başçısı görüntü naminə araşdırmır ki, bazarda baytarlıq şöbəsi, epidomologiya şöbələri necə işləyir, süni qiymət artımına yol verilirmi, satıcıların dərd-səri nədir...

Amma Ağstafa vəziri-xanının “bazar sərgüzəşti” əl cibdə gəzməkdən ibarət olub. Görəsən, nəyi yoxlayırlar, nəyə şahid olublar? Çox gülməli mənzərədir...

Bazarın dam örtüyünün yoxluğu bərq vurur, göz deşir, icra başçısı isə başını aşağı salaraq meyvə-tərəvəzin üzünə baxır. Hər halda satıcılar da xiyar-pomidordan şikayətlənməli deyildi. Ətrafda alıcılar da gözə dəymir ki, bazar olduğunu bilinsin.

Deməli, şah gəlməzdən əvvəl ətraf “süpürülüb”, ins-cins qalmayıb, bir quş da uçmayıb ki, amandır başçı bazara gəlib...

Cahan.info xəbər verir ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həftənin birinci və ikinci günləri rayonda, digər vaxtlarda Bakıda özünün biznesinin başında olur.

Rayonun idarəetməsini təhvil verib birinci müavini Ramiz Tatarova. Tatarov isə idarə, müəssisə, sahibkarlıq subyektlərindən rüşvət toplamaqla rayonda mağaza, obyekt yerləri, həyətyanı ev sahələrini satmaqla talançılıqla məşğul olur, Məhərrəm Quliyevə hər həftənin birinci günü “hesabat” verir.

İcra başçısı son zamanlar ona görə fəallaşıb ki, regionda baş verənlərdən narahatlanıb. Gəncə hadisələri xüsusi ilə onu həyəcanlandırıb. Ona görə Qarabağ əlilləri, şəhid ailələri ilə görüşməyə çalışır.

Əslində, büdcə pulları o qədər talanıb ki, M.Quliyevin rayon əhalisi üçün görəcəyi iş qalmayıb. Təkcə hələ Hesablama Palatasının 2014-cü il üzrə hesabatında Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.

Hesablama Palatası 2015-ci il üzrə hesabatında yenə Ağstafa rayonunda korrupsiya hallarının aşkarlandığını göstərib.

“Məlum olub ki, Məhərrəm Quliyevin rəhbərlik etdiyi rayonda büdcə vəsaitlərinin təyinatı üzrə, səmərəli xərclənməsi ilə bağlı problemlər nəinki həllini tapıb, hətta daha da dərinləşib”, - deyən mənbəmizin sözlərinə görə, bu dəfə də icra başçısı öz işçilərindən bəzilərini “qurban” verməklə, özünü sığortalamağa nail olub:

“Belə ki, aşkarlanan korrupsiya faktları ilə bağlı Ağstafa RİH-in 2 işçisi tutduğu vəzifədən uzaqlaşdırılıb, 4 işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq edilib.

Yəni yerli icra hakimiyyətindəki qanunsuzluqların məsuliyyəti bu dəfə də digər işçilərin üzərində qalıb, icra başçısına isə “gözün üstə qaşın var” deyən tapılmayıb”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...