Cəlilabadın baş həkiminə ittiham: işə qəbul 3000, şəkər dərmanı pullu...
Dunya / Bolge
Oxunub: 758
8 noy 2018 | 13:04
Cəlilabadın baş həkiminə ittiham: işə qəbul 3000, şəkər dərmanı pullu...













Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin qanunsuz hərəkətləri haqda məlumatlar sosial şəbəkələrdə sürətlə yayılmaqdadır

Cahan.info-nun verdiyi məlumata görə, baş həkim şəkərli diabet xəstələrinə ayrılan dərmanlar rayondakı apteklərin vitrinlərində satdırır. Bu xəbəri feysbukda “son xeber” səhifəsi yayıb.

Səhifədə gedən məlumatda bildirilir ki, İ.Əliyevin Cəlilabad səhiyyəsində fəaliyyəti həm tibb personalını, həm pasinetləri boğaza yığmaqdadır.

Tibb personalından hər ay qanunsuz haqq istənməsi, işə qəbulun isə 2000-3000 manat civarında dəyişməsi xüsusi vurğulanır.

Belə ki, Cəlilabad RMX-nın işçisi olmağın qiyməti 3000 manatdan aşağı deyil. Bu vəsaitin müəyyən hissəsinin Səhiyyə Nazirliyinə çatdığı iddia olunur.

Göründüyü kimi, İ.Əliyev prezident İlham Əliyevin siyasətinin əleyhinə fəaliyyət göstərməklə məşğuldur. Yəqin Qüdrət Şükürovun, Cahangir Hacıyevin aqibətini xatırlamır.

Amma bu, Cəlilabadın baş həkimi haqda ilk ittihamlar deyil. “Xahiş edirəm, mənə əlilliyin təyin olunmasına süni maneələr yaradan Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin özbaşınalığına son qoyasınız”.

Bu sözləri fevral ayında Cəlilabadın Söyüdlü kənd sakini Şahverənova Asudə Sabir qızı səhiyyə naziri Oqtay Şirəliyevə şikayətində bildirmişdi.

“Gözlərimin zəif görməsi ilə bağlı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən artıq ikinci dəfə rəy alaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasının Oftalmologiya şöbəsindən TSEK-ə çıxarış alıb ikinci dəfədir müraciət edirəm. Baş həkim İlham Əliyevə dəfələrlə müraciət etsəm də, o, məni qəbul etmir və hər dəfə get-gələ salır. Haqsız yerə incidilirəm”,-deyə şikayətlənmişdi.

Yazartv.az yaymışdı ki, baş həkim İlham Əliyevin rüşvətxorluqla məşğul olması araşdırıla bilər. Sayt yazıb ki, əlilliyin təyin olunması qaydaları, saxta stasionar xəstəlik sənədlərinin necə hazırlaması, vətəndaşlara qeyri-qanuni yolla gözdən əlil diaqnozunun hansı üsulla təyin olunması, hansı şöbələrdə hər ay neçə nəfərə saxta stasionar xəstəlik tarixi açılması və s. qanunsuz işlər baş həkim tərəfindən həyata keçirilir.

Cəlilabad rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində baş həkimin birbaşa göstərişinə uyğun olaraq, özü xarici ölkədə istirahət edən şəxslərə, bülleten əvvəlki tarixlərə açılması və bülletenə çıxan xəstələrə verilən əmək haqqının neçə faizinin baş həkimə çatması faktları adiləşib.

Təxirə salınmaz təcili tibbi yardım maşınlarının baş həkimin göstərişinə uyğun olaraq nəzərdə tutulan rayon ərazısındən 6 km aralı olan kəndlərə çağrışa getməli olduğu halda, rayon ərazisindən kənara çıxmırlar.

Buna səbəb 13 litr yanacaq ayrılmasını bəhanə gətirirlər. Nəticədə kəndlərə təcili yardım maşınları xəstələrin yanacaq pulu ilə gedirlər.

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasə elə cəlilabadlıların öz dili ilə desək "İRAN BAZARI”nı xatırladır. Qətiyyən inanmaq olmaz ki, hal-hazırkı şərtlər daxilində, bu Ticarət Mərkəzinin aylıq qazancı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının günlük qazancı qədər olsun.

Baş həkimin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb