İcra başçısının yeyintilərinə görə sələmçi maliyyə rəisi təşvişdə - Beyləqan dosyesi...
Dunya / Bolge
Oxunub: 926
15 noy 2018 | 15:00
İcra başçısının yeyintilərinə görə sələmçi maliyyə rəisi təşvişdə - Beyləqan dosyesi...















Beyləqan maliyyə idarəsi rəisi İslam Allahverdiyevin vəziyyəti pisləşib. Onun sözün hər iki mənasında əhvalı ağırdır. Bir tərəfdən icra başçısı Vaqif Abdullayevin işdən çıxarılması, bir tərəfdən maliyyə təftişi səhhətinə təsir edib.

Cahan.info-nun verdiyi məlumata görə, Beyləqanın maliyyə rəisi keçmiş icra hakiminin yeyintilərinin məsuliyyətini daşıyır. Mozalan.az yazıb ki, İ.Allahverdiyev qəfil xəstələnib. Onu Bakıya getdiyi deyilir.

Şəfasını xəstəxanada yoxsa hamilərinin yanında axtarması sirr olaraq qalır. Onun belə işlərdə “təcrübəsi” zəngindir. Dəfələrlə düşdüyü işlərdə "sudan quru" çıxmağı bacarıb.

Bir vaxtlar “Kapital Bank”ın filial direktoru işləyən maliyyə rəisinin bankın adı ilə külli miqdarda vəsaiti kredit şəklində yüksək faizlə vətəndaşlara verdiyi və maxinasiyadan il ərzində yüz min manatlarla qazanc əldə etdiyi üzə çıxmışdı.

Sonra bankdakı vəzifəsindən qovulan Allahverdiyev özünə 2 həftə ərzində Xocavənd maliyyə idarəsinin rəisi vəzifəsini tapa bilmişdi.

Xocavənd sakinlərinin iddiasına görə rayon maliyyə idarəsinin müdiri keçmək İslam Allahverdiyevə 100 min manata başa gəldi. Deyilənə görə vəsaitin yarısı rayon, yarısı isə Maliyyə Nazirliyinin rəhbərliyinə xərcləndi.

Az keçmiş İslam Allahverdiyevin Xocavənd maliyyə idarəsində sələmlə məşğul olması barədə saytlarda silsilə yazılar dərc edildi.

Xocavəndəki maliyyə idarəsinin müdiri sələm işini davam etdirir və demək olar ki, Beyləqan, Xocavənd, hətta Füzuli rayonun bir çox məmurları, idarə müdirləri təcili pul lazım olanda İslam Allahverdiyevin yardımından bəhrələnirlər.

Maliyyə idarəsinin müdiri isə öz növbəsində 8 faizlə məmurlara sələm verirmiş. Beyləqan Maliyyə İdarəsinin sabiq müdiri Oqtay Hacıyevin rayon əhalisinə hələ də məlum olmayan səbəbə görə işdən azad olunduqdan dərhal sonra, icra başçısının istəmədiyi halda, Xocavənddən Beyləqana müdir kimi transfer olunur.

Buna görə də daim Beyləqanın keçmiş icra başçısı Vaqif Abdullayevlə onun arasında ciddi narazılıqlar olub. İcra başçısı maliyyə idarəsinin müdirinin "sələm biznesi"ndən yaxşı qazanc əldə etdiyini önə çəkərək İslam Allahverdiyevin daim onu aldatdığını deyirmiş.

İslam Allahverdiyev isə hər yerdə icra başçısı Vaqif Abdullayevdən ciddi narazılıq edirmiş. Allahverdiyevin rayonun ən varlı şəxslərindən biri olmasından və sələm biznesindən yaxşı qazanc əldə etməsindən xəbərdar olan keçmiş icra başçısı idarə müdirini daim təzyiq altında saxlayırmış.

Buna görə də İ. Allahverdiyev tez-tez yaxın qohumlarının yanında Beyləqan maliyyəsinə müdir gəlməkdə böyük səhv etdiyini, 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin onu aldatdığını və icra başçısı Vaqif Abdullayevlə birlikdə işləməyin çox çətin, əzablı olduğunu dilə gətirirmiş.

Lakin bütün hallarda Abdullayevin maxinasiyalarında onun da imzası olub, hər nə qədər şikayətlənsə də külli-miqdarda qazanc əldə edib.

Son bir ildə İslam Allahverdiyev əlindəki 1 milyon manata yaxın vəsaiti Bakı şəhərində bir neçə obyekt və ev alınmasına yatırıb. İdarə müdirinin təkcə Beyləqanda 200 hektar torpaq sahəsi və 1500 baş qoyunu qaldığı deyilir.

Hələlik maliyyə rəisinin gələcəyi şübhə altındadır. Sabiq başçının xidmət dövrü total araşdırma ərəfəsindədir.

İslam Allahverdiyev 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevlə əlbir şəkildə çalışır və bu ikili bir çox təşkilatlara qarşı əsassız yoxlamalar apararaq onlardan “aylıq” tələb edirlər ki, onların bu “əməliyyatları” təkcə Beyləqan rayonu ilə əhatələnmir.

Məlumata görə 10 saylı Regional Maliyyə Müfəttişliyinin təşkilatlarda apardığı maliyyə yoxlamalarında İslam Allahverdiyev sadəcə olaraq “mələk” libası geyinərək vasitəçi, barışdırıcı rolunu oynayır.

Yəni yoxlanılan büdcə təşkilatının probleminin yoluna qoyulmasında Ədalət Nəbiyevlə idarə rəhbəri arasında əlaqələndirici rolunda çıxış edir.

İddiaya görə bu roluna görə öz faizini alan İslam Allahverdiyev yaxın ətrafı ilə söhbətdə həmişə 10 saylı Regional Maliyyə Müfəttişliyi rəisi Ədalət Nəbiyevdən payını kəsməsi iddiası ilə narazılıq da edir.

Bizimdovr.az-a daxil olan məlumatda vurğulanır ki, İslam Allahverdiyev Xocavənddə işlədiyi vaxt bəzi qalmaqalları ilə tanınıb. Həmin qalmaqallardan biri də məşhur “çəlik” məsələsidir ki, bu qalmaqal İslam Allahverdiyevi 10 min manata qədər ziyana salıb.

Həmin hadisənin şahidləri idda edirlər ki, Xocavəndin keçmiş baş həkimi Nürəngiz Bəşirova olmasaydı bəlkə də İslam Allahverdiyevə zorakılıq maddəsi ilə cinayət işi açılacaqdı. Bu isə onun karyerasının üstündən birdəfəlik xətt çəkmək demək idi.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb