İcra başçısına RÜŞVƏT İTTİHAMI - VİDEO
Dunya / Bolge / Video
Oxunub: 683
18 noy 2018 | 23:45
İcra başçısına RÜŞVƏT İTTİHAMI - VİDEO














Masallı rayon sakini Rafiq Abasət oğlu Həsənov BakuNews.az-a müraciətində bildirir ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev bu rayonda icarəyə götürdüyü 500 ha torpaq sahəsinin müqabilində 23 dekabr 2015-ci ildə 70 min manat pul alıb. Şikayətçi bildirir ki, o pulu Neftçala rayon torpaq şöbəsinin müdiri Mustafa Əliyevin iştirakı ilə verib. R.Həsənov əməkdaşımızla söhbətində bildirdi ki, RİHB-yə 70 min manat pulu verdikdən sonra İsmayıl Vəliyevin imzası ilə ona 2 sərəncam təqdim edilib. “Bu sərəncamlardan biri mənə 500 ha torpaq sahəsini icarəyə verməklə bağlı idi, digəri isə həmin ərazinin 1 ha-da müəyyən tikinti işlərinin aparılmasına icazə verilirdi.

Xatırladım ki, icarəyə götürdüyüm ərazidə 42 nəfər Neftçala sakini işləyirdi. Mən həmin ərazidə 120-dən çox iri buynuzlu, 600 baş isə xırda buynuzlu heyvan saxlayırdım. Təxminən bir il sonra Rafiq İbrahim adlı birinin təzyiqinə məruz qaldım. R.İbrahimov icra başçısının adından çıxış edərək mənə rəsmi icarəyə verilmiş ərazidən çıxmaq üçün müxtəlif vasitələrlə təzyiqlər etməyə başladı. Məsələ ilə bağlı RİH-ni hüquq şöbəsinin müdirinə müraciət etdim. əvəzində isə o mənə şikayət etməməyi məsləhət gördü. Belə olan təqdirdə müxtəlif instansiyalara, o cümlədən ölkə başçısına, I vitse-prezidentə, ƏN-ə və s. rəsmi orqanlara kömək üçün müraciət etdim.

Lakin bu günə kimi R.İbrahimovu mənə məxsus ərazidən çıxara bilmirəm. Onu da qeyd edim ki, aramızdakı münaqişə ilə bağlı məhkəmə qətnaməsi də var. Qətnaməyə əsasən R.İbrahimov ərazini tərk etməlidir. Lakin nədənsə qərar bu günə kimi icra olunmur. R.İbrahimov həmn ərazidə müxtəlif kənd təsərrüfatı məhsulları əkdirir. Məndə olan məlumata görə onu Neftçala rayon İHB İsmayıl Vəliyev müdafiə edir. Qəribədir bir il əvvəl məndən 70 min manat alıb sərəncam verdiyi ərazinin qısa müddət sonra başqasına verir. Mən məhkəmə qərarının icrasının yubadılması ilə bağlı yerli icra şöbəsi ilə dəfələrlə əlaqə saxlamışam. Və onlardan hakim cənab Əli Tağıyevin 16 noyabr 2017-ci il tarixli qətnaməni nə üçün icra etmədiklərini soruşsam da, qane edəcək cavab almamışam.

Mətbuat vasitəsilə cənab Prezidentə müraciət edirəm, mənə kömək edin. Sizin yerdəki təmsilçiniz nəinki mənim əlimdən pulumu alıb, o cümlədən Sizin fermerlərə yönəli siyasətinizə də qarşı çıxır.

Göründüyü kimi vətəndaşın iddiası olduqca diqqətçəkicidir. Xatırladaq ki, yerli icra hakimiyyəti başçıları cənab prezidentin əyalətdəki təmsilçiləridirlər. Məhz onların xalqla davranışları ölkə başçısının nüfuzunun yüksəlməsinə, xalqın onun ətrafında sıx birləşməsinə səbəb olmalıdır. Təəssüf hissi ilə qeyd edək ki, bu müraciətdən görünən odur ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev öz əməlli ilə bu siyasəti sabotaj etməklə məşğuldur. İsmayıl Vəliyevin diqqətinə bunu çatdırmağı mətbuat olaraq özümüzə borc bilirik. Cənab prezident İlham Əliyev Nazirlər Kabinetinin iclaslarından birində dediyi söz hesab edirik ki, bu gün də aktualdır. “Bundan sonra özlərini "kiçik padşah” kimi aparan icra başçıları daha bu əməllərini davam etdirə bilməyəcəklər.” Düşünməyə dəyər.
Mövzuya qayıdacağıq.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.

Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR