“Biləcəri Təmir-Quraşdırma” rəhbərinin adı 6 milyonluq ölüm işində - Pərdəarxası...
Dunya / Bolge
Oxunub: 1 072
23 noy 2018 | 12:20
“Biləcəri Təmir-Quraşdırma” rəhbərinin adı 6 milyonluq ölüm işində - Pərdəarxası...















“Biləcəri Təmir-Quraşdırma” QTSC rəhbəri Nazim Tahirov medianın diqət mərkəzinə gəlib

Cahan.info xəbər verir ki, onun adı ölüm işində keçir.

Bu barədə dia.az portalı yazıb ki, 16 saylı İİT Trestinin rəhbəri olmuş Nəsirov Yusif Təvəkkül oğlunun intihara təhrik edən səbəb “Biləcəri Təmir-Quraşdırma” QTSC rəhbəri Nazim Tahirovun əməli olub. Bu müəmmalı intihar ötən ilin fevralında baş verib.

Sayt iddia edir ki, müəmmalı intihardan sonra müvafiq qurumlar“Biləcəri Təmir-Quraşdırma” QTSC-də təftişə başlayıb. Bu yoxlamaların nəticəsindən asılı olaraq N.Tahirovun fəaliyyətinə qiymət veriləcək. 1963-cü il təvəllüdlü Nəsirov Yusif Təvəkkül oğlu özünü yaşadığı evin həyətində zəncirlə asaraq intihar edib.

Nəsirov Yusif kifayət qədər uğur qazanan sahibkarlardan olub. O, sağlığında 16 saylı Təmir Tikinti Quraşdırma birliyinə rəhbərlik edərək,dəfələrlə dövlət sifarişlərini həyata keçirib. Amma sahibkarın başı son günlərdə cəncəldə olub.

Məhkəmədə ona qarşı 6 milyon manatdan artıq iddia qaldırılıb. Və intihar səbəbi də bu imiş. Sayt yazıb ki, fırıldaqçı şəbəkənin qurbanı olan Nəsirov Yusif intihara sürüklənib.

Onun Nazim Tahirovla tanışlığı intihardan üç il əvvələ təsadüf edir. “Biləcəri Təmir-Quraşdırma” QTSC Rusiyadan borular ixrac edirmiş.

Bu ixrac prosesi zamanı Tahirovun Rusiyadakı müəssisələrə külli-miqdarda borcu yaranır. Vəziyyətdən heç cürə çıxmağa müvəffəq ola bilməyən Tahirov Nəsirova kömək üçün ağız açır.

Həm pulla, həm də intiharına gətirib çıxaran hadisə ilə Tahirova dəstək olan Nəsirov qarşılığında “Biləcəri Təmir-Quraşdırma” QTSC-dən 2 milyon manatlıq boru götürür. Amma...

Tahirova arxa-dayaq durmaq üçün Nəsirov ona Rusiyadakı müəssisələri aldatmasına şərait yaradır. Razılaşır ki, məhkəmə yolu ilə guya Nəsirovun Tahirova 6 milyon manatdan artıq borclu olmasını sübutlayan qərar çıxarılsın.

Həmin saxta məhkəmə qəarı isə Rusiyada Tahirovdan satdıqları boruların pulunu gözləyən müəssisələrə göndərilir. Nəticədə, Tahirov xeyli dərəcədə vəziyyətdən çıxmağa müvəffəq olur.

Amma üstündən müəyyən müddət keçəndən sonra Tahirov Nəsirova etdiyi yaxşılığın qarşılığını yamanlıqla çıxmaq qərarını verir. Əlində bir məhkəmə qərarı olan Tahirov Nəsirovun ona 6 milyon manatdan artıq borcu olduğu iddiasını irəli sürür.

Beləcə Tahirov günlərin birində Nəsirovdan olmayan borcu - Rusiyadakı müəssisələri aldatmaq üçün uydurulmuş borcu tələb edir. Nəticəsi isə artıq məlumdur.

Düşdüyü durumdan çıxış yolu tapa bilməyən Nəsirov sonda canına qıyır.

Bu iddialarla bağlı Cahan.info olaraq adıçəkilən şəxsin mövqeyini dərc edə bilərik.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb