Ağcabədi başçısından donos yazan üçlük haqda sensasion iddialar
Dunya / Bolge
Oxunub: 712
12 dek 2018 | 12:40
Ağcabədi başçısından donos yazan üçlük haqda sensasion iddialar















Ağcabədinin problemlər girdabında boğulması rayon rəhbəri Şahin Məmmədovun yarıtmaz idarəçiliyinin nəticəsidir.

Cahan.info-ya verilən məlumatda sahibkarların, kəndlilərin, fermerlərin əziyyət çəkdikləri bildirilir. Prezidentə gedən məktublarda da icra hakiminin dəyişdirilməsi zərurəti xüsusi vurğulanır.

Ş.Məmmədov prezidentin son səfərində pambıq yığımı və fermerlərin gəliri ilə bağlı danışdığı yalandan sonra daha da böyük qəzəb qazanıb. Əhali Ağcabədiyə yeni rəhbər gözləyir.

Bu istiqamətdə rəy formalaşdıran isə onun müavinlərinin olduğu deyilir. Ş.Məmmədov ətrafında yaranan “üçlük" - hüquq şöbəsi müdiri Hafiz Hüseynov, müavinləri Xaliq Mirzəyev və Naibə Mustafayevanın Şahin Məmmədovla bağlı donosbazlıq etdikləri iddiaları var.

Mətbuata informasiyaların sızdırılmasında onların əlaltılarının rolu olduğu deyilir. Məqsəd isə X.Mirzəyevin icra baççısı təyin olunmasıdır.

Bu xəbərlərin nə dərəcədə doru olduğunu söyləmək çətindir. Lakin belə iddialar səslənməkdədir. Xaliq Mirzəyevin Ağcabədidə bütün idarə, müəssisə müdirlərinə “sənin iliyini vuraram”, “mən deyən olmalıdır” kimi hədə və təhdidləri hər kəsə bəllidir.

Naibə Mustafayevanın da çiyninə şahlıq quşu tez-tez qonur. YAP Qadınlar Şurasının sədri, daha sonra isə RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri kim daha mötəbər bir vəzifəyə gətirilir. Həmçinin, bu “üçlüyə” Naibə Mustafayevanın rəhbərlik etdiyi bildirilir.

Bu qruplaşmalara qarşı gedənlərdən biri isə I müavin Rövşən Əhmədovdur. Şahin Məmmədovla əlbir olan müavini Ağcabədini çapııb talamaqda ittiham edilir.

Azerbaycaninfo.az xəbər verir ki, Aparat işçilərinin başçıya qarşı iş birliyi, idarəetmədə yaranacaq ciddi nöqsanlar sakinlərin dövlətə qarşı münasibətlərinə zərbə vura biləcək nəticələrə gətirib çıxara bilər.

Başçının çevrəsində elə bir üçbucaq yaradılıb ki, rəhbərliyin rayon barədə məlumat almaq imkanları məhdudlaşdırılıb.

Yalan məlumatlarla başçını aldadan “üçlük” görülən işlərin, tapşırıq və göstərişlərin nəticələrini şişirdərək Şahin Məmmədovu aldatmaqla onun etibarını qazanmağa müvəffəq olublar.

Şahin Məmmədovun rayonda apardığı quruculuq işləri bu üçlüyün əməlləri sayəsində gözdən salınır. Pambıq əkini ilə bağlı başçının aldadıldığıqeyd edilir.

Belə ki, pambığın əkin statistikası sənədlərdə bir cür, əsl həqiqətdə isə sənədləşdirmədə yazılan rəqəmlərdən qat-qat aşağı olduğu bildirilir.

RİHB-nın müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xaliq Mirzəyevin bu yalanlarını saymaqla qurtarmır.

Xaliq Mirzəyev başçıya özünü əvəzolunmaz işçi, yalançı çalışqan kimi göstərməklə qardaşını Suvarma Sistemləri İdarəsinə rəis təyin elətdirməyə belə nail olmağı bacarıb.

Xaliq Mirzəyev o adamdır ki, qısa müddət ərzində memarlıqdan başçının köməkçisi sonra isə RİHB-nın müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri kim daha yüksək vəzifəyə təyin olunur.

Ş.Məmmədovdan Gədəbəyin keçmiş başçısı kimi yol verdiyi maxinasiyaların haqq-hesabı soruşula bilər. Bundan qabaq PA rəhbərinin iclasında Ş.Məmmədova xəbərdarlıq edilib.

PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib.

R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.

Ş.Məmmədov haqda müxtəlif şikayət və kompromatlar PA-ya göndərilib. Üstəgəl, onun rayondakı talançılığı, büdcə pullarını mənimsəməsi, biznes şəbəkəsi qovluğa tikilib. İcra başçısının dotasiyasının da kəsildiyi deyilir.

Onun adı MTN işində də hallanıb. Şahin Məmmədovun iş prinsipinə uyğun olaraq, torpaq icarədarları olan hüquqi və fiziki şəxsləri müəyyən yollarla torpaq icarələrindən imtina etdirərək, iri fermer təsərrüfatı yaradılması qət edilmişdir.

1. Ağcabədi rayonu ərazisində layihənin həyata keçirildiyi ünvan:Ağcabədi rayonu Dəlləkli Muğanlı kəndi.

2. Layihənin məqsədi:İri fermer təsərrüfatı.

3. Həcmi və ya gücü 1600 ha.

4. Layihə üzrə yeni iş yerlərinin sayı:53.

5. Layihənin icra vəziyyəti: İstifadəyə verilib. Bütün bunlar yaradılan iş yerlərindən çox ləğv olunan iş yerləri üstünlük təşkil edir.

Bütün bunlar MKT adlanan pambıq zavodunun güya ki, daxilində yaradılmışdır. Bunun da başında Eldəniz Quliyev və yerdəki rəhbəri onun qardaşı Azər Quliyevdir.

Azər Quliyev vaxtı ilə MTN-də məlum məsələlərə görə vurulmuş şəxsdir. Müavinləri də onun gedişində maraqlıdırlara, dəridən-qabıqdan çıxırlar.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Ağcabədi RİH-ə etdiyimiz zənglərə isə cavab verilmədi.
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO