Vidadi İsayevin kəndçini “vor zakon”la qorxudan işçiləri dindirilib - Borc işi...
Dunya / Bolge
Oxunub: 936
17 dek 2018 | 12:40
Vidadi İsayevin kəndçini “vor zakon”la qorxudan işçiləri dindirilib - Borc işi...















Bərdənin Kətəlparaq kənd sakini, ferma sahibi Tural Məmmədovun hüquq-mühafizə orqanlarına müraciəti müsbət nəticəsini verib

Cahan.info xəbər verir ki, kənd sakini və Ukraynadakı qardaşı Sərdar ölümlə təhdid edilirdi. Artıq məsələ nəzarətə götürülüb.

Onları hədələyən Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) baş mühasibi Əsgər Əsayevin oğlu Qəlbinur Əsayev və özünü “Lotu Quli”nin nümayəndəsi kimi təqdim edən Roma adlı tanışı idi.

Dekabrın 12-də tezadlar.az xəbər yayıb ki, Bərdə İH-də baş mühasib olan Əsgər Əsayev, İH-nin maliyyə şöbəsində və Seçki Dairəsində mühasib işləyən oğlu Qəlbinur Əsayev polisə çağırılıblar.

Sayt yazıb ki, Qəlbinur Əsayev T.Məmmədovun etibarından sui-istifadə edərək ondan 40 min manatvə 120 qram qızılı borca götürüb.

Borc yiyəsi T.Məmmədov pulunu və qızılını geri istəyəndə qarşı tərəf nəinki pulu qaytarıb, əksinə onu özünü “Lotu Quli”nin yaxın adamı kimi təqdim edən Roma adlı “vor zakon” tərəfindən ölümlə hədələtdirib.

Onlar polisdə dindiriliblər. Təbii ki, belə operativ reaksiyaya görə Bərdə rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlıq düşür.

“Vor zakon” adından danışanlar bilməlidir ki, Azərbaycanda qanun şahdır, şah, “vor zakon” qanun deyil.

İşin təəssüf doğuran tərəfi odur ki, kənd sakini ilk gündən müraciət edəndə Bərdənin icra başçısı Vidadi İsayev məsələyə qarışa bilərdi, baş mühasibi çağırıb borcu qaytarmasını tələb edərdi. Amma Visayev işçilərinin hərəkətlərinə göz yumdu.

Rayonun rəhbəri kimi mühasibdən və oğlundan izahat tələb etmədi ki, bir kənd sakinini kriminal adamla niyə təhdid edirsiz, borcu nə üçün qaytarmırsız, nədən vətəndaşı dövlətdən, məmuriyyətdən narazı salırsınız?

Hətta T.Məmmədov məsələ ilə bağlı icra başçısının müavini İlham Məmmədovun qəbulunda olub. O da icra başçısı Vidadi İsayevə məruzə edəcəyini bildirib.

Amma Vidadi İsayevbaş mühasibinin öhdəsindən gələ bilməyib ya gəlmək istəməyib. Ona görə məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb.

Görəsən, Bərdənin icra başçısı Vidadi İsayev yanında kriminal aləmlə əlaqəli məmurları niyə saxlayır? Vətəndaşların problemlərinin həll etməyən icra hakimi hələ bir yanında kriminal adamlara yaxın şəxslər işlədir.

T.Məmmədov bildirib ki, vatsap nömrəsində ona göndərilən ağır hədələr, söyüş və təhqirlər var:

“Özünü “Lotu Quli”nin nümayəndəsi kimi təqdim edən Roma adlı həmin şəxs dilə gətirilməsi mümkünsüz olan həmin söyüşlərlə məni hədələyib.
Əgər Tural, Qəlbinurdan həmin pulu istəsən, sənin Ukraynada olan qardaşın Sərdarın meyitini «upakovka» edib üstünə göndərəcəyəm...”

Ata Bərdə RİH-də mühasib, oğul MSK-nın nümayəndəsi və Əsayevlər kriminal avtoritetlərlə əlaqələrə malikdirlər, fermerin pulunu qaytarmayıb, hədələyirlər.

Bütün bu cəncəllər, məktubdakı məqamlar, tərəflərin açıqlamaları bir nəticə hasil edir ki, Bərdə RİH-də işləyən ata-oğul Əsayevlər dövlət qulluqçusundan daha çox, dövlət qanunlarını tanımayan şəxslər kimi hərəkət edirlər. Sözsüz ki, bu məsələnin araşdırılması hüquq-mühafizə orqanlarının işidir.

Lakin şikayətçinin dediklərindən sonra, qarşı tərəfin də etiraf eləməsi belə qənaət yaradır ki, V.İsayev icra başçısı kimi ətrafında olanlardan ya bixəbərdir, ya da kriminal adamlarla əlaqəli komandası var.

Amma əhali arxayındır ki, Bərdənin ayıq-sayıq, operativ işləyən, sabitliyi, asayişi yüksək səviyyədə qoruyan polisi var.

Ümid edirik ki, tərəflərin problemi həll olacaq, kəndçinin pulu qaytarılacaq, V.İsayev isə kadrlarını bir nəzərdən keçirəcək, islahatlar aparacaq.
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR