BÖYÜK ÖLKƏLƏRIN BÖYÜK OYUNLARI
Dunya
Oxunub: 1 342
13 apr 2015 | 11:13
Üçüncü dünya müharibəsi üçün enmə zolağı gözlənilməz məkandan

Şərqi Avropa, Cənubi Çin dənizi, Koreya, Orta Asiya və Yaxın Şərq həmişə hərbi əməliyyatların və müharibələrin həyata keçirilən oyun səhnəsi olub və olmuşdur. Çin, Rusiya və İran iri kosmik layihələr daxil olmaqla, yeni silahlar inkişaf etdirir və asimmetrik hərbi taktikadan istifadə edirlər. İraq, Fələstin və Əfqənistanın işğal olunmuş torpaqların da NATO-nun qoşunları yerləşdirilir və yerli müqavimət hərəkatı, milli azadlıq üçün mübarizə davam edir. Bəzi hallarda isə bu hərəkatlar Avrasiya ölkələri tərəfindən dəstəklənir.
BÖYÜK ÖLKƏLƏRIN BÖYÜK OYUNLARI

CƏNUBI VƏ ŞIMALI KOREYA ÇƏKIŞMƏSI

Koreya yarımadasında indiki gərginliyin mənbələri hələ 1945-ci ildə qoyulmuşdu. Bu da ikinci dunya müharibəsinin bitdiyi zamana təsadüf edirdi. Siyasi dialoqun inkişafının tipik xüsusiyyəti, Şimalın və Cənubun münasibətlərinin qeyri-sabit olması əlaqələrin irəliləməsi və kəskin şəkildə pozulmasına gətirib çıxarırdı. Qeyd edək ki, Koreya yarımadasında vəziyyət artıq bir neçə həftədir yetəri qədər narahatçılığa səbəb olub. Martın əvvəlində ABŞ-ın və Cənubi Koreya ilə birgə təlimlərinin keçirilməsinə qarşı etiraz əlaməti olaraq, Şimali Koreya hücum etməmək və denuklearizasiya haqqında Cənubi Koreya ilə bağlanan bütün razılaşmalardan imtina etdi.
Eyni zamanda Koreya Xalq Demokratik Respublikası bildirib ki, onların arasında silahsızlaşdırılmış zonada yerləşdirilmiş Pxanmundjom danışıqlarının bəndində iki koreya dövlətinin hərbi nümayəndələrinin arasında rabitə xətti məhv edilmişdir. Bu addım BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Pxenyana qarşı sanksiyaların kəskinləşməsinə gətirib çıxardı. Düzdür, bir neçə gündən sonra isə, Seul bu xəttin işlədiyini bildirdi.
Koreya Xalq Demokratik Respublikası çərşənbə axşamı GUAM və Havay adalarında, ABŞ-ın hərbi bazalarına, eyni zamanda qitədə amerika obyektlərinə mümkün zərbələrin endirilməsi üçün silahlı qüvvələrin döyüş hazırlıqlarının artırıldığını bildirib. Növbəti gün Cənubi Koreya bildirdi ki, Koreya Xalq Demokratik Respublikasıyla sərhəd regionda onun qoşunları bir neçə saata yüksəldilmiş döyüş hazırlığına başlayıb və sonra Cənubi Koreya sərhədçisi sərhəd zonasında hərəkət edən “tanınmamış obyektə” qumbara atıb. Bir az sonra isə, Pxenyan Seulla təcili telefon bağlantısı xəttinin qırdığını bildirdi.
Xatırladaq ki, Yarımadada vəziyyətin kəskinləşməsi 2006-cı ilin oktyabrında və 2009-cu ilin mayında Koreya Xalq Demokratik Respublikası yeraltı nüvə sınaqlarını keçirirdiyi zaman başlamışdı. Bu isə beynəlxalq cəmiyyət tərəfindən etirazlara səbəb olmuşdu. Pxenyanın hərəkətlərinə cavab olaraq isə, BMT Təhlükəsizlik Şurası müəyyən qətnamələr qəbul edərək, Koreya Xalq Demokratik Respublikasından nüvə sferasında fəaliyyəti dayandırmağa və Koreya yarımadasının denuklearizasiyası haqqında danışıqlara qayıtmağı tələb edirdi. Şimali və Cənubi Koreya arasında dəfələrlə insan qurbanlarına səbəb olan və koreyalılararası bütün əlaqələrin uçurumu vəziyyətinə gətirib çıxaran silahlı toqquşmalar olub.
26 mart 2010-cu ildə növbəti dəfə koreyalılararası münasibətlər Cənubi Koreya korveti "Çxonan-ın" Sarı dənizində batmasından sonra kəskinləşdi. Hansı ki, Seul tərəfindən nəzarət edilən güclü partlayış nəticəsində Koreya Xalq Demokratik Respublikasıyla sərhəd yaxınlığında Pennendo adası ərazidə içində 104 heyyətlə batdı. Hansının ki, səbəbi müəyyənləşdirilmədi. və 46 dənizçi həlak oldu. Seulda gəminin məhv edilməsində Pxenyanı ittiham etdilər, Koreya Xalq Demokratik Respublikası araşdırmanın nəticələrini saxtalaşdırılmış hesab edir.
23 noyabr 2010-cu ildə isə Sarı dənizdə Yonpxyondo adası ərazidə Koreya yarımadasında, bir sözlə Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında bölmənin mübahisəli xətti keçdiyi yerdə, ən böyük son yarım əsr ərzində silahlı hadisə oldu. Seuldan verilən məlumata əsasən ada Şimal tərəfindən artilleriya atəşinə məruz qalan cənublular cavab atəşini açmışdılar. Nəticədə iki Cənubi Koreya əsgəri həlak olmuşdu, 14 nəfər yaralanmışdı.
Koreya yarımadasında növbəti böhranın başlanğıcı Koreya Xalq Demokratik Respublikası 12 fevral 2013-cü ildə hesab üzrə üçüncü olan, nüvə sınağını keçirdi. Bu sınaqlara cavab olaraq BMT Təhlükəsizlik şurası 7 martda qətnaməni yeni sanksiyalarla qəbul etdi.
ABŞ-ın və ənənəvi Koreya Respublikalarının birgə təlimləri Koreya yarımadasında “müharibənin məşqi” kimi Pxenyandan baxılır və Koreya Xalq Demokratik Respublikası tərəfindən təhlükələrlə onun ərazisinə hücum halında cavab zərbəsi endirməklə müşayiət olunur. Həmçinin Şimali Koreya hakimiyyəti dəfələrlə bildirirdi ki, təcavüz halında raketlərdən istifadə etməyə hazırdır.
Avropa Birliyi təhdid edir, BMT narahatdır !
RİA novosti agentliyinin verdiyi məlumata gorə, ABŞ Şimali Koreyanın növbəti bir neçə saat ərzində yeni ballistik raketin tətbiqinə başlayacağını bildirib.
Əgər Şimali Koreya yeni raketin işə salınmasını və ya nüvə sınağını həyata keçirərsə, Avropa Birliyi yeni sanksiyalar daxil edəcəyini bildirib. Lakin bütün təhdid və narahatçılığa ramən ABŞ prezidenti Barak Obama rəhbərliyi Şimali Koreyanın yeni ballistik raketin icrasına hazır olduğunu və yaxın saatlarda bunun tətbiqinin realizə olunacağı bildirir. Bu haqda CNN administrasiyanın anonim əməkdaşına istinadən bildirir.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının raketi işə salmağa hazır olduqları haqda məlumat əsasən peyklə alınmışdır. Belə ki, artıq bir neçə həftə Koreya respublikanın ərazisində izlənilir.
Aprelin başlanğıcından Şimali Koreya şərq sahilinə orta uzaqlığın iki ballistik raket atıb. Pxenyanda səfirlikləri olan Avropa Birliyi ölkələri yaxın vaxtlarda diplomatik personalı evakuasiya etməyə hazırlaşmadıqlarıni vurğulayıblar. Eyni zamanda isə, Koreya Xalq Demokratik Respublikası əcnəbilərin Cənubi Koreyadan köçürülməyi məsləhət görüb. Belə ki, onun ərazisində müharibənin olacağını bildirib.
Agentliyin mənbələrinin məlumatına görə, bu yaxınlardakı peyk şəkillərinin analizi zamanı mütəxəssislər Xamqen-Namdo əyalətində dörd və ya beş nəqliyyat-işəsalma qurğusu aşkar ediblər. Hesab edilir ki, bu TPU "Skad" raketi üçün istifadə olunur, hansıların ki, uçuşunun uzaqlığı təxminən 300-500 kilometr təşkil edir, və "Nodon" raketlərinin uzaqlığı təxminən 1,3 min — 1,5 min kilometrdir.
Cənubi Koreya hökumətinin nümayəndələrinin bəyanatına istinadən RİA Novosti xəbər agenliyinə verilən məlumatlara əsasən, ehtimal olunur ki, Şimali Koreya eyni zamanda "Musudan", "Skad" və "Nodon", raket tiplərini həyata keçirə biləcəyi bildirilir.
Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikası öz şərq sahilinə "Musudan" tipinin orta uzaqlığının iki ballistik raket çatdırıb. Hesab edilir ki, raketin uçuşunun uzaqlığı təxminən 3-4 min kilometr təşkil edir. Amerika və Cənubi Koreya kəşfiyyatının nümayəndələri raketin işə salınmasının 10 apreldən etibarən istənilən an həyata keçirə biləcəyini bildirirlər.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası özünü 2005-ci ildə nüvə dövləti elan etdi. 2006, 2009 və 2012 –ci illərdə beynəlxalq cəmiyyət tərəfindən etirazlara səbəb olan yeraltı nüvə sınaqlarını həyata keçirdi. BMT təhlükəsizlik şurası qəbul etdiyi qətnamələrdə Koreya Xalq Demokratik Respublikasından nüvə sferasında fəaliyyəti dayandırmağı tələb edir. Az sonra isə Koreya Xalq Demokratik Respublikası Yonbene-də uranın zənginləşdirilməsi üzrə müəssisədə işlərin yenilənməsinin planlarını elan etdi.




Ü.Musazadə
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO