Beyləqanda maliyyə şöbəsinin tender fırldağı - Bu büdcə talanından Samir Şərifovun xəbəri varmı?
Dunya / Bolge
Oxunub: 625
25 yan 2019 | 18:17
Beyləqanda maliyyə şöbəsinin tender fırldağı - Bu büdcə talanından Samir Şərifovun xəbəri varmı?















Beyləqan Maliyyə Şöbəsinin müdiri İslam Allahverdiyev fiziki şəxs Zakir Bağırovu rayonun “tender kralına” çevirib

Beyləqandan PİA.az-a daxil olan məlumata görə rayon Maliyyə idarəsinin müdiri, İslam Allahverdiyev Asif Ağayevon icra başçısı təyinatından sonra sözün əsl mənasında qol qanad açmağa başlayıb. İddialara əsasən yeni icra başçısı “dostlaşa” bilən Beyləqanın maliyyə şöbəsinin müdiri büdcə talanına start verib.

Rayondan PİA.az-ın elektron poçtuna daxil olan məlumatda vurğulanır ki, İslam Allahverdiyev tutduğu vəzifəsindən sui-istifadə edərək yerli kənd icra nümayəndələrini fiziki şəxs Zakir Bağırovun adına maliyyə əməliyyatları həyata keçirməyə məcbur edir. Təkcə 2018-ci ilin noyabr dekbar aylarında Beyləqanın bir çox kənd icra nümayəndələri fiziki şəxs Zakir Bağırovla bərk invertarların və digər avadanlıqların alınması altında 50-80 min manat arası maliyyə əməliyyatları həyata keçiriblər. Və yenə də iddilara əsasən icra baçısı Asif Ağayev baş verənlərdən xəbərdardır.

Qeyd edək ki, PİA.az daxil olan məlumatı bir neçə mənbə ilə dəqiləşdirib. Baş verənlərlə bağlı PİA.az-a danışan mənbələrdən biri bildirib ki, həyata keçirilən maliyyə əməliyyatlarında 22 faizi İslam Allahverdiyevə çatır. Qeyd edilir ki, İslam Ağayevin bu işdə əsas ortağı onun baş mühasibi Şahpələng Mahmudovdur. Məhz bu iki məmur birləşərək fiziki şəxs Zakir Bağırovun adına olan əməliyyatlardan xeyli qazanc əldə edirlər.

Başqa bir mənbənin PİA.az-a verdiyi məlumatda vurğulnır ki, Asif Ağayevin icra başçısı təyin edilməsi Maliyyə idarəsi müdirini yenidən qol qanad verib. Belə ki, Kapital Bankın rayon şöbələrindən birinin müdiri vasitəsi ilə Asif Ağayevlə isti münasibətlər yaradan İslam Allahverdiyevin artıq başçının evinə bazarlığı şəxsən özünün etdiyi bildirilir.

Başçı ilə yaxın münasibətdən istifadə edən İslam Allahverdiyev icra nümayəndələrini fiziki şəxs Zakir Bağırovla müqavilə bağlamağa məcbur etməkdən çəkinmir və icra nümayəndələrini də rahatca saxtakarlığa məcbur edir. Mənbəmiz onu da qeyd edib ki, Vaqif Abdullayevin dövründə icra başçısından icazəsiz kabinetindən çıxa bilməyən İslam Allahverdiyev indi sözün əsl mənasında “əjdahaya” dönüb.

Başqa bir məlumatda isə vurğulanır ki, İslam Allahverdiyev qardaşı Rüstəm Allahverdiyevi rəsmi olaraq özünə sürücü kimi götürsədə, daimi öz şəxsi 99 LJ 011 markalı avtomobilindən istifadə edir. İdarə müdiri qardaşının adına olan əmək haqq kartını cibinə qoymaqla bərabər, Maliyyə idarəsinin “Shevrolet” markalı xidməti avtomobilini isə 1-ci Şahsəvən kəndində yerləşən fermasında istifadə edir.

Məlumatda bildirilir ki, Asif Ağayevlə isti münasibətlərin formalaşmasından həvəsəgələn İslam Allahverdiyev öz yaxın ətrafını bəzi yüksək vəzifələrə çəkməyə çalışır. İdarə müdiri özünə yaxın olan şəxslərlə içki məclində otururkən Asif Ağayevi dayanmadan tərifləməklə bərabər, onun müavinlərini ləkələməklə də məşğul olur.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb