Əhmədzadəyə yaxın “Afgan Holding”Şəkini viran qoyub, başçıisə...
Dunya / Bolge
Oxunub: 870
22 fev 2019 | 11:40
Əhmədzadəyə yaxın “Afgan Holding”Şəkini viran qoyub, başçıisə...















Şəkidə 3 ildən çoxdur ki, yeni kanalizasiya və su xətti çəkilməkdədir

Cahan.info-ya verilən məlumata görə, bu işi “AFGAN” şirkəti həyata keçirməlidir.

Amma üç ildə Şəkidə demək olar ki, qazılmayan küçə qalmayıb. Əksər küçələr qazıldıqdan sonra təmir edilmir. Üstünə yamaq kimi vurduqları keyfiyyətsiz asfaltı yenidən qazır və qazılan yerləri bərbad halda qoyub gedirlər.

Səbəbini soruşduqda həmin qazılan yerdə ya su xəttinin bir hissəsi ya da kanalizasiya xəttinin bir- birinə birləşdirilməmiş üstünü örtdükləri ortaya çıxır.

Yolları bərbad günə qoymaları nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına, əhalinin gediş-gəliş problemlərinin yaranmasına və şəhərə gələn turistlərin haqlı narazılığına səbəb olur.

Bu barədə yerli icra orqanı da bir tədbir görə bilmir və ya görmək istəmir. Xatırladaq ki, görülən işlər ötən ilin noyabr ayında təhvil verilməli idi.

“Afgan Holding” MMC-nin təsisçisi Əfqan Nəsir oğlu Məmmədovdur. O, Şəkinin Baş Göynük kəndindəndir.

Əmək fəaliyyətinə 2006-cı ildə “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti”nin Kadrlar şöbəsində baş inspektor vəzifəsində başlayıb. Daha sonra peşəkar fəaliyyətini Gəncədə yerləşən qarışıq rejimli cəzaçəkmə müəssisəsində iş icraçısı kimi davam etdirib.

Ə.Məmmədov 2014-cü ildə “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC-yə qayıdaraq burada əvvəl mühəndis, sonra isə baş mühəndis vəzifələrini icra edib. Ə.Məmmədov 2016-cı ildə “Afgan Holding” MMC-ni təsis edib.

Əslində şirkət kimi 1999-cu ildən fəaliyyətdə olub. O zaman Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi ilə sahilbərkitmə işlərinin tikintisi ilə məşğul olub.

Belə görünür ki, Əhməd Əhmədzadənin nəzarətində layihələr həyata keçirib. Bəzi iddialara görə, holdinq rəhbərliyi Əhmədzadəyə yaxındır. Baş idarə Şəkidıə yerləşir.

Cahan.info-ya sızan xəbərlərə görə, adıçəkilən MMC Şəki yollarında yenidənqurma adı ilə milyonlar silib. Bu maliyyə maxinasiyalarında Əhmədzadələrin payının olması ilə yanaşı rayonun icra başçısı Elxan Usubovun iştirakı da az deyil.

Ümumiyyətlə, E.Usubov rayon rəhbəri kimi Şəki ilə maraqlanmır, heç bir iş görmür, sakinlərlə görüşmür, problemlərini həll eləmir. Ona görə də vəzifədən çıxarılması növbəsində olan məmurlardan biri də Şəkinin icra başçısıdır.

Onunla işbirliyində olan “Afgan Holding” MMC isə silinən pullara görə Şəki yollarını viran qoyub. Sakinlər bildirirlər ki, Şəkidə 3 ildən çoxdur ki, yeni kanalizasiya və su xətti çəkilməkdədir.

Bu işi “AFGAN” şirkəti həyata keçirməlidir. Amma ortada nəticə yoxdur. Bəs vəsaitlər hara gedib? Niyə üstünə yamaq kimi vurduqları keyfiyyətsiz asfaltı yenidən qazır və qazılan yerləri bərbad halda qoyub gedirlər?

Amma nə icra başçısı, nə Əhmədzadə çətin ki MMC-yə problemlərin həlli üçün tapşırıq versinlər. Xüsusən də Əhmədzadənin başı ancaq biznesə qarışıb.

Baxmayaraq ki, bu nəslin ağsaqqalı Əhməd Əhmədzadə 1991-ci ilin oktyabrın-19-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktının qəbul olunmasının əleyhinə səs verib, Əhmədzadələr bütün sərvətlərini bu imkanları onlar Azərbaycan müstəqil dövlət oldqudan sonra əldə ediblər.

Onun və oğlunun ailə biznesi Şəki-Zaqataladan Londona qədər uzanır. Bu haada mediada real faktlar təqdim olunub.

Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə kimi qardaşları, qardaşı oğlanları və digər qohumları da müstəqil dövlətin imkanlarından gen-bol yararlanıblar. Baxmayaraq ki, Əhməd Əhmədzadə bu müstəqilliyin əleyhinə olub.

Bu fakt onun qardaşı Mübariz Əhmədzadənin 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin başçısı, son 9 il ərzində isə Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı olmasına mane olmayıb. Yazıda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO