Cəlilabad şefindən prezidentin mesajına qulaqardı: ailə xəstəxanaya sığınıb, sakinlərsə - Video
Dunya / Bolge / Video
Oxunub: 859
22 fev 2019 | 11:50
Cəlilabad şefindən prezidentin mesajına qulaqardı: ailə xəstəxanaya sığınıb, sakinlərsə - Video















Prezidenti Nazirlər Kabinetinin son iclasında bir daha icra başçılarına xəbərdarlıq elədi. Amma bu günlərdə ölkə başçısının verdiyi mesaj Cəlilabadın təzə rəhbəri Namiq Zeynalova dərs olmayıb.

Cahan.info-nun məlumatına görə, N.Zeynalov rayonda narazılıq yaradır, vətəndaşların problemlərini həll eləmir. Elə Cəlilabadın deputatları da ondan geri qalmırlar.

Fəzail İbrahimli və Malik Həsənov seçicilərin, problemli sakinlərin dərd-səri ilə maraqlanmırlar. Bu haqda bolgexeber.com-a rayonun Göytəpə şəhəri 5 saylı uşaq xəstəxanasında anası ilə birlikdə yaşayan Hüseynov Ağasəf bildirib.

O, ağır şəraitindən şikayət edir. A.Hüseynov bu yaxında Cəlilabad icra hakimiyyətində olub. O, bununla üçüncü dəfədir icra başçısının qəbulundadır. Amma xəstəxanaya sığınan ailəyə köməklik göstərilmir.

Onun sözlərinə görə, İH başçısı onları dinləyib: “Bildirdik ki, 25 ildir yaşadığımız evin altı sudur, divarlar çatlaqdır, işıq, qaz, su yoxdur. Çox çətinliklə, zülmlə yaşayırıq.

Dedik bir sığınacaq verin, heç nəyimiz yoxdur. Torpağımız, imkanımız yoxdur ki, ev tikək. Biz də bu ölkənin vətəndaşlayırıq. Ancaq nəticəsi yoxdur”.

Məsələdən Göytəpənin icra nümayəndəsi də agahdır: “Deputat Fəzail İbrahimliyə müraciət etmişik. Deyirlər ki, bizdə belə fond yoxdur sizə köməklik göstərək.

Bəs onda biz nə edək, kimə deyək dərdimizi?! Prezident dəfələrlə məmurlara müraciət edərək vurğulayıb ki, məmurlar vətəndaşların qayğısı ilə məşğul olmalıdır”.

Cahan.info xəbər verir ki, icra başçısı nəinki sıravi vətəndaşları, hətta Komanlı kənd sakini, I qrup əlil olan Rəşad adlı şəxsə qarşı belə saymamazlıq etmişdi.

Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən də təzyiqlərə məruz qalmışdı. Ona nə köməklik etmişdilər, nə də problemlərini dinləmişdilər.

Cəlilabadın mütləq-hakimi Namiq Zeynalov Əmlak Komitəsinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Sadə dildə desək, komitə sədri Kərəm Həsənovun kadrıdır.

Ancaq son aylarda N.Zeynalov K.Həsənovun adamlarına savaş açmağa başlayıb. O, həm Cəlilabadın keçmiş icra başçısı Əziz Əzizovun əleyhinə süjet hazırladır, həm K.Həsənovun dayısı olan kənd təsərrüfatı idarəsi müdiri Rahib Kərimovu sıxışdırır.

bu günlərdə “D” TV efirində yayımlanan reportajda Cəlilabadda son günlər görülən işlərdən, ötən dövrdən qalan problemlərdən bəhs olunub.

Bununla Ə.Əzizovu “vuran” və onun heç bir iş görmədiyi mesajını verməyə çalışan hazırkı icra başçısı K.Həsənovun kadrına ilişmiş olur.

N.Zeynalov özünü işləyən məmur kimi nümayiş etdirməyə cəhd göstərməklə bərabər kuratorun adamlarını gözdən salmaqla məşğuldur.

Halbuki, Ə.Əzizov pis xidmət göstərsəydi, onu Cəlilabaddan Bakının strateji rayonlarından olan, bir çoxlarının arzusunda olduğu Yasamala icra hakimi təyin etməzdilər.

N.Zeynalov isə prezidentin etimad göstərib vəzifə verdiyi Ə.Əzizovu telekanalda yarıtmaz məmur kimi təqdim etməyə can atıb. Reportajda yol kənarlarının abadlaşdırılması, işıq dirəklərinin yenilənməsi, yolların düzəldilməsi göstərilir.

Və sakinlərin, eləcə də müxbirin dilindən bu problemlərin Ə.Əzizovun dövründən qaldığı diqqətə çatdırmağa cəhd göstərilir.

Cəlilabad icra başçısının müharibə elan etdiyi adamlardan biri də K.Həsənovun dayısıdır. Kənd təssərrüfatı idarəsinin müdiri olan Rahib Kərimov rayonda böyük nüfuz və hörmət sahibidir.

Komitə sədrinin dayısı Cəlilabadda əkinçiliklə məşğul olanlara, aztəminatlı ailələrə əl tutur. Hətta pay torpağında əkdiyi məhsuldan əldə olunan gəliri imkansızlara xərcləyir, fermerlərə yardım edir.

Amma N.Zeynalov onu küncə sıxışdıraraq, fəaliyyətinə məhdudiyyət qoyur, gördüyü işlərə hasarlar yaradır. İcra başçısının Kərəm Həsənova yaxın adamlara müharibə elan etməsinin səbəbi bilinmir. Bu narazılığın onun əleyhinə işləyəcəyini hesablamır.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE