Qazaxıstan Azərbaycan Media Forumu: “Türk Dünyasının ilk ortaq beynəlxalq universitetində Beynəlxalq Maturidilik Simpoziumu keçiriləcək”
Dunya
Oxunub: 1 280
28 apr 2015 | 15:47
Qazaxıstan Azərbaycan Media Forumu: “Türk Dünyasının ilk ortaq beynəlxalq universitetində Beynəlxalq Maturidilik Simpoziumu keçiriləcək”
“Qazaxıstanda Türk Dünyasının ilk ortaq Beynəlxalq universiteti olan Əhməd Yəsəvi Universitetində Beynəlxalq Maturidilik Simpoziumu keçiriləcək”. Bunu mətbuata açıqlamasında Beynəlxalq Media və Araşdırmalar Mərkəzinin Qazaxıstan Azərbaycan Media Forumu layihəsi üzrə fəaliyyət göstərən Qazaxıstan bürosunun rəhbəri Nurgalı Jusipbay deyib. Onun sözlərinə görə, simfoziumun 4-6 may tarixlərində keçirilməsi nəzərdə tutulub: “Türk Dünyasının ilk ortaq beynəlxalq universiteti və elmi körpüsü missiyasını boynuna götürərən Əhməd Yəsəvi Universiteti Din Elmləri və Avrasiya Araşdırma İnstitutu tərəfindən Qazaxıstanın Türkistan şəhərində Beynəlxalq Maturidilik Simpoziumu təşkil etməklə dünəni, bu günü və gələcəyi müzakirə edəcək. Elmi baxımdan, Qazaxıstan dövləti üçün İmam Maturidi (333-944) tərəfindən təməlі qoyulan Maturidilik inancı, tarixi müddətdə dini, mədəni və ictimai baxımdan türk xalqlarını birləşdirən ortaq dəyər hesab olunur. Bu səbəblə qloballaşmanın təsiri ilə bu gün Avrasiya coğrafiyasında sosial-mədəni, dini və dünyəvi sahələrdə mövcud deformasiya nəticəsində ortaya çıxan problemlərə həll axtaran elm dünyası hesab edilir. Orta Asiya xalqları arasında sülh və əminamanlığın təmin edilməsi üçün düşünülmüş və mədəni həyata daim önəm verən Maturidilik ortaq dəyərlərin araşdırmasına yönəlmiş elm sahəsidir. Eyni zamanda hesab edirik ki, tarixi və elmi baxımdan mövcud durumda bu sahəyə xüsusi diqqət ayırmaq gərəkir. İmam Matüridinin fikirləri ətrafında yaranan Maturidilik məktəbinin, günümüzdəki problemlərin diaqnozunda, onların elmi və məntiqi baxımdan həlli yollarının axtarılmasına önəm verilir. Ümumiyyətlə Maturudulik məktəbi Avrasiyada mövcud dinlər, məzhəblər, xalqlar arası birlik və sabitliyin gücləndirilməsində tarixi yolunu öyrənən elmdir. Türk Dünyasını bir bütün olaraq, araşdırdığımız Avrasiyasındakı mövcud vəziyyətin geosiyasi, sosial-mədəni baxımdan öyrənilməsini bu gün məhz Qazaxıstanın bir mərkəz araşdırması olduqca mühüm məsələdir. Ona görə də, Türkistan bu gün Maturdilik məzhəbinin təbii davamı olaraq dörd qitəyə ayrılan Yəsəvi Yolunun müqəddəs beşiyi və türk xalqlarının eyni milli dəyərdə birləşdiyi mənəvi və maddi coğrafiya hesab olunur. Beynəlxalq Maturidilik Simpoziumunun Türkistan şəhərində təşkil edilməsi bu baxımdan böyük əhəmiyyət ifadə edir. Ona görə də, bu gün Türkistan üçün olduqca vacib hesab edilən bu simfoziumda Almaniya, ABŞ, Avstriya, Bolqarıstan, Azərbaycan, Tatarıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Qazaxıstandan olan elm adamlarının və mütəxəssislərin iştirakı gözlənilir. Gözlənilən simfozium yalnız Avrasiya Türk Xalqlarının mövcud problemləri deyil, eyni zamanda bütün İslam Dünyasının üzləşdiyi problemlərin həllinə də, öz töhvəsini verəcəyini qarşısına məqsəd qoyub”.

Qeyd edək ki, daha əvvəl bu simfozium 16-18 aprel tarixlərində keçiriləcəyi müəyyənləşdirilmişdi. Türkiyə Prezidenti Rəcəb Tayib ərdoğanın Qazaxıstana səfəri və Qazaxıstanda keçirilən prezident seçkiləri ilə əlaqədar nəzərdə tutulan tədbir təxirə salınmışdı. Qazaxıstan Azərbaycan Media Forumunun verdiyi məlumata görə, həmin simfozium 4-6 may tarixlərində keçiriləcəyi artıq dəqiqləşdirilib.


Ulkər
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb