İcra başçısının müavini haqda iddialar... - İTTİHAM
Dunya / Bolge
Oxunub: 1 087
18 mar 2019 | 17:30
İcra başçısının müavini haqda iddialar... - İTTİHAM















Məhəmməd Qələndərov Beyləqanda başçı müavinindən daha çox, maxinator və “tenderlər kralı” kimi tanınır.

Keçən həftə vətəndaşların Beyləqan Rayon İcra Hakimiyyəti başçısının qəbulu zamanı görüşlə bağlı məhdudiyyətlərdən dolayı yaşadıqları gərginlik barədə “Realmedia.az” saytında verilən xəbər başqa KİV-lərdə də ildırım sürətilə yayıldı. Xatırladaq ki, hadisə yerində olmuş əməkdaşımızın müşahidə və qeydlər aparması RİH başçısının müavini Məhəmməd Qələndərovun diqqətini çəkmişdi. Paradoks budur ki, jurnalist məmurdan nə baş verdiyini öyrənməyə macal tapmamış, əksinə, məmur jurnalisti sorğu-suala tutmuşdu.

Həmin “qəbul” RİH-nin vətəndaşa qayğı əslində dövlətə və dövlətçiliyə xidmət olduğunu əsas götürməsi, rayon İcra hakimiyyəti başçısı aparatında və İnzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin aparılması daima diqqət mərkəzində saxlanılması, bu işin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qurulması barədə verdiyi hesabatların doğruluğuna şübhə yaradır. Məhz bu səbəbdəndir ki, bir sıra idarə, müəssisə rəhbərləri, ərazi nümayəndəlikləri və bələdiyyələr vətəndaşların qəbulunu, onların müraciətləri ilə işin düzgün təşkil edilməməsi səbəbindən Beyləqan şəhər, Birinci Şahsevən, İkinci Şahsevən, Dünyamalılar, Bünyadlı, Əlinəzərli kənd inzibati ərazi dairələrindən yuxarı orqanlara və rayon İcra hakimiyyətinə daxil olan müraciətlərin sayı artmışdır.

Qeyd edək ki, oxucularımızın diqqətini çəkən məlum xəbərin içində Qələndərovun adının mənfi müstəvidə hallanması yerli məmurların əməllərindən bezmiş Beyləqan sakinlərini necə deyərlər, oyatmışdır. Amma əlbəttə ki, sadə beyləqanlıların məmurların görəvinin xalqı incitmək deyil, məhz xalqa xidmət etmək olduğunu xatırlamalarına ən başlıca səbəb dövlətimizin başçısının bu il fevralın 13-də Beyləqan rayonuna səfəri olmuşdur. Beyləqan əhalisi böyük coşqu ilə qarşıladıqları möhtərəm prezidentimizlə o möhtəşəm görüşün hərarətini uzun zaman unutmayacaqdır. Di gəl, rayon rəhbərliyini təmsil edən bəzi vəzifəli şəxslər dövlət başçısının həmin görüşdə verdiyi tövsiyələri çox tez yaddan çıxarıblar.

Nə isə. Keçirik mətləbə: Dünən axşam və bu gün səhər redaksiyamıza Beyləqanda “tenderlər kralı” kimi tanınan Məhəmməd Qələndərovun rəvac verdiyi, daha doğrusu, sözün hərfi mənasında imza atdığı korrupsiya hüquqpozmaları və maxinasiyalar barədə ciddi məlumatlar daxi olmuşdur. Həmin məlumata görə, Beyləqan şəhərində binaların əsaslı və cari təmirinə 2017-ci ildə 745,0 min, 2018-ci ildə isə 800 min manatdan artıq vəsait ayrılıb ki, bunun da əksər hissəsi təyinatı üzrə xərclənməyib, formal rəqəmlərlə silinərək mənimsənilib. Bildirilir ki, binaları balansda saxlayan Mənzil İstismar Sahəsinin sərəncamına verilməli olan həmin vəsaitləri Məhəmməd Qələndərovla rayon maliyyə idarəsinin rəisi əlbir olaraq “yerbəyer” etmişlər. Şəhərin mənzil təsərrüfatına cavabdeh müəssisənin rəhbəri icra başçısının müavininin korruptiv təkliflərinə qol qoymaqdan imtina etdikdə isə maxinasiya şərikləri pulun təyinatını dəyişərək, onun iştirakı olmadan keçinmək qərarına gəliblər. Qələndərov işlərin görülməsi üçün özünün istədiyi firmanı seçib, maliyyə vəsaitinin buraxılması üçün də məhz özü sənədə qol çəkib. Verilən informasiyadan və hələlik ilkin araşdırmalarımızdan belə qənaətə gəlmək olur ki, sözügedən maliyyə vəsaiti sadəcə silinib, arxasında iş durmur. Təmirinə kifayət qədər böyük pul vəsaiti yönəldilən binalar realda ya mövcud deyil, ya da “pulyeyən” ölçüləri kağız üzərində həddən ziyadə “şişirdilib”. Vəsaitin “təyinatı üzrə və səmərəli” xərcləndiyi haqda Prezidentə yalan məlumat verilmişdir.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ