Samir Şərifovun işçisi Beyləqan icra başçısı ilə necə anlaşdı?
Dunya / Bolge
Oxunub: 1 199
30 mar 2019 | 13:07
Samir Şərifovun işçisi Beyləqan icra başçısı ilə necə anlaşdı?















Beyləqana icra başçısı təyin olunan Asif Ağayevin islahatlar apararaq xələfi Vaqif Abdullayevin kadrlarını təmizləyəcəyi gözlənilsədə, hələki bu baş vermir. İcra başçısı son üç ayda gözə kül üfürərək xələfinin bir neçə kadrını işdən çıxartmaqla kifayətlənib.

Beyləqandan AzToday.az-a daxil olan məlumata görə? Asif Ağayev xələfi Vaqif Abdullayevin kadrları ilə anlaşmağa başlayıb. Belə kadrlardan biri də Beyləqan Maliyyə idarəsinin müdiri İslam Allahverdiyevdir. İlk işdən çıxarılacaq məmurlar siyahısının başında duran İslam Allahverdiyev heç kəsin ağlına gəlməyəcək dərəcədə icra başçısı ilə çox yaxın münasibət qura bilib. Rayon camaatının da maraqla qarşıladığı bu münasibətin isə necə baş verməsi barədə AzToday.az-a ilginc məlumat daxil olub.

Samir Şərifovun işçisi Beyləqan icra başçısı ilə necə anlaşdı?









AzToday.az-a verilən məlumatda iddia edilir ki, İslam Allahverdiyevlə Asif Ağayevin anlaşmasının səbəbkarı Sabirabad “KapitalBank”ının müdiri Sakit Zahidov olub. Belə ki, Beyləqan icra başçısı ilə həmyerli olan Sakit Zahidov həm də İslam Allahverdiyevlə qudadır. Asif Ağayev Beyləqan icra başçısı təyin edildikdən sonra Sakit Zahidov həmyerlisini təbrik etmək üçün ziyarətinə gəlib. “Kapital” Bankın Sabirabad filialının müdiri həmyerlisini təbrik etməklə bərabər həmdə qudası İslam Allahverdiyevi onunla tanış edərək xahişini edib. Məlumata görə, Sakit Zahidovun qudasını başçıya tapşırmasından sonra İslam Allahverdiyev hər gün bir neçə dəfə başçının kabinetində olur. Hətta Asif Ağayev həmyerlisinin qudasına o qədər inanıb ki, icra başçısının evinin bazarlığını və bişirilən yeməklərə Samir Şərifovun Beyləqandakı işçisi nəzarət edir. AzToday.az-a verilən məlumatda qeyd edilir ki, Samir Şərifovun Beyləqandakı idarə müdiri yaxın ətrafı ilə keçirdiyi məclislərdə Asif Ağayevin onunla çox yaxın münasibətlərə malik olduğunu və başçının bəzi məsələlərdə onunla məsləhətləşmələr apardığını belə dilə gətirməkdən çəkinmir. Hətta İslam Allahverdiyev birazda uzağa gedərək icra başçısının məmurlar arasında yalnız ondan pul aldığını deyib.

Görünür, Beyləqan Maliyyə İdarəsinin müdiri qudası Sakit Zahidovun vasitəsi ilə icra başçısı Asif Ağayevi tam cənginə keçirdə bilib.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi