“Sobsan Boya” şirkəti Şamaxıda insanları torpaqsız qoyub - Prezidentə şikayət
Dunya / Bolge
Oxunub: 998
6 apr 2019 | 18:51
“Sobsan Boya” şirkəti Şamaxıda insanları torpaqsız qoyub - Prezidentə şikayət













Azərbaycanda qeyri-neft sektorunun-xüsusilə kənd təsərrüfatının inkişafı məqsədilə son illərdə bir çox proqramlar qəbul edilib, iri layihələr reallaşdırılıb. Kənd təsərrüfatı sahəsində çalışanların əməyinin stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyalar ayrılır, kreditlər verilir. Cənab Prezidentin xüsusi nəzarətində olan bu sahədə artıq ilkin uğurlar qazanılıb.
Təəssüf ki, Şamaxıdan aldığımız şikayət məktubunda göstərilən faktlar bunun tamamilə əksini göstərir. Belə ki, Rubrika.az saytına müraciət edən Şamaxı şəhər C.Məmmədquluzadə küçəsində yaşayan Niftalıyev Babası Dünyamalı oğlu mülkiyyət hüquqlarının tapdalanmasından, əmlakı olan torpaq sahəsinin zorla əlindən alınmasından şikayətçidir.
Şikayətçi bildirir ki, artıq 20 ildən çoxdur ki, onların istifadəsində olan torpaq sahələri saxta sənədlər hesabına “Sobsan Boya” şirkətinə satılıb və etdikləri şikayətlərə heç kim məhəl qoymur. Şəhriyar qəsəbəsi ərazisində yerləşən və kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi maraqlar müqabilində tamamilə saxta sənədlər hazırlamaqla qanuni istifadəçilərindən alınaraq “Sobsan Boya” şirkətinə verilib. İş o yerə çatıb ki, hətta vəfat edən şəxsin də adına saxta etibarnamə hazırlanıb və bu yolla torpaqların şirkətə verilməsi “qanuniləşdirilib”. Görünən odur ki, deyəsən Şamaxıda dövrümüzün yeni Şeyx Nəsrullaları peyda olub və ölən adamın adından etibarnamə alveri də edirlər. Özü də bu sənədi Rusiyadan gətirərək belə cinayətə imza atırlar.
Şikayətçi bildirir ki, istifadələrində olan 15 ha torpaq sahəsindən uzun illərdir ki, kənd təsərrüfatı məqsədilə istifadə edirlər. Bu torpaqlar neçə-neçə ailənin dolanacaq mənbəyidir. Burada taxıl, meyvə ağacları əkilir, kənd təsərrüfatının inkişafı məqsədilə işlər görülür. Lakin, “Sobsan Boya” şirkəti sadə insanların dolanacaq yeri olan torpaqlarda süni göl yaradır, tikili inşa etdirmək üçün betontökmə işləri aparır. Yəqin ki, Şamaxıda kənd təsərrüfatı o qədər inkişaf edib ki, artıq əkinə yararlı torpaqlarda göl vurulur, ev tikilir. Dövlətin, Prezidentin kənd təsərrüfatına göstərdiyi diqqətə belə cavab verənlər də var!
Rubrika.az saytına müraciət edən 83 yaşlı Niftalıyev Babası bildirir ki, istifadə etdikləri torpaqların onlara məxsus olduğunu sübut edən sənədləri olmasına baxmayaraq nədənsə vəfat edən şəxsin “etibarnaməsinə” daha çox etibar edirlər. Dirilərin torpaq hüququnu ölülərin əliylə pozanlara isə hələ ki, “dur” deyən yoxdur. Qəribəsi odur ki, “Sobsan Boya” şirkətinin əməkdaşları torpağın qanuni sahiblərinə hədə-qorxu gəlir, hətta özlərini “Mehriban xanımın adamları” kimi qələmə verirlər. Yəqin ki, onlar cənab Prezidentin, Mehriban xanımın Şamaxıya son səfərlərindən xəbərsizdirlər və onların hər zaman kimin yanında olduqlarını bilmirlər!
“Sobsan Boya” şirkəti Şamaxıda rəngləri tündləşdirməklə çörəyi qara torpaqdan çıxan insanların gününü göy əskiyə büküb. Şikayətçi bildirir ki, şirkətin Cavid adlı əməkdaşı ilə dəfələrlə görüşüb, öz torpaq sahəsindən onlara kommunikasiya xətlərinin çəkilməsi üçün yer ayırıb. Lakin, şirkətin sahibləri ona yalançı vədlər verməklə sonda torpağına sahibləniblər.
Rubrika.az saytına şikayət edən B.Niftalıyev bildirir ki, torpaq sahələrində min-bir əziyyətlə ağaclar əkiblər, onlara qulluq ediblər. Ancaq “Sobsan Boya” şirkəti onların əkdiyi ağacları çıxararaq yerində üzüm əkirlər. Və eyni zamanda həmin torpaqlarda qanunsuz, süni göl yaratmaqla bir daha Azərbaycan qanunlarını pozmuşlar. Nəzərinizə çatdırırıq ki, mövzu ilə bağlı şikayətçilər hətta Prezident Şamaxıda olduğu vaxt ona məktub təqdim edilmiş,lakin indiyə qədər heç bir cavab verilməmidir. Görünür üzüm suyuna olan sevgi dövlətin yaşıllıqlara, ekologiyaya olan münasibətinə güc gələndə belə olurmuş!
Rubrika.az saytı vasitəsilə cənab Prezidentə müraciət edən B.Niftalıyev kömək istəyir:
“Artıq ömrümün ixtiyar çağlarını yaşayıram. Amma bu yaşıma qədər üzləşmədiyim, şahidi olmadığım qanunsuzluqla, fırıldaqla üz-üzə qalmışam. Torpaqlarımızı əlimizdən alanlar, “Sobsan Boya” şirkəti Azərbaycan qanunlarına məhəl qoymurlar. Onların hazırladıqları bütün sənədlər qanunsuzdur-hətta vəfat edən şəxsin də adına etibarnamə hazırlayıblar. Lakin, bütün bunlara baxmayaraq biz bu gün öz halal torpağımızı əkib-becərə bilmirik. Cənab Prezident, siz hər zaman kəndlinin dayağı, himayədarı olmusunuz. Bizi öz doğma torpaqlarımızda əkin-biçinlə məşğul olmağa, halal çörəyimizi qazanmağa qoymayanlara meydan verməyin. Bizim ümüdümüz sizsiniz!”
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq