"İcra başçısının yaratdığı "Xeyriyyə Fondu"na pul tutulur" - İTTİHAM
Dunya / Bolge
Oxunub: 940
6 apr 2019 | 16:00
"İcra başçısının yaratdığı "Xeyriyyə Fondu"na pul tutulur" - İTTİHAM














Laçın rayon Vağazin kənd sakini Mürsəlzadə Əliağa Albəndə oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:

“Cənab prezident!

Rayonu işğal altında olan bir icra başçısının acgözlüklə dövlətin sərvətlərinə qənim kəsilməsi məni sözün əsl mənasında bir azərbaycanlı olaraq çox utandırır. İnsan necə öz dövlətinə, xalqına qarşı bu qədər düşmənçiliklər edə bilər?!

Bəyənmədiyimiz ermənilər yox yerdən bir dövlət qurub yaradıb və bununla da kifayətlənməyib, dövlətlərini böyütmək üçün əllərindən gələni edirlər və bu amal uğrunda yorulmadan çalışırlar. Lakin bizim Aqil Nəzərli nəinki ermənilərin dəyirmanına su tökür, hətta dəyirmana çay axıdır...

İndi isə Aqil Nəzərlinin korrupsiya faktlarından çox cüzi bir hissəsini diqqətinizə çatdırırıq.

Rəsmi şəkildə əmək müqaviləsi ilə işləyən hər kəs bilir ki, işçinin əmək haqqından məcburi və könüllü tutulmalar edilir. Məcburi tutulmalar Vergi, DSMF, İşsizlikdən Sığorta Fonduna edilən ödəniş və büdcə təşkilatlarında məntiqsiz olsa da, mövcudluğu yalnız pul yığmaqda görsənən "Həmkarlar İttifaqı"na tutulmalardır. Ancaq Laçın rayon icra başçısı Aqil Nəzərlinin göstərişi əsasında könüllü tutulmalar sırasında olan "Xeyriyyə Fondu"na tutulma məcburidir.

Laçın rayon idarə və müəssisələrində işləyən bütün fəhlələrin hər ay əmək haqqından məcburi olaraq 1% Laçın rayon "Xeyriyyə Fondu"nun bank hesabına ödənilir. Və faktiki olaraq 10 minlərlə manat vəsait heç bir zaman da təyinatı üzrə istifadə edilməyib və mütəmadi olaraq Aqil Nəzərlinin yaxın adamlarının adlarına 500, 1000 manat yazılaraq, həmin hesabdan pullar çıxarılır. 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar aylarında Aqil Nəzərli yenədə öz adamlarının adlarına 500, 1000 manat civarında çox sayda adamın adına yazaraq "Xeyriyyə Fondu"nun vəsaitlərini çıxarmışdır. Və həmin adamlar pulları Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərliyə təhvil verərək, qarşılığında 15-20 manat zəhmət haqqı almışdırlar.

Digər bir korrupsiya faktı isə Laçın rayon Mişni, Qarıqışlaq və Vağazin kəndinin Qarağac obasında birinin smeta dəyəri 8000 manat dəyərində olan 3 ədəd su quyusunun qazılması üçün quyunun hər birinə 85 000 manat ayrılmış və ümumilikdə 231 000 manat vəsait Aqil Nəzərli tərəfindən mənimsənilmişdir.

Cənab Prezident, əsil düşmənlər ocaq başında əyləşib”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası