"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var" - Nazirə müraciət olundu
Dunya / Bolge
Oxunub: 962
17 apr 2019 | 19:22
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var" - Nazirə müraciət olundu














İmşli rayon Rəsullu kənd sakini Qafarov Nurməmməd Cəmil oğlu Conflict.az-a müraciətində bildirir ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş “Asan xidmət” kompleksinə qarşı ciddi təhlükə var. N.Qafarov əməkdaşımızla söhbətində əlavə olaraq qeyd edir ki, bu təhlükə məhz İmişli rayon rəhbərliyinin səlahiyyətində olmayan əraziyə verdiyi sərəncamdan sonra yaranıb.
- Uzun illərdir ki, həmin ərazidə mənə məxsus yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Ölkə qanunlarına müfaviq olaraq mütəmadi texniki təhlükəsizlik məsələlərinə ciddi riayət edirik. Bir müddət öncə mənə məxsus yanacaqdoldurma məntəqəsinin yaxınlığında, ölkə Prezidentinin ən uğurlu layihələrindən biri olan “Asan xidmət” mərkəzi inşa edildi. Əksər rayon sakinləri kimi bu məni də çox sevindirdi. Lakin bu sevincim uzun çəkmədi. Belə ki, İmişli rayon Qaravəlli kənd sakini, Bakı şəhərində yaşayan Mahmudov Hilal Ərəstun oğlu mənə məxsus yanacaqdoldurma məntəqəsinə yaxın ərazidə restoran inşa etdirdi. Onu da qeyd edim ki, həmin obyektin inşa edildiyi ərazi Ekologiya və Təbii Sərvətlər nazirliyinin balansında olan meşə zolağına aiddir. Lakin o da məlumdur ki, Hilal ETSN-nin nəzarətində olan meşə zolağından özbaşına istifadə edə bilməz. Məsələnin ən qəribə tərəfi isə İmişli rayon İcra Hakimiyyətinin həmin əraziyə tikinti üçün qanunsuz sərəncam verməsidir. Ölkədə padışahlıq üsul-idarəsi deyil ki, “mən hardayam ora mənimdir” prinsipi ilə əyalət idarə olunsun? Əgər ETSN-nin səlahiyyətlərini də İmişli rayon icra hakimiyyəti mənimsəyəcəkdirsə, o halda bu nazirliyin saxlanılmasına nə ehtiyac var? 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi N.Bəşirovun 05.01.2016-cı il tarixdə imzaladığı rəydə həmin ərazinin nazirliyə məxsus olduğu açıq-aydın görünür. Belə olan təqdirdə İmişli rayon İcra Hakimiyyətinin sərəncamı qanuna zidd olmaqla yanaşı, vəzifə səlahiyyətlərini aşmaqdır. Görəsən İmişli rayon İcra Hakimiyyətinin rəhbərliyi bir həqiqəti nə üçün qəbul etmək istəmir ki, inşası üçün sərəncam verdikləri restoranda manqal xörəkləri hazırlanan zaman kiçik bir qığılcımın yanacaqdoldurma məntəqəsinə düşməsi böyük faciəyə səbəb olar? Görəsən həmin an məsuliyyət kimin üzərinə düşəcək? Sərəncam verənin, restoran sahibinin, yoxsa əvvəlcədən xəbərdarlıq edən mənim? Axı nəyinsə, hansı marağınsa xatirinə, kimlərinsə himayəsindən istifadə etməklə böyük bir faciənin baş verəcəyinə necə göz yummaq olar? Əgər bir tikili məhv olarsa onu daha yenisi ilə əvəz etmək olar. Bəs İmişlidəki səlahiyyətlilər insan həyatını nə ilə əvəz edəcəklər? Mən ölkə Prezidentinə və müxtəlif instansiyalara rəsmi müraciət etmişəm. Mətbuat vasitəsilə də müraciət edirəm, cənab Prezident əyalətdəki nümayəndələriniz insan həyatı ilə oynayırlar. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova səslənirəm, İmişlidə insan həyatına və Prezidentin layihəsinə ciddi təhlükə var, gec olmadan qarşısını alın.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdı."İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var" - Nazirə müraciət olundu"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var" - Nazirə müraciət olundu"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var" - Nazirə müraciət olundu
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində