15-05-2019, 18:21 Oxunub: 481

GDU-da nələr baş verməkdədir? - VİDEOGİLEY

GDU-da nələr baş verməkdədir? - VİDEOGİLEY














Mən İsmayılzadə Farizə Mobil qızı 1999-cu ildən Gəncə Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsində baş metodist vəzifəsində əmək fəaliyyətimə başlamışam. Xalqına, dövlətinə sadiq bir ölkə vətəndaşı kimi öz işimə məsuliyyətlə yanaşmaqla təhsilimizin inkişafına çalışmışam. İşlədiyim müddətdə nəinki, universitetdə həmçinin, şəhər ictimaiyyəti içərisində aktiv işçi kimi tanınmışam. Universitetin qoşuldiğu Avropa Birliyi tərəfindən maliyyələşən beynəlxalq layihələrdə universiteti uğurla təmsil etmişəm. Bu layihələrdən Tempus-ESFİDİP layihəsində iş planına uyğun olaraq, işçi qrupunun üzvü kimi Avropanın nüfuzlu ali təhsil ocaqlarında Polşa Respublikası Lodz universitetində,Avstriya Respublikası Qraz universitetlərində təlim-seminarlarda, görüşlərdə və s.iştirak etmişəm. Dəfələrlə universitet Elmi şurası qarşısında təqdimatlarla çıxışlar etmişəm. Universitet tarixinə ilk dəfə olaraq “Əlil tələbələrin I Forumu”nu təşkil etməklə həyata keçirmişəm. Məhz bu səbəblə, layihə müddətində aktiv fəaliyyətim nəzərə alınaraq regional xarakter daşıyan “Əlilliyi olan tələbələr üçün mərkəz”in direktoru vəzifəsinə təyin olunmuşam. 40 yaxın elmi və publisistik üslubda yazılmış məqalələrin müəllifiyəm. İtaliya Respublikası Pavia universitetində 6 aylıq doktorantura pilləsi üzrə təcrübə keçmişəm, vətənimə sertifikatla qayıtmışam. Bununla yanaşı Sosial fənnlər kafedrasında (160 saat) saat hesabı ilə müəllim işləmişəm. İşlədiyim müddətdə müxtəlif təşəkkür, mükafat və fəxri fərmanla təltif olunmuşam.









09.09.2016-cı il tarixdən 16.02.2017-ci il tarixədək Beynəlxalq Əlaqələr şöbəsinin müdir əvəzi vəzifəsində işləmişəm.
Ancaq mənim 20 ilə yaxın qüsursuz əmək fəaliyyətimə hər vasitə ilə kölgə salmaq məqsədilə 26.04.2018-ci il tarixdə Universitet rəhbərinin qəbul otağında əvvəlcədən hazırlanmış “xüsusi plan” əsasında Beynəlxalq Əlaqələr şöbəsi müdiri (yəni, işlədiyim şöbənin müdiri) Ruslan Məmmədov tərəfindən ailəm və özüm ağır şəkildə təhqir olunmuşam, bununla kifayətlənməyən şöbə müdiri məni sol gicgah nayihəmdən yumruqla vuraraq xəsatər yetirmişdir.
Həmin vaxt universitetdə olmayan rektor Yusif Yusibov komandasında ona yaxın adamlarından biri olan Ruslan Məmmədovu “qorumaq” məqsədilə özünə yaxın komandasının digər üzvlərindən ən yaxını universitetdə yenicə yaradılmış İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və departamentin digər işçilərinin yazdıqları saxta izahatlarla (hansı ki, bu izahatlarda öz məkirli niyyətlərinə nail olmaq üçün hətta ölkə başçımız cənab İlham Əliyevin adından belə istifadə etməkdən çəkinmədən mənim şərəf və layaqətim təhqir olunmuşdur) Əmək məcəlləsinin 70 maddəsinin ç bəndini “əsas” tutaraq qeyri qanuni olaraq işdən azad etmişdir.
Mən həmin gün hadisədən 15 dəqiqə sonra Gəncə şəhər Baş Polis İdarəsinə və Gəncə şəhər icra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə rəsmi olaraq müraciət etmişəm. Sonra aldığım xəsarətlərə görə 3 saylı xəstəxanaya ekspertizadan keçmək üçün gəlmişəm. Bu vaxt həkim Cavanşir adlı şəxs mənə sabah gəlməyimi bildirdiyi üçün hadisə haqqında məlumat verməm və aldığım xəsarətləri özünün görməsi üçün rektor Yusif Yusibovla görüşmək üçün təxminən saat 15 :00 radələrində universitetə qayıtdım. Rektor köməkçisi Elsəvər Nağıyevə yaxınlaşaraq ona rektor Yusif Yusibovla görüşmək istədiyimi və şikayət etmək istədiyi bildirsəm də o mənə rektor səni qəbul etməyəcək çünki, sən Ruslanı vurmusan dedi. Hadisə olan vaxt mənim Ruslan Məmmədov tərəfindən vurulduğu görən üç şahiddən biri olan (digər şahidlər rektor köməkçisi İlqar Kubışov və idarə heyytəinin operatoru Həmidə Qasımova da otaqda olmuşlar) Elsəvər Nağıyevin məni heyrətə salan cavabını eşitdikdən sonra ona haqlı olaraq iradımı bildirdim. Ona Elsəvər müəllim siz nə danışırsız indiyədək mənim bu universitetdə kimə isə kobud cava belə vermədiyimi bildiyiniz halda, hansı səbəbə görə mənə şər atırsınız? Bu hansı vicdana sığar. Gözləriniz qarşısında Ruslan Məmmədovun məni necə təhqir edib, vurmağının şahidi olduğunuz halda mənə nə üçün şər atırsınız ? Mənə heç bir cavab verə bilməyən Elsəvər Nağıyevə haqlı iradımı bildirdikdən sonra öz otağıma qayıtdım. Bu vaxt Elsəvər müəllim də mənim arxamca iş otağıma gəldi və mənim qolumdan tutaraq otağa girməyinə mane olmaq istədi. Mən onun əlindən çıxıb otağa daxil oldum və stulumda əyləşdim. Bu vaxt rektorun baş müşaviri Asif Cavadov , köməkçisi İlqar Kubışov da içəri girdilər. Hər ikisi mənə universiteti tərk etməyimi və otağın açarlarını onlara verməyimi tələb etdilər. Mən hansı səbəbə görə otagın açarlarını onlara verib, getməli olduğumu soruşdum. Asif Cavadov mənə sən polisə gedib niyə şikayət etmisən elə bilirsən polis sənin sözünü deyəcək, getdin şikayət etdin indi də necə şikayət etmisən cəzanı da çəkəcəksən dedi və mənə otaqdan çıxmağımı söylədi, mən isə öz növbəmdə otaqdan çıxmayacağımı və iş saamın hələ bitmədiyini və üzümdəki xəsarətləri göstərərək mən döyüldüyüm halda mənə hansı səbəbə görə şər atırsız dedim, bu vaxt İlqar Kubışov iş stolumun üzərindəki daxili telefonla prorektor Fəxrəddin Məmmədovu, Təsərrüfat İşləri üzrə proretor Fəxrəddin Həsənovu və binadakı digər vəzifəli şəxslərə zəng edərək otağa təcili gəlmələrini bildirdi. Aradan 10-15 dəqiqə sonra “çağrılan”şəxslər iş otağıma toplaşdılar. Tədrisin təşkili və təlimin texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov mənim qolumdan tutaraq (oturduğum stuldan) qaldırmaq istədi və mənə buradan rədd olub getməsən polis çağıracağıq deyə hədə qorxu gəldi. Mən ona otaqdan çıxmayacağımı bunun üçün heç bir qanun pozuntusuna yol vermədiyi desəm də o buna məhəl belə qoymadan, universitetdəki mühafizəçiləri çağırdıraraq və məni burdan “bayıra tullamaqları” qışqıraraq əmr etdi. Onlar isə o heç nə etməyib biz onu necə çıxardaq demələrindən bərk “əsəbləşən” prorektor Asif Cavadova o isə öz növbəsində köməkçi İlqar Kubışevə polis çağırmasını tapşırdı. Təxminən 15:30 radələrində özünü Nizami rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edən 3 polis əməkdaşı otağa daxil oldular. Onlarla birgə otağa girən şöbə müdiri Ruslan Məmmədov şöbəyə və mərkəz aid olan əcnəbi tələbələrin şəxsi işlərini, əlil tələbələri şəxsi işlərini şöbəyə və mərkəzə aid digər sənədləri kitab rəfindən döşəmənin üstünə tökərək davay ə, polislərə əmr edərək bunu burdan çıxardın deyə qışqırmağa başladı.Sənədlər yığılmış qovluqları yerdə ayaqları ilə sürüyərək, öz iş otağının qapısını açaraq ora döşəmənin üstə yığdı və otağının qapısını bağladı, sonra polislərin və otaqda olanların gözü qarşısında mənim pencəyimi stolun üstünə ataraq götür burdan rədd ol, tez bunu burdan çıxardın, tez çıxardın deyə qışqırdı. Və polis əməkdaşlarından biri mənə yaxınlaşaraq xanım sizi burda qoya bilmərəm, siz təhlükədəsiz deyəsən bunlar sizə nə isə oyun qurublar ən yaxşısı bizimlə getməyinizdir. Mən onlara səhər baş verən hadisə ilə bağlı məlumat verdim və artıq Baş polis idarəsinə rəsmi olarq şikayət etdiyimi və mənim binadan çıxartmaları üçün əmrləri olmadığını desəm də onlar buna məhəl qoymadan bizimlə getməlisiz yoxsa əlavə qüvvə çağırmalı olacaqlarını bildirdilər. Sonra onlar məni Nizami rayon polis şöbəsinə gətirdilər. Burada rəis Ədalət müəllim məni qəbul edib nə olub deyə soruşdu mən ona gün ərzində baş verənləri və xəsarət almağı göstərdim o mənə xanım izahat yazın iş yerinizə qayıdın dedi. Mən rəisin tələblərinə əməl etdikdən sonra iş yerimə qayıtsam da universitetin qapılarının bağlı olduğunu gördüm. Qapını döydüm və qapıçı çıxaraq mənə İlqar müəllim əmr edib ki, sizi içəri buraxmayım deyə bildirdi. Mən mobil telefonla Gəncə şəhər İcra Hakiminin sabiq Humanitar məsələlər üzrə müavini Süvda Qurbanəliyeva ilə əlaqə saxladım və baş verənləri bildirdim o mənə universitetlə əlaqə saxlayıb sənə bir söz deyəcəm dedi və bir neçə dəqiqədən sonra zəng edərək mən Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə ilə əlaqə saxladım o mənə Farizə artıq rektorun əmri ilə işdən çıxarılmışdır deyə məlumat verdi.
Artıq 27 günü mən atam və anamla birgə səhər saat 08:30 radələrində universitetə gəldim bu vaxt bizi qapıdan buraxmadılar. Sonra Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevə və İdarə heyyətinin operatoru Həmidə Qasımova universitetin qabağında bizimlə görüşərək rektor Farizə haqqında heç bir qarar verməyib yaxşı olar ki, bu gün evə getsin sabah bir söz deyərik, mənim və valideyinlərimin haqlı iradına və universitet rəhbəri ilə görüşmək istədiyimizi bildirsən ki, o buna məhəl qoymayaraq gedin sabah gələrsiz görək rektor nə deyəcək dedi. Sonra mən atamla Gəncə şəhər Baş Polis İdarəsinə gəldik və saat 15 dən sonra olan hadisə haqqında rəsmi məlumat verdik və bizə aydın oldu ki, əslidə özünü Nizami payon polis idarəsinin əməkdaşları kimi təqdim edən bu 3 polis əməkdaşı ( guya onlara saat 15 radələrində universitetdən daxil olmuş anonim zəng gəldiyi üçün univrsitetə gəlmişlər) əslində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi, Gəncə Regional mühafizə idarəsinin əməkdaşları Polis bğlüyünün II tağımının tutucu qrupunun ekipaj rəhbəri polis baş serjantı, Əliyev Renat Eldar oğlu, tutucu qrupun sürücüsü polis serjantı Ağacanov Tural Natiq oğlu olmuşlar və bununla kifayətlənməyərək hətta guya həmin gün rektor Yusif Yusibovla guya mübahisə etdiyimi görmüşlər və bu haqda saxta akt belə tərtib edə bilmişlər.
Aprelin 28 günü yenə də iş yerimə gəlsəm də universitetə buraxılmadım. Bizimlə telefonla əlaqə saxlayan rektorun baş müşaviri Asif Cavadov mənim 10 gün müddətində işdən kənarlaşdırıldığımı bildirdi. Mən bunun səbəbini öyrənmək üçün yenə valideyinlərimlə birgə universitetə gəldik bu vaxt prorektorlar (Pərvin Kərimzadədən başqa) və AHİK sədri Afaq Qasımova bizi universitetin I mərtəbəsində yerləşən Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Allahverdiyevin kabinetində “qarşılayaraq” rektorun məni işdən 10 gün müddətində qeyri qanuni olaraq uzaqlaşırmasını müxtəlif bəhanələr vəşər bğhtanlarla haqq qazandırmağa çalışdılar sonra Asif Cavadov İnnovasiyalar departamentinin və s. əməkdaşların şər və böhtan dolu yalançı şahidlik etməklə yazdıqları sxata izahatları solun üstünə ataraq gör səndə nələr yazıblar sən daha burada işləyə bilmərsən dedi. Mən bu izahatların bir neçəsini oxudum və dəhşətə gəldim doğrudanmı bunlar bir elm, təhsil ocağında, ziyalılar tərəfindən yazılıb.
May ayının 1-də mən baş verən haqdisə və hüquqlarımın kobud surətdə pozulması ilə bağlı 21 saylı Region üzrə Əmək müfəttişliyinə rəsmi olaraq müraciət etdim. Və yazdığım şikayət ərizəsini araşdırmaq üçün 02 may 2018 ci il tarixdə əmək mütəttişliyinin əməkdaşı baş əmək şüfəttişi Sənan Əlsgərovla birgə Gəncə Dövlət Universitetinə gəldik rektorun baş müşaviri Asif Cavadovun otağında baş müfəttiş Sənan müəllim ona rəsmi olaraq Farizə xanımla bağlı müfəttişlikdən rəsmi məktubla müraciət etdiklərini və mənimlə bağlı heç bir tədbir görülməməsini bildirsə də, buna heç bir məhəl qoyulmamış və həmin gün şər və böhtanla dolu yazılmış sxata izahatlar və saxta şahidlik edən əməkdaşların mənim şərəf və ləyaqətimi təhqir etmələ “Daimi komissiya”nın şou xarakterli iclasına qoyularaq (iclas video çəkilişlə olub) mənim işdən çıxarılmam qərara alınmışdır. Və May ayının 3 də AHİK iclasında mənim iştirakım olmdan universitdən qeyri qanuni çıxarılmamla bağlı qərar qəbul olunmuşdur.Hətta bu əmrin digər şöbə və kafedralarda oxunması təmin olunmuşdur.
Ardı var
xia.az
"Dəfələrlə Şəki icra hakimiyyətinə müraciət etmişəm" - Müraciət Bolge “Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək “Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək Medeniyyet “Vitse-prezident məni işçilərin qarşısında təhqir etdi” - BP-dən şikayət “Vitse-prezident məni işçilərin qarşısında təhqir etdi” - BP-dən şikayət Sosial Azərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu – FOTOLAR Azərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu – FOTOLAR Dunya AGAT-ın yeni sədri kimdir? AGAT-ın yeni sədri kimdir? Siyaset