Lənkəranda QARAŞOV ÇÖKƏKLİYİ... - Ölkə inkişaf edir, Lənkəran isə geriləyir...
Dunya / Bolge
Oxunub: 1 121
27 may 2019 | 23:16
Lənkəranda QARAŞOV ÇÖKƏKLİYİ... - Ölkə inkişaf edir, Lənkəran isə geriləyir...















Prezident dəfələrlə icra başçılarına xəbərdarlıq edir ki, özlərini yığışdırsınlar, uşaqlarının harınlığına son qoysunlar, camaatla işləsinlər, dotasiya da yoxdur və rayonlar öz resursları hesabına ayaq üstə dayansınlar. Lakin bəzi rayonlarda hələ də heç bir dəyişiklik yoxdur.

Reportyor.info-nun mediaya istinadən verdiyi xəbərlərdən biri ondan ibarətdir ki, büdcənin xeyrini görməyənlər sırasında Lənkəran xüsusi diqqət çəkir. Cənub mirvarisi, vaxtilə “xan Lənkəran” adlanan bu zonanın problemləri başından aşıb-daşır.

Əkin-biçin üçün fermerlərə şərait yaradılmayıb, işsizlər ordusu formalaşıb, əhali yalnız bir mərkəzi bazarın hesabına və Rusiyada işləyənlərin göndərdiyi pulla, İran bazarları ilə dolanırlar.

Bu bölgədə iş saatlarında kafe və çayxanalarda çoxlu kişi görmək olar. Sakinlər bunun səbəbinin işsizlik olduğunu deyirlər.

Sahibkarlığın inkişafından söhbə açıla bilməz. Əksinə, icra başçısı Taleh Qaraşov özü bu işlə məşğuldur. İddialara görə, dəniz kənarında hotel tikdirib və istifadəyə verilmək üzrədir.

RİH yayılan xəbəri təkzib eləsə də, yerli sakinlər təkidlə bildirirlər ki, hotel T.Qaraşovun şəxsi biznesidir. Biznesin inkişaf miqyası hotellə məhdudlaşmır.

Sosial şəbəkələrdə xəbərlər var ki, T.Qaraşovun oğlu Lənkəranda düyü biznesinə girişib. Lənkəranda hektarlarla sahəsi olduğu iddia edilən icra başçısının oğlu düyü əkdirir, pul qazanır.

Qaraşovun oğlu Lənkəranda tamet – metlax biznesi azmış kimi, düyüdən də pul çıxarırmış.

Bir müddət əvvəl isə yayılmış xəbərlərdə deyilirdi ki, Taleh Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub.

Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb.

AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.

İcra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər.

Yəni ailənin gündəlik hotel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.

Ailənin təkcə hotel xərcləri 251 min dollar olub”, – deyə məlumatda deyilirdi. Sonra RİH tərəfindən bu məlumat da təkzib olunmuşdu.

Digər informasiyada bildirilirdi ki, icra başçısı Xanbulanda villa alıb və daha çox orada qalır. Amma “od olmayan yerdən tüstü” çıxmır və son məlumatlar təsdiqləyir ki, Qaraşovlar kifayət qədər oliqarxlaşıblar.

Mediada dolaşan məlumatlardan biri də beləydi ki, başçı oğlu azərbaycanlı müğənniyə 120 min manata “Porşe” markalı avtomobil alıb.

Onu da deyək ki, icra başçısı aparatda ciddi dəyişikliklər edib. İndi komandasında əsas fiqur müavini Möhübbət Babayevdir. Vüqar Məmmədov və Xalid Rəhimov isə yeni müavinləridir.

Mediada gəzən informasiyalara görə, Qaraşov Xətai rayonuna icra başçısı gətirilə bilər.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...