“Goran”ındakı “Yüngül qəlyanaltı”da hansı hoqqalara qol qoyulur?-ŞOK İTTİHAMLAR
Dunya / Bolge
Oxunub: 683
8 iy 2019 | 12:01
“Goran”ındakı “Yüngül qəlyanaltı”da hansı hoqqalara qol qoyulur?-ŞOK İTTİHAMLAR











Göranboy rayonunun “Goran” yaşayış məntəqəsində, daha dəqiq desək Bakı-Qazax mərkəzi magistral yoluna bitişik ərzidə fəaliyyət göstərən və hər kəsin “Yüngül qəlyanaltı” adı ilə tanıdığı ictimai-iaşə obyektində gündəlik baş verən hoqqaları eşidən hər kəs, sanki baş götürüb qaçmağa ünvan axtarır.  Belə ki, əldə etdiyimiz məlumatlara görə, bu obyekti işlədən Elçin adlı şəxs əslən Yelax şəhərindən olsa da, hal-hazırda o, Goranboy rayonunda yaşayır. Düzdür, bu obyekt hər gün səhər saatlarından fəaliyyətə başlayır və elə hallar olur ki, fəaliyyətini gecə saatlarınadək davam etdirir. Bugünlərdə adının çəkilməsini  istəmədiyimiz əməkdaşımız Elçin adlı şəxsin sahiblik etdiyi və “Yüngül qəlyanaltı” adı ilə tanıdığı obyektdə olur və görüb eşitdiklərindən, sanki dəhşətə də gəlir. Yəni, əməkdaşımız o halın şahidi olur ki, həmin obyekt “Yüngül qəlyanaltı” adı ilə tanınsa da, əslində daha çox gecə saatlarında “intim məsələlər”in həllini tapmasında müstəsna rol oynayır. Əməkdaşımız obyektdə yaşananlarla bağlı əldə etdiyi məlumatları redaksiyamıza çatdıraraq qeyd edir ki, “Müştərilər səhər saatlarından bu obyektə üz tuturlar və gün ərzində “əhvali-ruhiyyə”lərini yetərincə dəyişdikdən sonra, gecə saatlarında arzularını “çin edirlər”. Yəni, ilk əvvəl onlar obyektə üz tutan yüngül əxlaqlı qadınlarla sövdələşirlər, az sonra ümumi razılığa gəlirlər, daha sonra isə əldə etdikləri “razılaşmanı” gecə saatlarında icra edirlər. Düşündürücü hal o olur ki, “Yüngül qəlyanaltı” adı ilə tanınan obyekti işlədən Elçin adlı şəxs, həm tərəflərə lazımi şərait yaradır, həm də atdığı hər addımına görə marağını da qorumağa çalışır. Yəni, adı çəkilən bu şəxs həm müştərilərinə “xırıd etmək” istədiyi mallarını baha qiymətə satır, həm də onlara lazımi şərait yaratmaqla müştəri bolluğu yaradır.

    İndi olub-keçənlərə diqqət yetirək və ortaq məxrəcə gəldiyimiz qənaəti hər kəslə bölməyə də çalışaq. Əvvəla onu qeyd edək ki, Göranboy rayonunun “Goran” yaşayış məntəqəsi də, xalqımıza məxsus adət-ənənələrimizin yaşadıldığı ünvanlardan biridir. Bu ərazidə bu gün də böyüyə hörmət, azyaşlılara məhəbbət, qadın adını uca tutmaq, onun şərəf və ləyaqətini qorumaq və s. kimi ülvi dəyərlər yaşadılmaqdadır. Bu belə olduğu halda, görəsən Elçin adlı şəxsin atdığı addımlara nə ad vermək olar?

   Əldə etdiyimiz bəzi məlumatlara görə, “Goran” yaşayış məntəqəsinin mərkəzi hissəsində yerləşən bu obyekt ictimai-iaşə obyekti olmasından daha çox, ayrı-ayrı şəxslər üçün sanki “svidaniya ünvanı”na çevrilib. Onu da vurğulamaq yerinə düşər ki, hər kəsin “Yüngül qəlyanaltı” adı ilə tanıdığı bu ünvanda müştərilərin sövdələşmələri yekunlaşdırdıqdan sonra, onlar arzularını “çin etmək” üçün, heç də başqa bir ünvan axtarmırlar. Çünki buna əsas səbəb,  intim münasibətləri gerçəkləşdirmək üçün həmin obyektdə lazımi şəraitin olmasıdır.

    Hələ bu azmış kimi, əməkdaşımızın verdiyi müəyyən məlumatlara görə bu obyektdə çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi sənədi bağlanmayıb, antisanitariya tüğyan edir və digər çoxsaylı qanunsuzluq əməllərinə qol qoyulması, sanki adi məişət məsələlərindən birinə də çevrilib. Belə bir halların varlığı, artıq “Yüngül qəlyanaltı” adı ilə tanınan obyektin adının dillər əzbəri olmasına da səbəb olub. Düşünürük ki, aidiyyəti qurumlar bu ictimai-iaşə obyektində yaşanan çoxsaylı problemlərin varlığı ilə bağlı lazımi addımlarını atıb, qanunamüvafiq tədbirlərini də görəcəklər. O halda hər kəs görüb eşidəcək ki, “Goran” yaşayış məntəqəsinin mərkəzi hissəsində fəaliyyət göstərən bu obyektdə Elçin adlı şəxsin “fironluğu”na son qoyulub.

     Mövzu diqqətimizdədir.
Sizinxeber.com
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi