Baş həkim naziri yox, Zakir Fərəcovu vəsf edir - Kuryoz müsahibə...
Dunya / Bolge
Oxunub: 1 007
11 iy 2019 | 19:30
Baş həkim naziri yox, Zakir Fərəcovu vəsf edir - Kuryoz müsahibə...














Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli bu yaxınlarda manevr.az saytına müsahibə verib. Sanki danışan baş həkim yox, bələdiyyə sədri, icra nümayəndəsidir.

Cahan.info-nun məlumatına görə, əvvəlcə Laçının işğalından, ağrı-acılardan, vətən həsrətindən danışan M.Məmmədli sonra Sumqayıtdakı inkişafa keçid edib. Onun sözlərindən adam heyrətə gəlir, bu şəhərdə inkişaf fontan vururmuş, xəbərimiz yox.

Baş həkim uşaqlar arasında yayılan xəstəliklərdən, səhiyyənin problemlərindən danışmaq yerinə, Sumqayıtın icra başçısı Zakir Fərəcovu vəsf edib, şəninə təriflər yağdırıb.

Məntiqlə baş həkim səhiyyə naziri Oqtay Şirəliyevin fəaliyyətindən ağız dolusu danışmalıydı, çünki xəstəxana Sumqayıt İH-nə yox, Səhiyyə Nazirliyinə tabedir.

Lakin Müşviq Məmmədli qohumu olduğu deyilən Zakir Fərəcova vəfa borcunu ödəmiş olub. Görünür ki, onun baş həkim təyinatında icra başçısının xüsusi əməyi olub.

Müsahibədən sitat: “Son illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun fəaliyyəti nəticəsində şəhərimiz daha da inkişaf edib.

Görülən abadlıq işləri, yaradılan gözəlliklər şəhər sakinlərinin, eləcə də gələn qonaqların zövqünü oxşayır. Dənizkənarı bulvarın gözəlliyi isə hər kəsi valeh edir.

Yaxın bir neçə il ərzində şəhərdə istifadəyə verilmiş müasir sənaye müəssisələri, istehsal sahələri inkişafın bir mərhələsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bir sözlə, Sumqayıt dayanmadan müasirləşir və tərəqqi edir.

Ölkə başçısının Sumqayıtın inkişafı və abadlığı üçün imzaladığı sərəncamlar əməli olaraq həyata keçirilən işlərdə öz əksini tapır. Sumqayıt hər zaman dövlət tərəfindən diqqət və qayğıyla əhatələnib”.

Cahan.info xəbər verir ki, Z.Fərəcovun qohumları Sumqayıtda yaxşı ad çıxarmayıblar. Sonuncu dəfə əmisi oğlu Novruz Fərəcov bir qadını təhqir eləmişdi. Müşviq Məmmədli isə hələlik kimisi vurmasa da, xəstəxanada rüşvət ayaq açıb yeriyir.

Bir müddət əvvəl jurnalist Anar Xanlarov başına gələnləri nəql etmişdi:

“Təzədən təcili yardımı geri çağırdıq. Uşağı müayinə edib bildirdilər ki, xəstəxanaya aparılmalıdır. Getdik xəstəxanaya. Demək sürücü hər "svetafor"da saxlayır.

Axırda hirsimdən pəncərəni döymüşəm ki, yollar boşdur. Bildirdim ki, sür də uşaq ağrıdan ölür axı! Harda görünüb ki, təcili yardım xəstə aparanda qırmızı işıqda saxlaya?

Gedib çıxdıq xəstəxanaya və məlum oldu ki, Sumqayıt Uşaq Xəstəxanasının gecə növbəsinin həkimindən tutmuş, qapıçısına kimi hamısı yatıb.

Xəstə gəldiyini eşidən kimi, hamısı gözünü ovuşdura-ovuşdura aşağı düşdü. Bunlar dərk eləmir ki, gecə növbəsi yatmaq üçün deyil.

Ancaq bizdə belədir ki, gecə növbəsinə gedən adam bütün işini gündüz görür ki, əşi onsuz da gecə "smendə"yəm yatacam. Uşağa "kartoçka" açıldı və həkim deyir ki, 5 manat ödəyin.

Deyirəm niyə ödəməliyəm?! Deyir nə bilim ödəyin də! Yox axı niyəsini bilim də. Yoxdursa, eybi yox keçin, "dejurnu" həkim qabaqdadır.

Uşağı aparmışıq heç bilmirlər niyə ağlayır, o dəqiqə ağrıkəsici vurdular. Uşaq başladı daha da betər qışqırmağa dalınca ikinci ağrıkəsicini vurdular.

Uşağın ürəyi partlayır qayıdır ki, 25 manat ödəniş eləyin. Anası qayıdıb ki, yoldaşım jurnalistdir, indi çağıraram izah edin görək o nə 25 manatdır?!

Tez düşüblər əl-ayağa ki, yaxşı lazım deyil ödəməyin. Tutmuşuq yaxasından ki, uşaq partlayır, heç sən bilirsən ki, bu niyə ağlayır, vurduğun ağrıkəsici nədir?! Cavan qızdır, deyir ki, biz əlimizdən gələni elədik...

Uşağın niyə o vəziyyətə düşdüyünü bilmir dalbadal ağrıkəsicini vurur. Axırda götürmüşük ki, başqa xəstəxanaya aparaq yolda yuxuya getdiyi üçün yenidən evə gəlmişik.

Səhər yenidən həmin xəstəxanaya qayıtmışıq. Uşaq ağlayır, az qala ürəyi partlasın bunlar hələ dünən gecəki "kartoçka"nı axtarır. Bir dəfə də buna görə əsəbiləşmişik.

Axırda uşağı yazıblar xəstəxanaya və baş həkim göndəriş verib ki, bütün müayinələrdən keçmək lazımdır. Əsl bazar da bundan sonra başlayıb.

Kardioloqa getmişik, cavan qızlar idi gülərüz qarşıladılar, yoxladılar, kardioqramanı çıxartdılar öz-özümə deyirəm nə əcəb belə cavan həkimlər var.

Sağollaşıb qapıdan çıxırıq qayıdır ki, 5 manat ödəniş eləyin. Bir anda adamın gözündə heç oldular.

Demək ki, bunları gülərüz eləyən pula həvəs imiş. Səbəbini soruşuruq deyirlər - kağızın puludur. Deyirəm, sizə kağızı dövlət vermir, üzümə durur ki yox.

Deyirəm, siz cibinizdən pul verib kağız alırsınız?! Özü də adi kağız nə vaxtdan 5 manat olub?! Təbii ki, o pulu verməyib otaqdan çıxdım. Qan analizi isə əsl komediya idi.

Əvvəl yenə otaqda qan alıb pulu da otaqda istəyirdilər. İndi stolu qoyublar düz dəhlizin ortasına avadanlıqları da düzüblər üstünə. Xəstələr növbə ilə yaxınlaşır, qan verir, sonra qan götürən də qayıdır ki, 2 manat ödəyin.

Elə hamının gözü qarşısında, açıq bazar.

Səbəb soruşuram minnət vurur "yoxdursa, qalsın". Deyirəm minnət vurma e, varımdır, amma niyə görə veməliyəm?!

Sonradan eşitdim ki, baş həkim də jurnalist olduğumu bilib və tapşırıb ki, bizi çox incitməsinlər. Amma xəstəxanada yatan bütün uşaqların valideynlərindən həmin pulların hamısını alıblar.

Adam özünə də nifrət elədi. Başa düşürəm, həkimlərin maaşı da qəpik-quruşdur, məcburdur xəstənin cibinə baxmağa. Amma bu o demək deyil ki, həkim yaşamağı üçün lazım olan pulunu xəstədən çıxartmalıdır?!”

Bütün bu mənzərə kifayət edir ki, Müşviq Məmmədlinin baş həkim olduğu uşaq xəstəxanasında rüşvət, özbaşınalıq, səhlənkarlıq hökm sürdüyünü anlayasan.

Amma baş həkim rəhbərlik etdiyi xəstəxanada qayda-qanun yaratmaq əvəzinə, Sumqayıt bulvarından, sənaye müəssisələrindən, icra başçısı Z.Fərəcovdan təriflər danışır.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"