Rüşvətin alınmaz qalası – Gəncə Dövlət Universitetində Azərbaycan elmi məhv edilir
Dunya / Bolge
Oxunub: 960
24 iy 2019 | 15:43
Rüşvətin alınmaz qalası – Gəncə Dövlət Universitetində Azərbaycan elmi məhv edilir


Bu təhsil ocağı dövlətin universitetindən daha çox kimlərisə dövlətləndirən universitet kimi tanınır

Haqqında zaman-zaman mediada dastanlar yazılan, dövlətin universitetindən daha çoxu kimlərisə dövlətləndirən universitet kimi tanınan Gəncə Dövlət Universitetində hələ də “köhnə hamam, köhnə tas” prinsipi hökm sürməkdədir. Bu prinsipin isə nədən ibarət olduğunu izah etmək üçün klassiklərimizə müraciət etməli olacağıq. “Salam verdim, rüşvət deyildir deyə almadılar !” Əgər Gəncə Dövlət Universitetinin fəaliyyətini, bu günkü durumunu bir cümlə ilə ifadə etmək mümkün olsaydı yəqin ki, böyük Füzulinin bu kəlamlarından yaxşısını tapmaq mümkün olmazdı. Sadəcə bu universitet haqqında qısa araşdırma aparmaq kifayətdir ki, Azərbaycan elminə, təhsilinə necə ağır zərbələr vurulduğunun, rüşvətin, korrupsiyanın ayaq açıb yeridiyinin şahidi olasan.

Rektorun “qara kassa”sı kimi tanınan Şahin və Elçin “diplomatiyasının” rəhbərlik etdiyi korrupsiya mexanizmi burada təhsili tamamilə məhv edib. Daxil olan məlumatlara görə, univesitetdə tədris prosesi az qala şərti xarakter almağa başlayıb. Çünki, tələbələr onsuz da biliyə qiymət verilmədiyini gözəl bilirdilər. GDU-da biliyə yox, tələbənin cibinə qiymət yazırlar. İmtahan sesiyaları zamanı isə tələbələr “kisənin ağzını açmaq” məcburiyyətində qaldılar. Əks təqdirdə tələbə lap “Tarix-Nadir”i bütöv oxusa belə qiymət alması mümkünsüz idi.

Verilən məlumata görə, rektor Yusif Yusifov bütün sahələrdə zamanın nəbzini tutmağı yaxşı bacardığı kimi, maliyyə məsələlərində də mahirdir. Belə ki, manatın kəskin devalivasiyasından sonra universitetdə imtahan qiymətləri də “devalivasiya”ya uğrayıb. Manata olan inamı tükənən rektor imtahanlarda “dollar diplomatiyası”ndan istifadə etmək barəsində göstəriş verib. Tələbələr bildirirlər ki, əgər əvvəllər imtahanlara pulu manatla ödəyirdilərsə indi həmin məbləğ dollarla tələb edilir. Sonuncu imtahan sesiyasında əvvəllər 50 manatlıq imtahanlar 50 dollara, 100 manatlıqlar isə 100 dollara yazılıb. Bu isə onsuz ağır durumda olan tələbələri daha dəhşətli vəziyyətə salıb.

Verilən məlumatlara əsasən, universitetdə rektorun pul yığma məsələləri üzrə ən güvənilən adamları Şahin və Elçin adlı şəxslərdir. Onlar rektorun bilavasitə “qara kassası” rolunu oynayırlar. Universitetdə bütün şübhəli maliyyə əməliyyatları və pultoplamaları məhz onların rəhbərliyi altında həyata keçirilir.

Bildirilir ki, tələbələrdən pul təkcə imtahanlarda alınmırdı. Onların “soyulması” üçün semestr arası dövrlərdə də müxtəlif variantlar mövcuddur. Cari xərclər üçün dövlət tərəfindən yetərincə vəsait ayrılmasına baxmayaraq tələbələrdən otaqların pəncərələrinə jalüzlər, koridorlara xalçalar alınması üçün pul yığıldı. GDU-nun büdcəsində olan pullar isə hara gəldi xərclənir. Kafedralara verilən inventarlar artıq yazılır, bir neçəsi kafedralara veriləndə qalan əksər hissəsi mənimsənilir.

Məlumatlara görə GDU-da vəziyyət getdikcə acınacaqlı hal alır. Azərbaycan elmi adına böyük rüsvayçılıqla müşayət olunan total rüşvətxorluq və korrupsiya pik həddə çatıb. Burada qanunsuzluq qanun şəklini alıb. Maraqlıdır ki, bütün bu əməllər əlaqədar qurumların, Təhsil nazirliyinin gözləri önündə baş verir. Amma,illərdir hökm sürən rüşvətxor və korrupsioner idarəetmənin məhv etdiyi GDU-da vəziyyəti düzəltməyə kimsə cəhd etmir. Yəni doğrudanmı Y.Yusifov və onun “peşəkar komandası”nın üzvləri olan Şahin və Elçin ölkə qanunlarından, xalqın gələcəyindən daha güclüdür? Ölkədə balaca uşaqların belə GDU-da baş verənlər barəsində ətraflı məlumatları olduğu halda nədən əlaqədar dövlət qurumlarının guya heç nədən xəbəri yoxdur? Məgər onlar görmürmü ki, bir qrupun şəxsi maraqları naminə böyük bir elm ocağı bazara çevrilib, təhsil məhv olub, rüşvət ayaq açıb yeriyir? Görmürlərsə deməli ortada bir əmma var. Gələn yazımızda həmən “əmma”nı sizlərə çatdıracağıq!

Mənbə: aktual.az
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...