İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu (FOTOLAR)
Dunya / Bolge
Oxunub: 1 943
25 iy 2019 | 23:04
İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu (FOTOLAR)

Göyçay rayonunun bir qrup sakini şəhərdəki natəmizliklərlə bağlı şikayət ediblər.

Bu haqda “Minval.İnfo”ya yazılı şəkildə müraciət edən bir qrup sakin bildirib ki, son illər Göyçayda baş alıb gedən məmur özbaşınalığı, cəzasızlıq o həddə gəlib çatıb ki, rayon sakinləri cana yığılıblar.

“Hazırda Göyçay rayon icra başçısı Mehdi Səlimzadə ilə komxoz müdiri Loğman Əliyev arasında gedən intiriqaya görə rayon zibilliyə qərq olub. Belə ki, ənənəvi olaraq hər həftənin çərşənbə axşamı (2-ci gün) rayon icra hakimiyyətinin başçısının vətəndaşlarla qəbul günü keçirilir. Bu qəbula da vətəndaşların şikayətlərini yerində həll etmək məqsədi ilə (o da həll edilsə, quru və boş vədlər verilir) rayonda fəaliyyət göstərən idarə-təşkilat rəhbərləri dəvət olunur.

Belə qəbullardan biri də 23 iyun 2019-cu il tarixdə keçirilib və kamxozun müdiri Loğman Əliyev qəbula dəvət edilib. Elə qəbuldaca icra başçısı Mehdi Səlimzadə Loğman Əliyevin işdən azad olunması barədə sərəncam imzalayıb.

İcra başçısının sərəncamını saya saymayan Loğman Əliyev idarəni təhvil verməkdən imtina edib və rayonun icra başçısı Mehdi Səlimzadəni ondan rüşvət tələb etməkdə kəskin ittiham edib. Hətta Loğman Əliyevlə icra başçısı arasında ağır ifadələrlə müşayət olunan mübahisə baş verdi.

Nəhayət 24 iyul 2019-cu il tarixdə səhər saatlarında Loğman Əliyevdən idarəni təhvil almaq mümkün olub. İcra başçısı polisin gücü ilə Loğman Əliyevi idarədən çıxarıb möhürü onun əlindən zorla ala bilib”.



Sakinlər deyir ki, bu vəziyyətin yaranmasına səbəb icra başçısının yanlış kadır siyasətidir. “Belə ki, hələ Mehdi Səlimzadə Göyçay rayonuna icra hakimiyyətinin başçısı təyin edildiyi ilk illərdə Loğman Əliyevə qanunsuz və hüdudsuz səlahiyyətlər vermişdi. Yəni, Loğman Əliyev rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin işinə nəzarət etmək, onların işini istiqamətləndirmək, hətta rəhbər kadırlarla təhqiramiz və kobud rəftar etmək səlahiyyətinə malik idi.

Hətta Loğman Əliyev idarə rəhbərlərinin bəzilərini kabinetindəcə gedib döyürdü. Bunlardan biri Göyçay şəhərinin meri Rəşad Şükürovdur ki, Loğman Əliyev onu bir neçə dəfə şillə yumruqla vurmuşdu.

Məişət tullantılarlnln yığılması, daşınması və zərsizləşdirilməsi haqqında Tarif Şurasının 2011-ci il tarixli qərarı ilə fiziki şəxslərdən hər ay üçün adam başına 30 qəpik olduğu halda Loğman Əliyev hər evdən aylıq 3 manat pul yığırdı. Bu isə ayda 30.000 manatdan çox pul edir. Buna əhali tərəfindən dəfələrlə etiraz olsa da “əcəb edirəm” deyib, həmin küçənin və ya binanın zibilini həftələrlə təmizlətdirmirdi. Həmin yığılan pulların çox hissəsi icra başçısının cibinə axır”.

Sakinlər deyir ki, hazırda rayonda o qədər problemlər yığılıb qalıb ki, yazmaqla qurtarmaz. Sakinlər məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət ediblər.İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu (FOTOLAR)İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu (FOTOLAR)İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu (FOTOLAR)İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu (FOTOLAR)İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu (FOTOLAR)İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu (FOTOLAR)İcra başçısı işdən azad etdiyi müdiri idarədən polislə çıxarmalı oldu (FOTOLAR)
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi