Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI
Dunya / Bolge
Oxunub: 1 236
21 avq 2019 | 21:43
Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI

Tovuz şəhərinin mərkəzində, İcra Hakimiyyətinin yaxınlığında çoxillik ağaclara qarşı “yaşıl soyqırım” həyata keçirilib.

Cebhe.info xəbər verir ki, bu barədə əslən Tovuz rayonundan olan jurnalist Elçin Bayramlı məlumat verib:

“Dünən axşam Tovuz şəhərinin mərkəzindən keçərkən qəflətən bir “cinayətin” şahidi oldum. Şəhərin mərkəzi meydanında, İcra Hakimiyyətinin binasının yanında günün günorta çağı sağlam və cavan küknar ağacları kəsilirdi. “Cinayət yerinə” yaxınlaşıb fotoları götürdüyüm vaxt ətrafdakı məsul şəxslər dərhal aradan çıxdı. Ağacları kəsən və zibil maşınına daşıyanlar Kommunal Təsərrüfat İdarəsinin (KTİ) işçiləri olduqlarını bildirdilər. Ətrafdakı şəxslərdən və RİH-i mühafizə edən polis nəfərindən soruşsam da, işin kimin tapşırığı əsasında aparıldığını gizlətdilər. Əvvəllər “Qastronom” olmuş, indi isə "Sultan market" adlanan mağazanın qarşısındakı heç kimə və heç nəyə mane olmayan ağacların kimin tapşırığı ilə və hansı sənəd əsasında kəsildiyini aydınlaşdırmaq mümkün olmadı”.

Jurnalist KTİ ilə əlaqə saxlasa da, məsələ ilə bağlı ətraflı məlumat ala biməyib:

“İdarənin müdiri Xaqani müəllimlə telefon əlaqəsi saxladım. Dedi ki, bizə ancaq zibili daşımaq tapşırılıb, ağacları kimin kəsdirdiyini deyə bilmərəm. Axşama kimi məsələni aydınlaşdıra bilmədim. İş vaxtı qurtardığından icra hakimiyyətində də heç kim yox idi. Sakinlərdən biri ağacların "Sultan market"in qarşısını açmaq üçün kəsildiyini dedi. Onun ehtimalına görə, sahibkar ağacları ona görə kəsdirib ki, market ətrafdan daha yaxşı görünsün”.

Jurnalist bildirb ki, bu gün məsələni aydınlaşdırmağa çalışacaq, aidiyyəti qurumlara müraciət edəcək:

“Ərazi ekologiya və ya yaşllaşdırma idarələrinin bu ağac qətliamından xəbəri olub-olmadığını kəsintiyə icazə verilib-verilmədiyini dəqiqləşdirəcəyəm. Hadisə ilə bağlı rayon polis idarəsinə də məlumat vermişəm. Əgər bu ağacların kəsilməsi üçün müvafiq ekspert komissiyasının aktı və kəsilməsi üçün qanuni icazə sənədi yoxdursa bunu edənlərin cəzalandırılması haqda yuxarı orqanlar qarşısında məsələ qaldıracağam”.Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞITovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞITovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...