Tovuzda şikayət olunası qapı yoxdur - Başçının verdiyi torpağı bələdiyyə sədri mənimsəyir...
Dunya / Bolge
Oxunub: 863
30 sen 2019 | 22:22
Tovuzda şikayət olunası qapı yoxdur - Başçının verdiyi torpağı bələdiyyə sədri mənimsəyir...

"İllərdir icarəyə götürüb istifadə etdiyim torpaqları kənd bələdiyyəsinin sədri öz adına keçirib. İndi mənə həmin torpaqdan istifadə etməyə izin vermir. Heyvanlarım örüşsüz qalıb. Torpağımda əkdiyim yoncanın, o qədər meyvə ağaclarının da arxasına keçiblər”. DİA.AZ bildirir ki, Tovuzun Abulbəyli kəndinin sakini Ziyafət Nəcəfova belə deyir. Şikayətçi bildirir ki, böyük ailəsini bu torpaq sahəsi ilə dolandırırmış. İndi 10-dan çox insanın həm iş yeri, həm də dolanışığı əlindən alınıb.

"Kəndliyik, əkib-becərir, mal-heyvan saxlayır, dolanırdıq. Əlimizdən başqa heç nə gəlmir. Bu il Türkiyədən qoz, fındıq və müxtəlif ağac şitilləri gətirmişdik. Hamısı qalıb əlimizdə, əkə bilmirik. Sahəmizdə yonca əkmişdik, qalıb. Heyvanlarımızı doyura bilmirik”.

Ziyafət Nəcəfova deyir ki, düzdür, torpağı ona icarəyə vermişdilər, onun deyil. Ancaq satılması ilə bağlı da hər hansı məlumat verməyiblər ki, başlarına bir çarə tapsınlar:

"7 il bundan əvvəl idi. Dolana bilmirdim. O vaxtkı icra başçısı Tofiq Zeynalovun yanına getdim. Dedim ki, bəs çətindir yaşamaq, özüm də şəhid bacısıyam, vallah, dolana bilmirəm. İcra başçısı da mənə örüş və əkin sahəsi kimi bu torpaq sahələrini verdi. İcarə pulunu da vaxtlı-vaxtında ödəyirdim. Soruşdum ki, bəs bunun axırı necə olacaq? Dedilər ki, narahat olma, nə zamansa bu torpaq hərraca çıxarılıb, satılsa, o zaman birinci sizə məlumat veriləcək. Hətta birinci sizə təklif ediləcək. Siz almasanız, sonra başqasına verilə bilər”.

Şikayətçi deyir ki, buna görə illərdir arxayındır. Bu torpaqlarda özünə şərait yaradıb, əkin-biçin işləri görüb, ağac əkib və s. Təzəlikcə gəliblər ki, çıxın, torpaq Abulbəyli kəndinin bələdiyyə sədri İxtiyar Namazovun adınadır, onundur:

"Bizə niyə məlumat verilmədiyini soruşanda da bildirdilər ki, yox bir, sədr özünə torpaq alanda sizdən icazə almalıdır? Mən demirəm, məndən izin alsınlar. Bu torpağı götürəndə də deyilmişdi ki, sizə məlumat veriləcək. Nə olsun icarəyə götürmüşük? Belə olanda adamı saymırlar? Bizə təklif edilsəydi, bəlkə alacaqdıq? Olmaz axı. Birtəhər borc-xərc edib, alardıq. Çünki illərdir alışmışıq, gəlib-gedir, o qədər iş görmüşük”.

Ziyafət Nəcəfova bildirir ki, əkin-biçin bir yana, 32 baş iribuynuzlu heyvanı da ac qalıb. Onları otarmağa yeri yoxdur:

"Bəs mən dərdimi hara deyim? Bələdiyyəyə getdim, dedilər ki, gəl bu ərazini sənə icarəyə verək. Sotuna 5 manatdan haqq ver. Deyirəm, çoxdu, gücüm çatmır. Cavab verir ki, o zaman get, heyvanına tövlədə bax. Məndə harda idi, o imkan? Mənə qarşı zorakılıq edirlər. İcra hakimiyyətinə müraciət edirəm, deyirlər, "get hara istəyirsən şikayət et”. Bu ölkənin yiyəsi yoxdur? Rayondakı məmurlar niyə belə arxayındırlar?”.

Z.Nəcəfova Prezident İlham Əliyevə müraciət edir. Xahiş edir ki, onun torpağının geri qaytarılması üçün göstəriş versin:

"Xahiş edirəm, mənə kömək edilsin. İcra hakimiyyətinə də gedirəm, deyirlər, hara istəyirsən şikayət et, onsuz da hökumət yoxdur. Lap istəyirsən İlham Əliyevə denən. Mən də qalmışam pis vəziyyətdə bilmirəm dərdimi kimə deyim. Rayonlarda bir qram qorxu qalmayıb, insanları incidir, veclərinə də almırlar. Deyirlər, pul verib almışıq buraları. Mən təkcə şitillərə 1000 manatdan artıq pul vermişəm. Hamısı evdə çürüyür. Vaxtı da keçir, əkə bilmirəm”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...