Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"
Dunya / Bolge
Oxunub: 1 035
8 okt 2019 | 22:50
Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"

“Evimiz iki dəfə qrunt suları altında qalıb. Hər dəfəsində suyu çəkib, otaqları qurudub, yenə içərisinə yığışmışıq. Divarlar rütubətdən ot bağlayıb, nəfəs almaq mümkün deyil. Şəraitsiz evdə azyaşlı və xəstə uşaqlar yaşayır. 4 ildir müharibə əlili kimi ev növbəsindəyəm, hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar”.

DİA.AZ bildirir ki, bunu Zərdabın Əlvənd kənd sakini Gündüz Xasməmmədov deyir. O, sağlamlığını torpaq uğrunda itirib, ikinci qrup əlildir. Qəzalı mənzildə yeddi nəfərdən ibarət ailə yaşayır. Böyük övladı hərbi xidmətdədir, digər övladları isə azyaşlıdır, onlardan biri ruhi xəstədir, üçü isə məktəblidir. Gündüz Xasməmmədov qəzalı evdə yaşayışın çətinliyindən danışır:

“Bu ev 1960-cı ildə tikilib. Dediyim kimi, iki dəfə qrunt suları altında qalıb. Bir neçə dəfə güclü dolu yağması nəticəsində dam örtüyü sıradan çıxıb. Şiferləri özüm bacardığım kimi yamaqlamışam. Xəstə övladımla mənim pensiyam iynə-dərmana gedir, yarıac, yarıtox, birtəhər yaşayırıq, maddi imkanım yoxdur ki, evin üstünü düzəltdirəm, heç olmasa yağış yağanda otaqlar su ilə dolmasın. Ev zorla ayaqda dayanır. Taxtanı divarın bu tərəfindən itələyirsən, o tərəfindən çıxır. Nə edək, necə edək, bilmirik”.

Gündüz Xasməmmədov yaxın günlərdə çadır qurub ailəsini içərisinə yığmaq fikrindədir: “Bir çadır quracağam, içərisinə də bir odun sobası quraşdıracam. Xəstə uşaqları da toplayacam çadıra. Başqa əlacım yoxdur. Körpə uşaqları yağış sularının içərisində necə saxlayım axı? Qarşıdan qış, şaxta gəlir, aidiyyəti qurumlar bizi görsünlər, ruhi xəstə olan uşağımızı görsünlər, səsimizi eşitsinlər, istədiyimiz bir evdir, kömək eləsinlər, tikək, yığışaq içərisinə... Uşaqlarım illərdir ki, əziyyət çəkir. Böyük oğlum hərbi xidmətdədir, evdə daha üç oğlum böyüyür, 18 yaşına çatanda qapını döyüb, bir-bir onları da hərbi xidmətə çağıracaqlar. Mən torpaq üçün vuruşub sağlamlığımı itirmişəm, bu uşaqlarsa şəraitsizlikdən günbəgün sağlamlıqlarını itirirlər”.Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO