Vidadi İsayevə bəlkə “Ulu öndər” deyək…
Dunya / Bolge
Oxunub: 537
11 okt 2019 | 10:03
Vidadi İsayevə bəlkə “Ulu öndər” deyək…

Bu günlərdə saytların birində Bərdənin icra başçısı Vidadi İsayev barəsində təməraqlı yazını oxudum. Əslində məmurların özləri barədə 50-100 manat verərək yazdırdıqları, yalnız özlərinin inandığı belə məqalələri oxumaq çox çətindir.



Amma bəzən bu yazılarda onların kim olduğu, vətənə, millətə necə sadiq olmaları və ən əsası məmur postundan necə yararlanmaları çılpaqlığı ilə üzə çıxır. İllər öncə belə bir tendensiya var idi. Heç bir məmur özü barəsində yaxşı yazılmasını istəmirdi və yazıldığı təqdirdə onu mütləq ya çıxartdırırdı, ya da…

Görünür Vidadi İsayev ya vəzifə istəyir, ya da belə yazılardan ləzzət alır. Məqalə müəllifi yazır ki, Bərdənin icra başçısı Vidadi İsayev yoldaş vətənə, millətə və ən əsası bərdəlilərə qarşı o qədər diqqətlidir ki, az qala rayon sakinləri ona “ata”, “baba”, hətta ulu öndər desin… Yazır ki, Vidadi İsayevin icra başçısı olduğu dönəmdə rayonda abadlıq və quruculuq işləri elə bir zirvəyə çatıb ki, day buna söz ola bilməz…

Həmçinin böyük hərflərdə ölkənin, elin, obanın AĞSAQQALI kimi Vidadi İsayevin səyi nəticəsində rayonda ümumi məhsul buraxılışının həcmi 5 dəfə, sənaye məhsulu istehsalı 4,5 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 3,3 dəfə, tikinti-quruculuq işlərinin həcmi 13,3 dəfə artıb. Rayonda yeni sənaye obyektləri yaradılıb, genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri həyata keçirilib, bir sıra mühüm sosial-iqtisadi və infrastruktur layihələri icra olunub…
Vidadi İsayevə bəlkə “Ulu öndər” deyək…
Bax dostum Kərəmi burda ağlamaq tutur… Tam əmin olun ki, bu yazı sayta verilməzdən öncə ya Vidadi İsayevin özü ya da mətbuata xərac paylayan adamları tərəfindən oxunub. Hərçənd ki, onlar bu yazının “əla” olduğunu düşünüblər… Vidadi İsayevin yanında yaxşı olmaq, xərac almaq üçün yoldaş icra başçısının dünyadan xəbəri olmayan “jurnalist” vasitəsi ilə mətbuata ötürdüyü puldan 100 manat da ona çatsın deyə yazılıb.
Vidadi İsayevə bəlkə “Ulu öndər” deyək…
Amma adamlar başa düşməyiblər ki, bu ölkəni quran da, Bərdənin abadlaşdırılması üçün külli miqdarda vəsaiti ayıran da Vidadi İsayev deyil və ola da bilməz… Yazıda bir cümlə belə Ulu Öndər Heydər Əliyevin, illərdir Azərbaycanın bütövlüyü, müstəqilliyi və firəvan yaşayış üçün gecə-gündüz çalışan, dünya liderləri arasında qətiyyətlə “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən İlham Əliyevin adını belə çəkməyiblər.

Əcəba Vidadi İsayev doğrudanmı Azərbaycan üçün rəhmətlik Heydər Əliyevdən, przident İlham Əliyevdən çox iş görüb? Bəlkə edib bu millətin xəbəri yoxdur. Bərdənin icra başçısı, adi müəllim Vidadi İsayev həqiqətənmi düşünür ki, bu insanlar, hətta bərdəlilər salınmış parklara, çəkilmiş yollara görə icra başçısına minnətdar olmalıdır. Bəlkə Vidadi İsayev hansısa avropalı biznesmeni Bərdəyə dəvət edib, ona şərait yaradıb, zavod, fabrik tikdirib xəbərimiz yoxdu…

Xatırlayırsınızsa İlham Əliyev müşavirələrin birində icra başçılarına ciddi göstəriş vermişdi ki, onlar xarici və yerli iş adamlarını rayonlara cəlb eləsinlər, sərmayə yatırılması, zavod fabrik tikintisi üçün lazımı dəstəyi versinlər. Əcəba bəlkə Vidadi İsayev avropadan 2 biznesmen cəlb edib rayonda böyük bir iş görüb? İş yerləri yaradıb?
Əgər Bərdədə bir yol tikilibsə bərdəlilər buna görə, Vidadi İsayevə deyil, ölkə başçısı İlham Əliyevə minnətdar olmalıdırlar.

Vidadi İsayev isə sadəcə icraçıdır. Elə isə icra edə bilirmi?

Sayt az qala yazsın ki, Vidadi İsayev açından ölür… gülməldir vallah.

Kürəkəni üçün 1000 kv-lıq market tikdirən, dövlətin pulu ilə tikilmiş və Heydər Əliyevin adını daşıyan parka girişi pullu edən, kağız-kuğuzdan yüzminlər qazanan, insanlara məxsus torpaqları onlara pulla satan, Yevlaxda böyük biznesi olan, Yevlaxdakı villasının həyətini genişləndirmək üçün qonşularını evsiz-eşiksiz qoyan, şəhid ailələrinə 2 sot torpaq verməyən, xanım direktoru (?) işdən çıxardan və daha nələrə imza atan icra başçısı Vidadi İsayevə bəlkə “Ulu öndər” deyək…



“Bizimxeber.az”-ın araşdırma qrupu
Bu gün, 14:22
Qərb İrəvanda buna imkan verməyəcək - Ekspert danışır...
Bu gün, 13:14
Ölkəyə gələn turistlərin sayı kəskin artıb
Bu gün, 13:08
Paşinyan Putini təbrik etdi
Bu gün, 13:02
Bayram gününün hava proqnozu açıqlanıb
Bu gün, 12:52
Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT
Bu gün, 12:48
Paşinyan müharibənin vaxtını açıqlayıb
Bu gün, 11:48
"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır
Bu gün, 10:30
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gün, 10:25
Paşinyanın Azərbaycan ərazisinə səfəri Ermənistanı bir-birinə vurub – Məsələ ciddiləşir
Bu gün, 10:21
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ
Bu gün, 10:00
Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq
Bu gün, 09:48
“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı
Bu gün, 09:44
Paşinyandan diqqət çəkən açıqlama: Azərbaycanla praktiki mərhələ başlayır
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?