Əvvəl «qorxulu bir şey yoxdur» deyiblər... - Daha bir həkim naşlığı faciəyə səbəb olub
Dunya / Bolge
Oxunub: 1 059
17 okt 2019 | 20:49
Əvvəl «qorxulu bir şey yoxdur» deyiblər... - Daha bir həkim naşlığı faciəyə səbəb olub

Şirvan sakini Könül Həşimova deyir ki, üç il öncə övladı dünyaya gələndə tibb işçilərinin səhlənkarlığı üzündən xəsarət alıb. Bu üç ildə xəstəxana yollarında qalıb, ancaq uşaq hələ də sağalmayıb. Ona görə də doğuşda iştirak edən tibb işçilərini məhkəməyə verib. O, özəlliklə mama-tibb bacısından şikayətçidir.

K.Haşımovanın dediyinə görə, vəziyyəti ağır olub, anası və qayınanası uşağın əməliyyat yoluyla götürülməsini istəyib. Amma onu qeysəriyyə əməliyyatına yox, məcburi doğuşa salıblar. Uşaq dünyaya gələndən sonra həm özü, həm də anası uşağın sağ qolunun işləmədiyini görüb, bu barədə həkimə də, tibb bacısına da deyiblər. Ancaq «qorxulu bir şey yoxdur» cavabını alıblar. Evə buraxılanda doğum evinin həkimi Samirə Abdullayeva və şöbə müdiri «yeni doğulmuşun inkişaf tarixi vərəqi»ndə uşağa «Mərkəzi sinir sisteminin hipoksik işemik zədələnməsi, sağ tərəfin travmatik plensiti» diaqnozu qoyub.

«Uşağın qolu hərəkətdən qaldığına görə onu Bakıya – «Mediland Hospital»a apardım, orada bir ay qaldıq, reabilitasiya kursu keçdik. Nəticədə uşağın qolu az da olsa, hərəkət etdi. Arada bir aylıq fasilələrlə bu kurslar 2 ilə qədər davam elədi. Hər dəfə kursa görə hospitala 1000 manat pul ödəyirdik, 500 manat da yol pulu, orada qalanda gündəlik yemək və başqa xərclərimiz. İki il ərzində bir aydan bir bu qədər xərc ümumilikdə 18 min manat eləyir. Şirvan Mərkəzi Xəstəxanasının doğum evindəki səhlənkarlıq üzündən oğlum şikəst oldu, gələcəkdə də sağalması sual altındadır», – K.Həşimovanın sözləridir.

O, doğum evində mama işləyən Yaqut Şıxəliyevadan oğlu Hüseynin müalicə xərclərini ödəməsini istəyib. Ancaq o, razılaşmayıb. Bundan sonra isə məhkəməyə üz tutub - maddi ziyana görə 18 min, mənəvi ziyana görə də 150 min manat təzminat istəyib.

Bu iş xeyli vaxtdır ki, məhkəmələrdə araşdırılır. Bir dəfə gedib Ali Məhkəməyə də çıxıb, təkrar araşdırılması üçün geri qaytarıb.

Öncə Şirvan şəhər Məhkəməsi onun iddiasını qismən təmin edib – Y.Şıxəliyevadan maddi ziyana görə 7200, mənəvi ziyana görə 5000 manat alınmasına qərar verilib. Şirvan Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Belə nəticəyə gəlib ki, təzminat tutulmamalıdır. Ali Məhkəmə də apellyasiyanın bu qərarını ləğv edib, işi təkrar araşdırılmasından ötrü ora qaytarıb. Şirvan Apellyasiya Məhkəməsi bu dəfə də eyni qərarı verib. K.Həşimova yenidən Ali Məhkəməyə üz tutub. Və bugünlərdə Ali Məhkəmə ikinci dəfə aşağı instansiyanın qərarını ləğv edib, məsələnin təkrar (üçüncü dəfə) araşdırılması üçün işi apellyasiya məhkəməsinə qaytarıb.

Apellyasiya məhkəməsi qərarında yazıb ki, hətta mama-tibb bacısının, həkimin günahı sübuta yetirilsəydi belə, ziyan onlardan yox, əmək müqaviləsiylə işlədikləri müəssisədən - xəstəxanadan tutulmalıydı.

Y.Şıxəliyeva da özünü günahkar saymır. Şirvan Apellyasiya Məhkəməsi də onu günahkar bilmir. Qərarda göstərilib ki, təlimata əsasən, onun qərar vermək səlahiyyəti olmayıb. Yəni təbii doğuş, yoxsa qeysəriyyə məsələsində qərarı mama vermir.

Ekspert rəyində yazılıb ki, uşağa qoyulmuş diaqnoz – «Mərkəzi sinir sisteminin hipoksik işemik zədələnməsi»nin doğuşun təbii, yoxsa cərrahi əməliyyat yoluyla sonlandırılmasından asılı deyil. Bu məsələdə doğuşa nəzarət edən həkimin səhvinin olmasını təsdiqləyən birbaşa sübutlar da yoxdur.

Ali Məhkəmə isə hesab edir ki, uşağın doğuş prosesində xəsarət almasına görə doğuşu qəbul edən həkim və tibb bacısı cavabdehlik daşımalıdır: «Doğuş prosesində uşağın heç bir xəsarət almamasının təmin olunması onların vəzifəsinə daxildir. Könül Həşimovanın uşağında olan «Sağ tərəfli travmatik pleksit» patoloji haldır, dölün təbii yolla doğuşu zamanı baş verib».

Patologiyanın tibb personalının səhvi kimi qiymətləndirilməməsinə gəlincə, Ali Məhkəmə bunu ekspertin mülahizəsi hesab edib.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb