Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Dunya / Bolge
Oxunub: 952
20 noy 2019 | 23:19
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...

Şəki rayon Mərkəzi Xəstəxanasında baş verən ciddi qanun pozuntuları ilə bağlı araşdırmaçı jurnalist Məmməd Əhmədoğlu ölkə başçısı İlham Əliyev cənablarına, birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və digər səlahiyyətli və aidiyyatı qurumların rəhbərlərinə müraciət ünvanlayıb. Aktualinfo.org müraciəti olduğu kimi oxuculara təqdim edir.

Əvvəlcə məlumat üçün bildirmək istəyirəm ki, “Şəki Rayon Mərkəzi Xəstəxanasında korrupsiya halları, həkim səbatsızlığı və səhlənkarlığı nəticəsində hər iki valideynlərimin itkisi” barədə 16 sentyabr 2019-cu il tarixində Sizə və digər direktiv orqanlara etdiyim müraciətlərdən 63 gün keçdikdən sonra yalnız Azərbaycan Respublikasının Nazirlr Kabinetindən və Hesablama Palatasından cavab məktubları almışam. Hər iki məktub AR Səhiyyə Nazirliyinə ünvanlanmaqla bildirilir ki, “…qaldırılan məslələrlə bağlı vətəndaşa cavab verilməsi tövsiyə olunur.” Şikayətimlə əlaqədar Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov da Şəki rayon Prokurorluğuna və şəxsən mənə bildirmişdir ki, şikayətdə göstərilən xüsusilatların araşdırılması və ekspert rəyi verilməsi üçün bütün sənədlər Səhiyyə Nazirliyinə təqdim edilmişdir. Lakin çox təəssüflər olsun ki, Səhiyyə Nazirliyinin Daxili Təhqiqat İdarəsi tərəfindən həkim səhlankarlığı barədə nə bir rəy verilir, nə də son illərdə Şəki RMX-da baş vermiş irimiqyaslı korrupsiya faktları araşdırlmır. Nazirliyin belə susqunluğu və passivliyi bizim üçün başadüşüləndir. Başadüşülməyən isə Səhiyyə Nazirliyinin və Şəki Mərkəzi rayon Xəstəxanasının Sizin 2011-ci ilin noyabrın 17-də Şəki Rayon Mərkəzi Xəstəxansının açılışındakı çıxışınız zamanı nazir, deputatlar və həkimlər qarşısında qoyduğunuz tapşırıq və tövsiyələri heçə saymalarıdır. Çıxışınızda vurğuladığınız “İnsan taleyi hər şeydən önəmlidir və sizin əsas vəzifəniz sağlamlığın keşiyində durmaqdır…” tapşırığınız reallıqda bu günədək məsuliyyətsiz, səbatsız və səhlənkar həkimlər tərəfindən qulaqardına vurulur və nəticədə ən sadə xəstəliklərdən dəyərli insanlar məhv edilirlər.

Məslən, 14 iyul 2019-cu il tarixində Şəki Xan Sarayı qarşısında çinar ağacının budaqlarının turistlərin üzərinə düşməsindən sonra 4 nəfər yüngül xəsarət almış Suriyalı qaçqınları Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə Bakıya müalicə üçün gətirsələr də ezam edilmiş həkim briqadası ən ağır yaralılar oaln azərbaycanlı ziyalıları, Xatirə Ağamalıyevanı və Elxan Məmmədovu yerli sakinlər olduğuna görə onların helikopterə mindirməkdən imtina etmişlər. Nəticədə, hər iki ağır yaralı xəstə Şəki Rayon Mərkəzi Xəstəxanasında baxımsız qalmış, tələb olunan dərmanlar və müalicə aparılmadığına görə vəfat etmişlər. Baxmayaraq ki, Xan Sarayında baş vermiş bədbəxt hadisə şəxsən dövlət başçısının nəzarətində olmuşdur. Səhiyyə Nazirliyi və Şəki Mərkəzi Xəstəxana personlaı isə öhdələrinə düşən işi yerinə yetirməmiş, imkansız azərbaycanlı ziyalılarının həyatları lazımsız əşya kimi talenin ixtiyarına buraxılmışdır. Nəticə çıxarırırq ki, dövlət başçısının şəxsi nəzarətində olan və dünya ictimaiyyətinin xəbər tutduğu hadisə nəticəsində ölüm faktlarına görə birbaşa məsuliyyət Səhiyyə Nazirliyinin səhlənkar həkim komandasının və onların yarıtmaz işlərinin üzərinə düşür. Bu hadisənin ağrısını isə sadə insanların yüngül xəstələnmələrinə görə Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət etmələrindən sonra vəfat etmələrinin səbəblərini də, elə hər iki sağlam həyat sürmüş valideynimi itirdiyim zaman anladım. Ona görə də hesab edirəm ki, dövlət büdcəsindən Şəki Rayon Mərkəzi Xəstəxanasına ayrılan milyonlarala manat vəsaitlərin təyinatları üzrə: dərmanların, tibbi avadanlıqların, dəftərxana ləvazimatlarının, avtotexniki parkın yenilənməsi, ehtiyat hissələrinin alınmasında, xəstələr üçün yeməyin hazırlanıb verilməsi üçün sərf edilən vəsaitlərin KİV-lərin yazdığı və vətndaş müraciətlərinə əsasən kağız üzərində necə saxtakarlıqla sənədləşdirilməsi məsələsini əslində Səhiyyə nazirliyinin Daxili Təhqiqat İdarəsi deyil, Hesablama Palatasının komissiyası yerində araşdıraraq nəticəsi barəsində Milli Məclisə məruzə etməlidir. Necə ki, bunu 2011-ci ildə Mədniyyət Nazirliyinin Şəki Mədəniyyət İdarəsində etmişlər və 4.3 milyon manat dövlət vəsaitinin yeyintisi faktları çox asanlıqla aşkar edilmiş və müdir Elmira xanım və baş mühasib Sevinc xanım uzunmüddətli həbs cəzalarına məhkum edilmişlər. Yəni, Şəki Mərkəzi Xəstəxanasında da bütün sahələrdə korrupsiya faktı baş alıb gedir, yaxınlarım müalicə aladığı zaman görməmişəm ki, hansısa xəstəyə yemək versinlər, lazımi dərmanla təchiz etsinlər. Son illərdə bütün əməliyyat olunan xəstələrdən və doğm evində müalicə alanlardan sadəcə telefonla soruşmaq və cavab almaq kifayətdir ki, insanlar DÖVLƏT XƏSTƏXANASI adlanan yerdə nə qədər maddi zayana düşüblər.

Çoxhörmətli cənab Prezident xahiş edirəm ki, son illərdə Şəki rayon mərkəzi xəstəxanasında baş verən maliyyə və digər qanunpozuntularının araşdılılmasına və günahkarların tezliklə müəyyənləşdirilərək əməllərinə hüqiqi qiymətin verilməsinə göstəriş verəsinz ki, digər sadə insanlar əzizlərini bizim kimi itirməsinlər. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Aktualinfo.org
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO