Başçısız qalan rayonda SEÇKİ ÖZBAŞINALIĞI - "Sən də pulunu verib seçilərdin"
Dunya / Bolge
Oxunub: 888
26 dek 2019 | 22:21
Başçısız qalan rayonda SEÇKİ ÖZBAŞINALIĞI - "Sən də pulunu verib seçilərdin"


Ağstafa rayonu Göycəli kənd sakini, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində namizəd olmuş Məmmədli Vüqar seçimlərin nəticələrindən narazıdır. O, Sherg.az-a açıqlamasında bildirib ki, namizəd olduğu dairədə seçki prosesində bir sıra qanun pozuntuları yaşanıb.

Qeyd edək ki, V.Məmmədli 108 saylı Ağstafa seçki dairəsindən Göycəli kənd bələdiyyəsinə qeydiyyata alınmış namizəd olub.
V.Məmmədli qeyd edib ki, seçkilər günü məntəqələrdə haqsızlıqlarla qarşılaşıb:

“Göycəli kəndindən namizədliyimi irəli sürmüşdüm. Dekabrın 23-ü seçki məntəqəsində oldum. Orada olduğum zaman 108 saylı seçki dairəsindən və 12 saylı Yuxarı Göyçəli kənd məntəqəsinin səlahiyyətliləri 3 nəfər üzv- Məmmədov Kamran, Əliyev Natiq, Hüseynov Əbülfət seçkinin gedişatını pozdular. Kənd camaatının nahar vaxtı səsverməyə gəlməməyindən istifadə edərək qutulara bir neçə dəfə topa bülleten atdılar. Bunu gördükdən sonra yuxarı orqanlara məlumat vermək istədim. Bu zaman telefonum əlimdən alındı. Sonra məntəqə sədri Əhmədov Yasin və icra hakimiyyətinin nümayəndəsi Abbasov Nurəddin məni çağırdılar, nə üçün seçkiyə mane olduğumu soruşdular. Saxta işlər görüldüyünü, seçkinin saf və təmiz keçirilməli olduğunu dedim. Bildirdim ki, cənab Prezident hər zaman qanunlara hörməti tələb edir. Seçki qanunvericiliyinə uyğun olaraq səsverməyə əməl etməlisiniz. Bu zaman mənə heç bir cavab vermədilər. Sonra isə dedim ki, yəqin ölkə başçısının söylədikləri sizə dərs olmayıb”.

O, iddia edir ki, başqa bir namizəd Kamran Məmmədov deyib ki, sən məni “görməli idin”. Səbəbini soruşanda isə dedi ki, bələdiyyəyə sədr artıq seçilib. Sədrin necə və nə tez seçildiyini, kim olduğunu soruşdum.

Bildirdilər ki, sədr Arif Hüseynov olacaq. Mən sual verdim ki, axı səsvermə bitməmiş, səslər sayılmamış Arif necə bələdiyyə sədri seçilə bilər? Söylədilər ki, “her şey pulun əlindədir, Arif icra hakimiyyətinin nümayəndəsi Abbasov Nurəddinə 6 min manat verib. Abbasov Nurəddin məntəqənin ərazisində boş- boşuna dayanmır”. Həmin vaxt bir hadisənin də şahidi oldum. Abbasov Nurəddin və xanımı Abbasova Brilyant tez-tez içəri daxil olub, çıxırdılar. Axşam seçki qurtardı və mənə dedilər ki, sən az səs toplamısan. Nəticələrə inanmadığımı və ən çox kimin səs topladığını soruşdum. Cavabında isə bildirdilər ki, ən çox səsi toplayan şəxs, əvvəldən də deyildiyi kimi Arif Hüseynovdur. Mənə söylədilər ki, “sənə öncədən dedik ki, burda qalıb özünü yorma, sən də söz eşitmədin”. Mən isə axşam Ağstafa rayon 108 saylı seçki dairəsinə üz tutdum. Həmin dairənin seçki komissiyasının sədri Tamerlan Eyyubova olanları bildirdim. O, dedi ki, bu haqda heç nə deyə bilməz. Dekabrın 24-ü Ağstafa rayon icra hakimiyyətinə getdim. Baş verən qanun pozuntularını danışmamağım üçün məni heç kim qəbul etmədi. Sonra isə icra hakiminin müavini Lalə Eyyubovaya olanları dedim. Çox təəssüflər olsun ki, Lalə xanım da əhəmiyyət vermədi. Son sözü bu oldu ki, sən də pulunu verib seçilərdin”.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından Sherg.az-a bildirilib ki, namizəd olmuş şəxs şikayətini MSK-ya ünvanlasın. Müraciətə baxılıb, müvafiq cavab veriləcək.

Namizədin yazıda ittiham irəli sürdüyü şəxslərlə isə əlaqə qurmaq mümkün olmadı. İttihamlarda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Başçısız qalan rayonda SEÇKİ ÖZBAŞINALIĞI - "Sən də pulunu verib seçilərdin"Başçısız qalan rayonda SEÇKİ ÖZBAŞINALIĞI - "Sən də pulunu verib seçilərdin"Başçısız qalan rayonda SEÇKİ ÖZBAŞINALIĞI - "Sən də pulunu verib seçilərdin"
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi