Kəlbəcər təhsili-adı olub özü olmayan məktəblə
Dunya / Bolge
Oxunub: 789
27 dek 2019 | 13:15
Kəlbəcər təhsili-adı olub özü olmayan məktəblə


Təhsil naziri Ceyhun Bayramovun 4 sentyabr 2019-cu il tarixli əmrinə əsasən Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira Əvəz qızı Şükürova vəzifəsindən azad edildi. Şöbə müdirinin vəzifədən kənarlaşdırılmasından sonra mətbuatda haqqında mənfi rəy bildirənlər çox oldu. Elmira Şükürova haqqında deyilənlərlə bağlı Azedu.az sayıtına münasibət bildirib. O,bildirib ki, rəhbərliyi dövründə Kəlbəcər təhsilində çox böyük işlər görülüb. İşdən çıxarılan Elmira Şükürova müəyyən yaş həddinə çatdığına görə və öz istəyi ilə işdən çıxdığını azedu.az sayıtına bildirib. Lakin işdən azad olunan təhsil şöbəsinin müdiri Elmira Şükürovanın, tutduğu vəzifədn azad olunması səbəbini açıqladıqdan sonra, Təhsil işçilərinin respublika konfransında çıxışı edən Təhsil naziri şöbə müdirinin dediklərinin tam əksinə olan bir açıqlama ilə çıxış etdi. Təhsil işçilərinin respublika konfransında çıxış edən nazir bildirib ki, işlərində nöqsanlara yol verdiklərinə görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Nazir C. Bayramov əlavə etdi ki, 10 nəfər rayon Təhsil Şöbəsinin rəhbəri və 3 nəfər Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbərləri işlərində yol verdikləri nöqsana görə barələrində intizam tədbirləri tədbiq edilib: "8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin müqaviləsinə xitam verilib. 29 direktor və 37 direktor müavini barədə intizam tədbirləri tədbiq edilib. 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman davamlı şəkildə nəticələrinin aşağı olması səbəbindən onların müqavilələri uzadılmadı. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi və həssas yanaşmalıyıq. Nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".

Azerinfo.az bildirir ki, Şükürovanın yerinə Kəlbəcər rayon Təhsil Şöbəsinə, şöbənin baş məslətəçisi Fazil Zeynalov müdir təyin olundu.Hansı ki, elə onun yanında baş məsləhətçi işləyirdi, bütün əməllərinə də şərik idi.

Yeni təyin olunan müdirin Elmira Şükürovanın qohumu olduğu bildirilirdi KİV-lərdə. Yəni obrazlı desək bığdan götürüb saqqala yaxdılar.

Nə dəyişdi Kəlbəcər təhsilində?

Təhsil sistemində aparılan islahatlara baxmayaraq, korrupsiya və rüşvət halları hələ də qalmaqdadır. Araşdırmalar göstərir ki, korrupsiya daha çox əraziləri və yaxud ərazilərinin bir hissəsi Ermənistanın işğalında olan rayonlarda geniş yayılıb. İşğal altında olan bu rayonların məktəblərinin respublikanın müxtəlif rayonlarına səpələnməsi burada təhsilin keyfiyyətini aşağı salmaqla yanaşı, həm də bu təhsil ocaqlarını korrupsiya yuvalarına çevirir.

Bəli, ən çox korrupsiya məhz köçkün rayonlarında yaşanır.

Məktəblərdə yığılan qanunsuz pullar, sənəddə olan, realda isə məktəblərdə izi-tozu olmayan texniki personalların maaş kartları və büdcədən oğurlanan pullar bir qırağa qalsın.

Bunlar asan təsdiq olunan faktlardı. Və bir-bir araşdırmalarımızda göstəriləcək.

Söhbət ümumiyyətlə adı olub, özü olmayan köçkün məktəbləreindən gedir. Hansıların ki, həm müəllimləri, həm şağirdləri yalnız kağız üzərində. Faktiki fəaliyyət göstərmirlər.

Bizi izləyin.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO