İcra başçısının oğlu ilə bağlı ilginc iddia - Belə deyirlər...
Dunya / Bolge
Oxunub: 743
6 yan 2020 | 15:17
İcra başçısının oğlu ilə bağlı ilginc iddia - Belə deyirlər...


İndi biznesinə şəxsən özü yox, oğlu Ənvər Vəliyev rəhbərlik edir. Məlumat üçün bildirmək istəyirik ki, paytaxtdakı “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobillərinin satış mərkəzi Adil Vəliyevə məxsusdur. İddialara əsasən, Adil Vəliyev icra başçısı təyin olunmazdan əvvəl “Sarı gəlin” şadlıq sarayı da ona məxsus olub. İcra başçısının biznesi haqda mətbuat səhifələrində zaman-zaman yazılar dərc edilib. Amma həmin məqalələrin heç birinə icra başçısı şəxsən özü reaksiya verməyib.
Aparılan qısa araşdırmalar göstərir ki, uzun illər gərgin bizneslə məşğul olan icra hakimi bu gün həmin şəbəkəni daha da genişləndirməkdədir.

Özəl mənbələrin verdiyi məlumatda bildirilir ki, Sabunçu rayonunun abadlaşması istiqamətində heç bir təqdirəlayiq iş görməyən başçı ancaq şəxsi imkanlarının genişlənməsinə çalışır: “Rayon rəhbəri abadlıq adı altında Bakıxanov qəsəbəsində yerləşən ticarət obyektlərinin bir çoxunu sökdürdü. Aradan bir müddət keçəndən sonra isə həmin yerlərdə özünə müxtəlif ticarət obyektləri tikdirməyə başladı. Adil Vəliyev icra başçısı təyin olunandan bir müddət sonra Bakıxanov qəsəbəsində, dəmir yolu stansiyasının yaxınlığında “AQAT” şadlıq sarayını tikdirdi. Bu şadlıq evi dəmir yolunun təhkim zolağında yerləşir. Bundan başqa, rayon ərazisində bir neçə göydələn inşa etdirdi. Həmin binalar üçün lazım olan plastik qapı-pəncərə Adil Vəliyevin Sabunçu qəsəbəsində yerləşən böyük sexində hazırlanır. Həmin sex Adil müəllim başçı təyin olunandan sonra fəaliyyətə başlayıb. Rayondakı dövlət idarə və müəssisələrinin təmir işləri zamanı lazım olan plastik qapı-pəncərələr məhz bu sexdə hazırlanır. Bu isə o deməkdir ki, rayon rəhbəri büdcə vəsaitlərinin böyük hissəsini özünə məxsus sexə yönəldir”.

Bu arada, Adil Vəliyevin oğlu Ənvər Vəliyevlə bağlı da maraqlı məlumatlar var. İddialara görə, qlamur həyat tərzi yaşamağı xoşlayan məmur oğlu vaxtının böyük hissəsini Bakıdakı bahalı əyləncə məkanlarında keçirir. Onun həmçinin xarici ölkələrə də tez-tez səyahətə getdiyi bildirilir. Başqa bir məlumatda isə vurğulanır ki, icra başçısının oğlu bir müddət əvvəl güclü “razborka”da iştirak edib və həmin söhbətdə odlu silahdan atəş açılıb.

Qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq.
gundelik-baku.com
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO