Şabranın icra başçısından özbaşınalıq - Müraciət...
Dunya / Bolge
Oxunub: 648
8 fev 2020 | 19:17
Şabranın icra başçısından özbaşınalıq - Müraciət...


Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova, Birinci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənova, Prezidentin köməkçisi, Ərazi təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevə və KİV-ə müraciət ünvanlayıb. Həmin müraciətin bir nüsxəsi də Azinforum.az saytına göndərilib.
Müraciətdə deyilir: “Hörmətli möhtərəm prezident! Məlumat üçün bildirirəm ki, 10 il Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri vəzifəsində işləmişəm. Sonuncu bələdiyyə seçkilərində bələdiyyə üzvü, 18.01.2020-ci ildə isə bələdiyyənin ilk iclasında bələdiyyə üzvlərinin yekdil qərarına əsasən bələdiyyə sədri seçilmişəm və bunu 06.02.2020-ci il tarixdə Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsi də vəkilimin sorğusuna cavab olaraq təsdiq etmişdir. Seçkilərin nəticələri protokollaşdırılmış, bələdiyyə üzvlərinin imzası və bələdiyyənin möhürü ilə təsdiq edilərək aidiyyatı orqanlara təqdim olunmuşdur. Lakin, 18.01.2020-ci il tarixdə axşam saatlarında Şabran rayon İcra Hakimiyyətinə çağırılmışam. Orada mənə bildirdilər ki, icra başçısı Asif Hüseynovun bələdiyyə sədrliyinə öz namizədi var və o, tələb edir ki, mən sədrlikdən imtina edərək istefa verməliyəm.

Mən, təbii ki, bununla razılaşmadım və bildirdim ki, bələdiyyə seçkili orqandır, icra hakimiyyətinin buna qarışacağı olmamalıdır. Daha sonra mənə bildirdilər ki, sən qanunla danışırsan, amma biz səninlə reallıqdan danışırıq. İcra başçısı həmin bələdiyyənin sədri vəzifəsini başqasına söz verib, Asif Hüseynov çıxılmaz vəziyyətdədir, ona yuxarılardan təzyiqlər var. Ona görə də çalış icra başçısı ilə üz-üzə gəlmə, əks halda başına çox pis hadisələr gələ bilər. Bu minvalla mən dəfələrlə icra hakimiyyətinə, prokurorluğa, polisə çağırılmışam və məndən hər dəfə tələb olunmuşdur ki, bələdiyyəyə aid möhürü və digər rəsmi sənədləri icra hakimiyyətinə təqdim edim. Mən də bundan qəti şəkildə imtina etmişəm. 05.02.2020-ci il tarixdə bələdiyyə işçiləri mənə zəng edərək bildirdilər ki, RİH-nin nümayəndəsi başda olmaqla, bir dəstə şəxs bələdiyyə binasına gələrək binanın giriş qapısını zor tətbiq etməklə sındıraraq içəri daxil olmuş, açarı dəyişmiş və orada olan sənəd və əşyaları götürüb aparmışlar. Mən qanuni şəkildə bələdiyyə sədri seçilməyimə baxmayaraq icra başçısının təzyiqləri nəticəsində öz vəzifələrimi yerinə yetirə bilmirəm. Bununla yanaşı mənim həyatım təhlükə altında qalmışdır. Hər an məni həbs edəcəkləri ilə hədələyirlər. Mən Azərbaycan dövlətinə, onun prezidentinə, ölkənin qanunlarına və ölkə başçısının apardığı demokratik islahatlara inanaraq və arxalanaraq mənə olan təzyiqlərdən qorxmayaraq öz yoluma davam edəcəyəm. Xahiş edirəm ki, bu məsələni xüsusi nəzarətə götürməklə mənə qarşı edilmiş qanunsuzluqlara və təzyiqlərə son qoyulması üçün mənə köməklik göstərəsiniz”.

Azinforum.az olaraq bildiririk ki, şikayətdə qeyd edilən kobud qanun pozuntusu ilə bağlı Şabran rayon icra hakimiyyətinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onların da münasibətini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO