“Şöhrət” ordenli sədr rəhbərlik etdiyi elm ocağını “bazara çevirib” - İTTİHAM
Dunya / Bolge
Oxunub: 606
11 fev 2020 | 20:21
“Şöhrət” ordenli sədr rəhbərlik etdiyi elm ocağını “bazara çevirib” - İTTİHAM


31 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyevin “Şöhrət” ordeni ilə təltif olunması haqqında Sərəncam imzaladı.

Görəsən Fuad Əliyev belə bir münasibətin, belə bir təltifin qarşılığında ötən illər ərzində Gəncənin ictimai-siyasi həyatında nə kimi rol oynayıb, Azərbaycan dövlətinə və elminə hansı tövhələrini bəxş edib? AMEA-nın Gəncə bölməsində mərhum Samir Pişnamaszadənin rəhbərlik etdiyi dönəmi xatırladıqda bəlli olur ki, ondan sonra bu sahədə hər hansı elmi fəaliyyətin uğurlarından danışmaq cəfəngiyatdır. Yəni, bu baxımdan elm sahəsində hər hansı perspektivlikdən danışmağa dəyməz. AMEA-nın Gəncə bölməsinin iş fəaliyyətinə diqqət yetirdikdə müəyyən etmək olur ki, bu sahədə işləyənlərin, yaxud da adı işdə olub sifətini bir kimsənin görmədiyi “ölücanlar”ın siyahısını Fuad Əliyevdən başqa bir kimsə bilmir. Bilən olsa da, ondan ehtiyat edən bir kimsə fikirinə bunu gətirə bilməz.

Görəsən adı çəkilən bu bölmənin bağlı qapılarının arxasında nələr baş verir? Baş verənlərə münasibət bildirən hər kəsə qarşı hansı tədbirlər görülə bilər? Bu kimi halların varlığı, məhz olduqca düşündürücü sualdır. Yəni, Fuad Əliyevə qarşı baş qaldıran hər kəsin türklərin təbrincə desək “kəlləsi gedərdi!” Bu gün məni nələr gözləsə də, bir müəllif olaraq tam məsuliyyət hissi ilə deyirəm ki, dünən keçdi, bu gün cənab Prezidentimizi aldadana və ya aldadanlara qarşı amansız olmalıyıq. Bir məqamı Gəncə sakinlərinə və bu şəhərdə fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinə xatırladaq. 18 fevral 2011-ci il tarixdə cənab Prezident İlham Əliyevin sərəncamı ilə, Elmar Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra, onun şəhər ictimaiyyəti ilə tanışlığı zaman Fuad Əliyev özünü icra başçısına təqdim edib “Siz 13-cü icra başçısı olacaqsınız ki, mən sizinlə də işləməli olacağam” deyir. Burada həssas bir nüansa diqqət yetirək ki, Eldar Əzizovu çıxmaqla bütün başçıların zamanında istədiyinə nail olan Fuad Əliyev, bu sahədəki “TRİUMF”nu Elmar Vəliyevin zamanında bacara bildi. O, bir-iki il ərzində başçıya yaxın düşə bilməsə də, sonradan ADAU-nun sabiq rektoru Mirdamət Sadıqovun köməkliyi sayəsində irəli keçə bldi və idarəetmə mexanizminin açarını ələ keçirməyi də bacardı.

2014-cü ildən başlayaraq Gəncədə məmurlarının kadr məsələləri, yalnız akademik Fuad Əliyevin vasitəsilə həll olunmağa başladı. O, bəzi məmurları təqib etməyi, hətta özünün təsir dairəsinə salmağı da bacardı. Həmin dönəmlərdə “qara kassir” funksiyasını yerinə yetirən Fuad Əliyev, hətta Elmar Vəliyevin adı ilə bağlı olan “qara kassa”da yaratdı. Çox keçmədi ki, müəyyən adlar adı altında ödəmələr başladı, ödəmələrdən imtina edənlər isə Elmar Vəliyevin qəzəbinə “tuş gəldilər”. Gəncədə şantaj, intriqaların tüğyan etdiyi bir zamanda “qara kassir”ə tabesizlik edənlərə qarşı kompaniyalar hazırlandı. Elmar Vəliyevə özünü inandırmaq üçün sağ və sol cinahlar işə başladı. Bir sözlə, tabesizlik göstərən hər kəs cəzalandırıldı. Sağ və sol cinahlarda duranlar kimlər oldu? Tez-tez Elmar Vəliyevin də təkrarladığı kimi, görülən işlərin memarı olan ölkə başçısı İlham Əliyevin göstərişi ilə, ölkəmizin qərb bölgəsinin mərkəzi hesab olunan Gəncə şəhəri yenidən sökülüb tikilirdi. Etiraf edək ki, baş verən şantaj və təqiblər səbəbindən dövlətinə, Prezidentinə, xalqına sadiq olanlar məmurların çoxu istirab keçirməli oldular. Həmin vaxtlarda Gəncədə məmurları təsir və təqib altında saxlayanlar kimlər idi? Tam məsuliyyət hissi ilə deyə bilərəm ki, 2014-2018 -ci illər ərzində şəhər ictimaiyyətinə gərginlik yaşadan, məmurlardan bir çoxunu özünün təsiri altına alan akademik, demək olar ki, şəhərdə hakimiyyəti tam şəkildə ələ keçirə bilmişdi. Elmar Vəliyevin qəzəbi qalsın bir yana, Fuad Əliyevin quracağı “tələlər”dən çəkinən, ona “bəli” deməyənlərin aqibətini fikirləşdikdə o da bəlli olurdu ki, məmurların çoxu təşviş və təlaş içində idilər. Ziyalılar arasında MTN polkovniki kimi tanınan akademik, artıq öz ətrafını toplaya bilmişdi. O, bir çox mühüm idarə və müəssisələrin rəhbərlərini dəyişməyə müvəffəq olsa da, GDU və ADAU kimi aparıcı təhsil müəssisələri ona tabe olmadıqlarından, bu gün reket saytlarda intriqa məqsədilə yayımlanan yazılar davamlı şəkildə işıq üzü görsə də, hələ ki, nəyəsə nail olmaq mümkün olmur. Akademik Fuad Əliyevin çox kin-küdürətli bir şəxs olması, məhz gəncəlilərə represiya illərini xatırlatdır desək, heç də yanılmarıq. Bu şəxs kin-küdurətini, arzu və istəyini həyata keçirmək istədiyi dönəmdə meydanda tək qalmamaq üçün, Elmar Vəliyev kadr islahatlarına başlayarkən, o, özünə yaxınlığı ilə seçilən Naqif Həmzəyevi lazımi işlə təmin edə bildi. Bu addımı o, ona görə atdı ki, Elmar Vəliyevin atacağı hər bir addımdan Naqif Həmzəyevin vasitəsilə məlumatlı ola bilsin, həmçinin bu şəxsin vasitəsilə mediaya nəzarət funksiyasını yerinə yetirə bilsin. Belə bir addımdan indiyə kimi, Naqif Həmzəyev reket saytlarla əlaqəli olmağa müəyəssər olub. 2012-ci ildə GDU-ya rektor olmaq arzusunda olan Fuad Əliyevin bəxti ilk gündən “daşa dəydi”. Həmin vaxtdan indiyə kimi GDU -dan yazılan sanballı yazıların sayı reytinq cədvəlinin “pik nöqtə”yə çatıb. Qeyd olunan illərdə Gəncə şəhərində baş verənlərə nəzər salaq. Fuad Əliyevin kadrlarından biri, “Soros” İdarəetmə Fondunun koordinatoru olan Nadir İbadovun dəstəyi ilə ölkəyə qayıdan Naqif Həmzəyev, əvvəl GDU-da, bir müddət sonra isə ADAU-da çalışdı. Daha sonra Mirdamət Sadıqovun vasitəsilə bir addım da irəliləyərək, mediaya nəzarətetmək adı altında Elmar Vəliyevin tam yaxınlığına gətirildi. Çox keçmədi ki, bütün qəzet və saytlarla, ələlxüsus reket saytlarla tanışlıqlar başladı. Daha sonra Naqif Həmzəyev Fuad Əliyevin dəstəyi ilə YAP Gəncə şəhər təşkilatının sədri oldu. O, çox keçmədi ki, həm Elmar Vəliyevin sudaşıyanı oldu, həm də müəyyən tədbirlərdə mikrafonları “ustanovka” etməklə, Milli Məclisdə YAP-nı təmsil edən millət vəkillərindən biri oldu. Çox keçmədi ki, Fuad Əliyev daha bir kadrını tezbazar deputat kürsüsünə otuzdura bildi. Həmin şəxsin bioqrafiyasında orta məktəbi hansısa gümüş ya qızıl medalla bitirdiyi bildirilən, qeyri-rəsmi nigahdan doğulan, GDU-da elmi işlər üzrə prorektor vəzifəsini daşıyan Pərvin Kərimzadə oldu.

Bir məqamı qeyd edək ki, Pərvin Kərimzadə orta məktəbi bitirdiyi zaman, yəni 1992-ci ildə orta məktəblərdə qızıl və gümüş müdalların küllü satışınının həyata keçirdiyi üçün, 1989-cu ildən 1992-ci ilə qədər təhsil naziri işləmiş Rafiq Babaş oğlu Feyzullayev vəzifəsindən azad olunur. Bugün də köhnə qaydalarla çalışmaqda olan Fuad Əliyevin elmi fəaliyyətinə nəzər salıb, Gəncə Elm Mərkəzinin binasına baxmaq kifayət edir ki, burada nələrin baş verməsindən xəbərdar olmaq mümkün olsun. Şəhərin mərkəzi hissəsində yerləşən AMEA-ya məxsus binanın sağ və sol tərəfindəki giriş qapıları 2018-ci ilin yay aylarından bağlanmış və Fuad Əliyevin ailə üzvlərinə, həyat yoldaşına və qızına məxsus olan obyekt inşa olunub. AMEA-nın Gəncə şöbəsinin elmi fəaliyyəti Fuad Əliyevin sayəsində, ancaq bu şəxsin ailəsinə xidmət göstərdiyindən, hal-hazırda bazar iqtisadiyyatına keçib. Binanın bir hissəsində parfyumeriya dükanı, digər tərəfində isə estetik gözəllik salonu fəaliyyət göstərir. Burada işləyən “ölü canlar”ın elmin hansı sahəsində çalışdıqları da gülünc doğurur. Elmi nailiyyətlər oçağı olan AMEA-nın, hal-hazırda akademik Fuad Əliyevin sayəsində düşdüyü bəlalardan məlumatlı olmaq üçün, binanın daxilinə keçməzdən öncə onun sağ, sol, və arxa tərəfindəki obyektlərə baxmaq kifayət edər. Gəncə şəhər İcra Hakimiyyətinin binası ilə üzbəüz ərazidə yerləşən bu binanın arxasına keçən yolların bağlanmasına, Fuad Əliyevin ailəsinə məxsus ticarət obyektləri tikilməsinə, görəsən şəhər rəhbərliyi niyə münasibət bildirmir? Yoxsa zamanı çatmayıb?
GundemXeber.Az
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər