Tovuzda camaatı incidən kimdir? - GİLEY
Dunya / Bolge
Oxunub: 533
18 fev 2020 | 19:20
Tovuzda camaatı incidən kimdir? - GİLEY


Bugünlərdə redaksiyamızın elektron poçtuna Tovuz rayonu, Qovlar şəhər sakini Əhmədov Vaqif Qasım oğlu tərəfindən, illər öncədən üz-üzə qaldıqları problemin varlığı ilə bağlı müraciəti daxil olub. Müraciət müəllifi qeyd edir ki, bu gün Tovuz rayonunda elə hallar olur ki, hüquq pozmalara sadə sakinlərlə bərabər, vəzifə sahibi olan şəxslər də imza atırlar. Məsələn, bir neçə il bundan əvvəl Qovlar şəhər sakini mərhumə Quluyeva Tamam Ədil qızi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə, Əhmədov Oruc Qasım oğluna məxsus Bakı-Qazax magistral avtomobil yolunun Qovlar şəhəri istiqamətindən keçən hissəsinin sol tərəfində yerləşən 0,7 sot torpaq sahəsini zəbt etmişdir. Baxmayaraq ki, qeyd olunan torpaq sahəsinə aid lazımi sənədlər Oruc Əhmədovun adına olsa da, o, belə bir halın varlığına məhəl qoymur. Tamam Quliyeva dünyasını dəyişdikdən sonra onun vaxtilə atdığı addımlarını, qarşısına qoyduğu əməllərini, məhz bu gün mərhumənin bacısı oğlu Abbasov Elfaq Bayram oğlu həyata keçirməkdədir. Belə ki, adı çəkiln bu şəxs də, hal-hazırda şər və böhtan atmaqla məşğul olur.

Onu da qeyd edim ki, Qovlar şəhər sakinləri mərhumə Tamam Quliyevanın hansı əqidə sahibi olduğunu, sağlığında hansı əməllərlə məşğul olduğunu çox gözəl bilirdilər. Dünyasını dəyişmiş bu xanımın atdığı qeyri-qanuni addımlarla bağlı ortada Ali Məhkəmənin və Gəncə Apellyasiya Məhkəməsinin iki qərarı, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin də, iki qətnaməsinin olmasına baxmayaraq, xalasının əməllərini davam etdirən Elfaq Abbasov bu gün də iddia edir ki, qeyd olunan torpaq onlara məxsusdur.
Məsələnin düşündürücü tərəfi odur ki, 06 fevral 2020-ci il tarixdə Tovuz İcra və Probasiya Şöbəsinin iki nəfər əməkdaşının, Tovuz Kadastr İdarəsinin bir nəfər əməkdaşının və Qovlar Polis bölməsinin iki nəfər əməkdaşının iştirakı ilə Ali Məhkəmənin çıxarmış olduğu qərar əsasında, Elfaq Abbasov tərəfindən zəbt olunmuş torpaq sahəsi tikinti materiallarından təmizləndi və aktla bizə təhvil verildi. 13 fevral 2020-ci il tarixdə isə, qeyd olunan torpaq sahəsinə tikinti materialları apararkən, Elfaq Abbasov və onun qohum-əqrəbaları, ələlxüsus qadınlar bizə qarşı hücum edib ünvanımıza ən pis söyüş sözləri işlətdilər. Hətta, bizi təhqir etməkdən əlavə, apardığımız tikinti materiallarını torpaq sahəsinə boşaltmağımıza da mane oldular. Belə olan halda, məcbur olub baş verən olaylarla bağlı DİN-nin 102 xidmətini məlumatlandırdım. Hadisə yerinə Qovlar Polis Bölməsinin əməkdaşları gəlsələr də, Elfaq Abbasov və onun qohum-əqrəbaları üç saat ərzində polis əməkdaşlarını qeyd olunan torpaq sahəsinə buraxmadılar. Adı çəkilən şəxslərin belə bir addım atmalarına əsas səbəb, Elfaq Abbasovun Tovuz RİH Aparatında Sahib Əsgərov adlı qohumunun işləməsi və həmin şəxsin onlara “arxa-dayaq” durması oldu. Yəni, bu şəxs daşıdığı vəzifəsindən sui-istifadə edir və Oruc Əhmədova məxsus torpaq sahəsinin boşaldılmaması üçün, hətta polis əməkdaşlarına təzyiq də göstərir. Bütün bunlar qalsın bir yana, Sahib Əsgərov Tovuz RİH başçısının “sağəli” hesab olunmasından və daşıdığı vəzifəsindən sui-istifadə edərək, İH-də hüqüqşünas vəzifəsini daşıyan Svetlana xanımdan torpaq sahəsinin boşaldılmaması və bu işdə bacısı qızının həyat yoldaşı olan Elfaq Abbasova köməklik etməsini tələb edir. Belə bir tapşırıqdan sonra, Svetlana xanım Şəmkir rayonunda vəkillik fəaliyyəti ilə məşğul olan Xalidə adlı xanımdan, bu cür problemli məsələnin həllində onlara hüquqi köməklik göstərməsini xahiş edir. Xalidə xanım da onların xahişini nəzərə alır və köməklik göstərəcəyinə vəd verir.

Hadisələrin belə bir formada cərəyan etməsində Tovuz RİH Aparatında baş mütəxəssis vəzifəsini daşıyan Sahib Əsgərovun xüsusi rolu olur. Təəccüb doğuran hal odur ki, bu şəxs rayon ərazisində rüşvət toplamaqla, sahibkarları “gözümçıxdıya salıb” onlardan aylıq “haqq-hesab” tələb etməklə, həyət-bacasında tikinti işi aparan hər kəsin həyətinə gedib pul tələb etməklə, rayon sakinlərinə müxtəlif yollarla zülm etməklə və s. adını “beddam edib”. Bu şəxs o halın varlığını da undur ki, yüz nəfər Sahib Əsgərov, yüz nəfər Svetlana xanım, yüz nəfər Xalidə xanım olsa belə, Ali Məhkəmənin hüquqi qüvvəyə minmiş qərarını pozmağa gücləri çata bilməz. Əgər belə bir addım atılarsa, o halda atılmış addımı dövlətə qarşı çıxmaq, mövcud qanunvericiliyin tələblərini tapdaqlar altına atmaq, hətta ölkə rəhbəri cənab İlham Əliyevin hər kəsə, ələlxüsus vəzifə sahibi olan şəxslərə vermiş olduğu tapşırığı saya salmamaq kimi qiymətləndirilməlidir. Əslinə baxsan, Tovuz RİH Aparatında məsul sahələrdən birinə rəhbərlik edən Sahib Əsgərovun yanaşması, atdığı addımların varlığı və s. onu sübut edir ki, bu şəxs daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edən vəzifə sahibidir”. Qarşı tərəfi də dinləyə bilərik.

P.S. Hörmətli oxucular! Belə bir problemin varlığı öz aktuallığı ilə diqqətimizi cəlb etdiyindən, bu yöndə araşdırmamızı davam etdirəcəyik. Odur ki, bizi izləməyi unutmayın. //deryaz.az//

Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE