Sahibkarlara ayrılan pulla özünə təsərrüfat yaradan icra başçısının bu təəccüb doğurdu — Alı Alıyevin Qobustan, Şamaxı və Qaradağdakı
Dunya / Bolge
Oxunub: 636
2 mar 2020 | 15:36
Sahibkarlara ayrılan pulla özünə təsərrüfat yaradan icra başçısının bu təəccüb doğurdu — Alı Alıyevin Qobustan, Şamaxı və Qaradağdakı


Neftçalanın icra başçısı İsmayıl Vəliyevin həbs edilməsi və vəzifəsindən azad edilməsindən sonra digər rayon İcra Hakimiyyəti başçılarının, xüsusən də əhali arasında mənfi ictimai rəyə malik olanların necə deyərlər “kürkünə birə düşüb”.
Odur ki, barələrində mənfi imic formalaşan və bu günədək fəaliyyətləri haqqında xoş ifadə işlədilməyən bəzi rayon icra başçıları mələksima donuna girərək özlərini sadə vətəndaşa yaxın, “qayğıkeş”, “yaxşı rəhbər”, “hər zaman sadə vətəndaşın yanında olan, onun problemini dinləyən” rəhbər kimi göstərmək üçün min oyundan çıxmağa başlayıblar.

Necə ki, bir neçə ay bundan öncə Ağstafa və Yevlax icra başçılarının həbsindən sonra bəzi icra başçıları xalqa “yaxın olmaq” üçün min hoqqadan çıxdılarsa, bu dəfə də həmin hadisənin şahidi olmaqdayıq. Hətta o zaman Mingəçevir İcra başçısı məzuniyyətə getməsi üçün yaşlı bir vətəndaşdan məsləhət aldı. Guya həmin vətəndaşın rəyi İcra başçısı üçün o qədər əhəmiyyətli imiş... Yəni belə ucuz vasitələrdən istifadə etməklə cəmiyyətdəki öz mənfi reputasiyalarını aradan qaldırmağa çalışırdılar. Ancaq hadisələr səngiyən kimi yenə də fəaliyyətlərini əvvəlki qaydada davam etdirməyə başladılar. Və “mələksima” maskasını yenə də yerə atıb, əvvəlki qanunsuz əməllərini davam etdirməli oldular. Nəticədə Neftçala hadisəsi baş verdi.

İndi də müvəqqəti olaraq sakitlik yarananadək bəzi icra başçıları belə “mələksima” maskasını taxaraq xalqın arasına çıxaraq, guya onların qayğısına qalırlar. Bunlardan biri də Füzuli rayon icra başçısı Alı Alıyevdir. Guya bu şəxs bu günlərdə rayonun Bala Bəhmənli kəndində “Dördyol” deyilən ərazidə ticarət obyektlərində olub. Kişi guya xalqın problemi, dərdi, hətta marketdə satılan məhsulların qiymətləri ilə maraqlanıb...

Faktiki fəaliyyətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşının sosial müdafiəsinin yaxşılaşdırılması, ölkənin sürətli inkişafı ilə bağlı qəbul etdiyi proqramlarını yarıtmaz formada həyata keçirən, əslində həmin siyasətə kölgə salan, ölkə başçısının nüfuzuna xələl gətirən Füzuli rayon icra başçısı Alı Alıyev hələ utanmadan Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Bəli, Azərbaycan Prezidentin yürütdüyü siyasətin qayəsində, həyata keçirdiyi sosial-iqtisadi siyasətin təməlində vətəndaşının və onun rifah halının yaxşılaşdırılması durur. Kimsə buna etiraz edə bilməz. Ancaq və lakin... Əgər yerlərdə layiqli, xalqın qayğısına qalan, ölkə başçısının siyasətini canla-başla yerinə yetirən kadrlar olsaydı, bu gün Azərbaycan vətəndaşı daha yaxşı yaşayardı. Həyata keçirilən siyasət nəticəsində Azərbaycan daha inkişaf etmiş olardı. Ancaq Ali Alıyev kimi yarıtmaz kadrların fəaliyyəti nəticəsində həyata keçirilən siyasətə hər addımda maneçiliklər yaradılır və ölkə rəhbərinə insanlarda inamsızlıq mühiti formalaşdırılır. Baxmayaraq ki, ölkə başçısı hər iclasda, müşavirədə bu çatışmazlıqlar barədə öz sərt mövqeyini dilə gətirir. Məmurların işinin xalqa xidmət olmasını xatırlatsa da, təəssüflər olsun ki, ölkə başçısının dediyi bu sözlər bəzi məmurlar, xüsusən də Alı Alıyev kimi insanlar tərəfindən qulaqardına vurulur. Ölkə başçısı da xalqa xidmət etməyən, qanunsuz əməllərə yol verən məmurlar barəsində sərt tədbirlər görməli olur. Və o zaman məmurlar məcbur olaraq xalq arasına çıxaraq görüntü yaratmağa çalışırlar. Elə Füzuli icra başçısı Alı Alıyevin “Dördyol” deyilən ərazidə ticarət mərkəzinə getməsi və orada guya xalqla görüşməsi də ancaq və ancaq xalq arasında “gözdən pərdə asmaq” və yaxudda “gözə kül üfürmək” kimi dəyərləndirmək olar.

Çünki Alı Alıyevin yarıtmaz və qanunazidd, ölkə başçısının yürütdüyü siyasəti gözdən salan fəaliyyəti barədə mütəmadi olaraq mətbuatda yazılar gedib. Bu faktlar kimlərsə tərəfindən uydurulmayıb. Alı Alıyevin bu “fəaliyyətini” Füzuli rayon sakinləri faktlarla sübut edib.

“Ölkə.Az” olaraq indi isə zaman-zaman mətbuatda Ali Alıyev haqqında gedən faktlara istinad gətirərək, onun indiki həssas mərhələdə “mələksima” maskasını taxaraq xalqın arasına enməsinin səmimiyyətdən uzaq olduğunu sübut etməyə çalışacağıq. Və o zaman görəcəyik ki, Alı Alıyevin sadə xalqın içərisinə enməsi riyakarlıqdan və özünü sığortalamaqdan başqa bir şey deyildir.

Gəlin faktlara istinad edək.

Hələ bir neçə il bundan öncə Füzuli rayonu Harami düzündə yaşayan Füzuli və Laçın rayonundan məcburi köçkün olan 34 ailə “Kanal24”-ə müraciət edərək çətin durumda olduqları, rayon icra başçısı Alı Alıyevin haqsızlıqları və qanunsuz əməlləri ilə qarşılaşdıqları barədə şikayət ediblər.
Şikayət edən sakinlər 1993-cü ildən Harami adlanan ərazidə yerləşib əkinçilik, maldarlıq, bir sözlə kənd təsərrüfatı ilə məşğul olan sakinlər dövlətdən dəstək almaqlarına baxmayaraq 2012-ci ildə Alı Alıyev Füzuli rayonuna yeni icra başçısı təyin olunduqdan sonra çətin günlərinin başladığının, dövlət tərəfindən ayrılan güzəştlərdən məhrum olduqlarını bildiriblər.

Sahibkar Həbib Hacıyevin 30 hektar pambığı, Şakir Əliyevin 20 min müxtəlif növ ağacları göz görə-görə susuzluqdan quruyub. Bu azmış kimi ağaclar kəsilərək təbiətə və sahibkarlara külli miqdarda ziyan vurulub. Vilayəddin Həsənov dövlətin dəstəyi ilə qurduqları təsərrüfatın dağıdılmasını dövlətçiliyimizə zidd olan hərəkət kimi qiymətləndirir.
Odur ki, fermerlər “Kanal24” vasitəsi ilə ölkə başçısı İlham Əliyevə və birinci vitse prezident Mehriban Əliyevaya müraciət edərək Alı Alıyevin qanunsuzluqlarına, özbaşınalıqlara son qoyulmasını xahiş ediblər.

“Gündəm-xəbər” mətbu orqanı isə Alı Alıyevin rayondakı fermer və sahibkarları sıradan çıxararaq öz biznesini inkişaf etməsi barədə faktlara əsaslanan məqalə yazıb. Məqalədə Alı Alıyevin rayon ərazisində digər fermer və sahibkarları sıxışdırmaqla öz fermer və biznes imkanlarını genişləndirir. Onun bu qanunsuz əməllərindən isə təzyiqlərə məruz qalan sahibkar və fermerlər tərəfindən ölkə başçısına müraciət olunub.

“Gündəm-xəbər”in yazdığına görə, A.Alıyev fermerlərə çatacaq subsidiyaları mənimsəməyərək bu vəsaitləri öz fermer təsərrüfatlarının genişlənməsinə yönəldib. Belə ki, A.Alıyev dövlət vəsaitlərini mənimsəməsi hesabına Şamaxı, Qobustan, rəhbəri olduğu Füzuli və Bakının Qaradağ rayonu ərazisində fermer təsərrüfatları, parniklər yaradıb.

Mətbu orqanı onu da yazıb ki, A.Alıyevin qanunsuz əməlləri, dövlət vəsaitini mənimsəməsi bununla bitmir. O dövlət büdcəsindən rayonun abadlaşdırılmasına ayrılan külli miqdarda vəsaitləri mənimsəməkdə ittiham olunur. Bildirilir ki, icra başçısı yol tikintisi üçün ayrılan xərclərdən də külli miqdarda vəsait mənimsəyib. Bu kapital isə başçının rayonda obyektlərini artırmağa kömək edib. Hətta başçısının sahibkarlara pul atığı dabildirilir.
A.Alıyev sahibkara rayon ərazisində otel tikməyi tapşırıb və otel tikildikdən sonra oteli onun əlindən alınıb. Bildirilib ki, onun çəkdiyi xərc ödəniləcək amma, bu olmayıb. Sahibkar haqqını tələb etdikdə isə təzyiqlərlə üzləşib və həbslə hədələnib. O da qorxduğu üçün şikayət etməyib.

Mətbu orqanı hətta icra başçısını ölkə başçısının rayona səfəri zamanı onu aldatması barədə də faktlar yer alıb. A.Alıyev rayon ərazisində bəzi müəssələrin fəaliyyət gösətdiyi barədə yalan məlumatlar verib. Hansı ki, ya həmin müəssisələrin bir qismi elə ölkə başçısı getdikdən sonra qapıları bağladılıb, ya da ki, qısa müddətdən sonra fəaliyətlərinə son verməli olub.

Məhz Alı Alıyevin yarıtmaz fəaliyyəti nəticəsində Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları yerli məmurlardan biri də Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir. Füzuli rayonunun rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyini əhatə edən bu şikayətlərin ümumi sayının yüzlərlə olduğu bildirilir.

Belə faktları sadalamaqla bitməz. İstənilən Füzuli rayon sakinindən soruşsan Alı Alıyevin qanunsuz əməli barədə ən azı 3-4 fakt çəkəcək.
Odur ki, xalq arasında “sahibkarların qənimi”, “sahibkarlara qan uddurub, divan tutan”, “xalqı vecinə almayan” kimi ad çıxaran Alı Alıyevin son hərəkəti çox təəccübə səbəb olub. Füzulilər onun bu hərəkətini “Gözə kül üfürmək” kimi dəyərləndiriblər. Rayon sakinlərinin fikrincə, Alı Alıyev rayona rəhbərlik etdiyi 8 ildə elə zülm edib və qanunsuz əməllər törədib ki, bunu nə danışmaq, nə də yazmaqla tam ifadə etmək olmaz. Füzuli sakinləri deyir ki, aidiyyatı qurumlardan rayona yoxlama gələrsə, A.Alıyevin qanunsuz əməlləri barədə yüzlərlə faktlar ortaya çıxar.Bunun üçün heç gizli izləmə kameralarına da ehtiyac yoxdur. Onun təqbinə, zülmünə məruz qalan insanlar özləri real faktlarla onun qanunsuz əməllərini ortaya qoyacaqlar.

“Ölkə.Az” yaxın günlərdə Alı Alıyevin digər qanunsuz əməllərini əks etdirən dəhşətli faktları ortaya qoyacaq.
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir