Daha hansı icra başçısı üçün həbs qərarı verilə bilər?.. - İLGİNC
Dunya / Bolge
Oxunub: 684
3 mar 2020 | 20:45
Daha hansı icra başçısı üçün həbs qərarı verilə bilər?.. - İLGİNC


Ölkədə bir-birinin ardınca həyata keçirilən məmur həbsləri yeni bir prosesin başlandığı təəssüratını yaradır. 2019-cu ilin sonunda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, Yevlax rayonun keçmiş icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıblar. DTX-nın yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər. Nizaməddin Quliyevin “müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb”.

DTX oxşar əməliyyatı 3 ay sonra Neftçala rayon İcra Hakimiyyətində də keçirib. Rayon başçısı İsmayıl Vəliyev və bir neçə vəzifəli şəxsi saxlanılıb. İstintaq altına alınan məmurlar vəzifə səlahiyyətlərini aşmaqda və rüşvətxorluqda ittiham olunurlar. Gedişat onu deməyə əsas verir ki, məmur həbsləri yaxın perspektiv üçün davamlı olacaq. Növbədə hansı icra başçısının olacağı barədə isə konkret bir fikir söyləmək mümkün deyil...

Əslində, həbslə müşayiət olunmasa da, indiyə qədər də bir çox məmurlara qarşı sərt tədbirlər görülüb.

2012-ci il martın 1-də Qubanın icra başçısı vəzifəsini tutan Rauf Həbibovun təhqiredici fikirlərdən hiddətlənən minlərlə qubalı etiraz aksiyası keçirib. Rauf Həbibovun villası yandırılıb. R.Həbibovun istefası tələbi ilə keçirilən aksiya iğtişaşlara çevrilib. İğtişaşlar zamanı rayon icra hakimiyyəti başçısının villası və yardımçı tikililərin bir hissəsi yandırılıb. 30 yerli sakin həbsə alınıb. Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 186.2.2-ci (özgənin əmlakının məhv edilməsi və ona zərər vurulması), 233-cü (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili və ya onlarda fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi və ona qarşı güc tətbiqi) maddələri ilə cinayət işi başlanıb.

İğtişaşlardan bir müddət sonra Rauf Həbibov tutduğu vəzifədən çıxarılıb.

1 il sonra, 2013-cü il yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda da oxşar olay baş verib. “Çıraq” otelinin müdiri, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Şəmsəddinov Emil Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi Az 90 NR 485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” markalı idman tipli minik maşını ilə yanvarın 23-də axşam saat 21:30 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən qəza törədib. Emil Şəmsəddinov avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb. Baş verən hadisə zamanı xəsarət alan olmasa da sürücü Emil Şəmsəddinov və onun avtomobilindəki dostu, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Lazım oğlu ilə birgə maşından düşərək yolun kənarında dayanmış Az 31 BD 817 dövlət nömrə nişanlı “VAZ 21074" markalı minik avtomobilinə ayaqla bir neçə zərbə vuraraq onu əziblər. Sonra həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olan ”VAZ 21074"ün sürücüsü 1985-ci il təvəllüdlü Ramil Əlimurad oğlu Bəkirovu döyüblər. Sürücü R. Bəkirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu insident şəhər əhalisinin sıx toplaşdığı yerdə baş verdiyi üçün əraziyə xeyli sayda adam toplaşıb. Emil Şəmsəddinov orada toplaşan İsmayıllı sakinlərini nalayiq söyüşlərlə təhqir edib. Sonradan Emil Şəmsəddinov ümumilikdə İsmayıllı əhalisinin ünvanına kobud və təhqiramiz ifadələr söyləyib. Bundan sonra rayon sakinləri əraziyə toplaşaraq sahibkar Emil Şəmsəddinovun müdir işlədiyi “Çıraq” otelinə tərəf hərəkət edərək obyekti daş-qalaq edib. Sonra insanlar hasardan aşaraq otelin həyətinə keçiblər və darvazanı aşırıblar. Darvazanın aşması nəticəsində İsmayıllı rayonunun Günəşli qəsəbə sakini 1983-cü il təvəllüdlü Nəsirov Emin Bəxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Otelin həyətinə daxil olan kütlə oradakı bir-birindən bahalı avtomobilləri yandırıblar. Ardından kütlə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun evinə basqın ediblər. Onlar mənzilin həyətindəki 10-NX-700 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik maşınını, iki ədəd dördtəkərli motosikleti və istirahət guşəsini yandırıblar. Sonradan ölkə başçısı çıxışında deyib ki, vəzifəli şəxsin ailə üzvü “nadanlıq” və ya “xuliqanlıq” etsə, “o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra rəhbərlərinə də aiddir. Vəzifəli şəxslərin uşaqları qudurqanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər”.

Nizami Ələkbərov bu olaylardan az sonra vəzifəsindən çıxarıldı, lakin həbs olunmadı.

Amma yaxın keçmişdə həbsə alınan icra başçıları da olub. Məsələn, 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi(hazırkı Bakı Ağır Cinayətlər Məhkəməsi) önünə Süleyman Rəşidov çıxarılmışdı. 1997-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat almış Süleyman Rəşidov 1 il sonra vəzifəsindən azad edilmişdi. Az sonra isə barəsində axtarış elan olunmuşdu. 2009-cu ilin sentyabrına qədər istintaqdan yayına bilən Süleyman Rəşidov külli miqdarda dövlət əmlakını talamaqda ittiham olunurdu. O, icra başçısı olmamışdan qabaq təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə də dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəmişdi. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. 2010-cu ilin fevralın 12-də dövlət əmlakını talamaqda təqsirli bilinən Süleyman Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Mingəçevir şəhər İcra Hakimiyyətinin sabiq başçısı Süleyman Rəşidova 4 il şərti cəza verilib.

2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi önünə 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı işləyən Rafiq Alışov çıxarılmışdı. Rafiq Alışova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320-ci( saxta sənəd) maddələri üzrə ittiham olunurdu. Məhkəmə Rafiq Alışovun barəsində ittihamedici hökm çıxarmışdı və 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.
“Yeni Müsavat”
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR