Beyləqan məşğulluğunu bazara çevirib - İTTİHAM
Dunya / Bolge
Oxunub: 711
4 mar 2020 | 20:16
Beyləqan məşğulluğunu bazara çevirib - İTTİHAM


Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edildikdən sonra bu qurumda aparılan bir çox islahatlar müsbətə doğru nəyinsə dəyişəcəyi ümidləri artırdı. Ancaq nazirin özündən öncəki xələflərinin dövründə korrupsiya bataqlığına batmış bəzi şəxslər yenidən etimad göstərməsi Sahil Babayevi gözdən saldı.

Mətbuatda təkzib olunmayan məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sahil Babayevin müavinləri ilə birlikdə şöbə müdirləridə öz kadrlarını qurumun idarələrinə rahat şəkildə yerləşdirə bilirlər. Hazırda nazirlikdə əsas söz sahibi olan şöbə müdirlərinin başında Daxili Nəzarət İdarəsinin rəisi Heybət İmanovun durduğu deyilir.

Xatırladaq ki, Heybət İmanov Füzuli Ələkbərovun dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışırkən nazirin “qara kassası” kimi tanınıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində korrupsiyanı idarə edən əsas şəxslərdən biri olub. Səlim Müslümov nazir təyin olunduqdan sonra isə Heybət İmanovu Əjdər Cəbiyev əvəz edib və İmanov nazirlikdən uzaqlaşdırılıb.

Sahil Babayev nazir gəldikdən sonra isə Heybət İmanovun ulduzu yenidən parlayıb və bu şəxs yenə də ƏSMM sistemində korrupsiyanı idarə edən şəxslərdən birinə çevrilib. Hazırda ƏSMM-də korrupsiyanı tam idarəe edə bilmək üçünsə Heybət İmanov köhnədən onunla çalışan insanları yenidən rayonlarda vəzifəyə gətirməkdədir.

Belə məmurlardan biridə Beyləqan Məşğulluq Mərkəzinin direktoru İlham Quliyevdir. Beyləqndan MilliYola daxil olan məlumata görə Füzuli Ələkbərovun dövründə rayon Məşğulluq Mərkəzinin Direktoru işləyən İlham Quliyev həmin dövrdə çoxlu sayda saxta işlərə imza atmaqla tanınıb. Səlim Müslümovun dövründə işində yol verdiyi nöqsanlara görə işdən qovulan İlham Quliyev bir müddət Beyləqan bazarında müxtəlif çeşidlərin alveri ilə məşğul olub. Ancaq Heybət İmanov ƏSMM-də Daxili Nəzarət İdarəsinin müdiri vəzifəsinə gələn kimi İlham Quliyevdə Beyləqan Məşğulluq Mərkəzinə direktor təyinatı alıb. Beyləqanda bu təyinatın arxasında Heybət İmanovun birbaşa dayandığını isə bilməyən yoxdur.

Beyləqandan MilliYol.az-a daxil olan şikayətdə iddia edilir ki, İlham Quliyev Səlim Müslümovun dövründəki ab havanı yenidən dirçəldib. Belə ki, mərkəz direktoru işsizlik adı altında yaxınlarının, dost tanışlarının adını işsizlər siyahısına yazdıraraq hər ay dövlət vəsaitini mənimsəyir.

Bu məsələdə İlham Quliyev “İşsizin DOSTu” proqramından yararlandığı iddia edilir. Rayon sakinləri bildirirlər ki, icra başçısı Asif Ağayev vətəndaşlarla səyyar görüşlərdə işlə təmin etdiyi şəxslərdən başqa həmin siyahıda adı olanların əksəriyyəti İlham Quliyevin adamlarıdır.

Belə ki, Məşğulluq Mərkəzinin direktoru öz yaxınlarının, dost tanışlarının adlarını DOST MMC-nin siyahısına salaraq onlara “işsiz” statusu verir. Bu da təmənnasız başa gəlmədiyi bildirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi