Biləsuvar baytarları prezidentə şikayət etdi: - “Kömək edin...”
Dunya / Bolge
Oxunub: 748
14 mar 2020 | 23:39
Biləsuvar baytarları prezidentə şikayət etdi: - “Kömək edin...”


Biləsuvar rayon Baytarlıq İdarəsinin direktoru rəhbərlik etdiyi kollektivdən qanunsuz pul yığır.

Qaynarinfo xəbər verir ki, sözü gedən idarənin kollektivi bu barədə ölkə Prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd edib. Kollektivin bildirdiyinə görə, Biləsuvar rayon Baytarlıq İdarəsinin müdir əvəzi Əli Əliyevin əməlləri barəsində dəfələrlə Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Xidmətlər Agentliyinə məlumat verilsə də, onun əməlləri barəsində heç bir tədbir görülməyib:

"Hörmətli Prezident! Avqustun 1-dən Biləsuvar rayon Baytarlıq İdarəsinə təyin olunan müdir əvəzi Əli Əliyevin əməlləri bizi məcbur etdi ki, Sizə müraciət edək. Onun əməlləri ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Xidmətlər Agentliyinə dəfələrlə müraciət etsək də, heç bir tədbir görülməyib. Əksinə, onu deyil, bizi Bakı şəhəri, Aqrar Xidmətlər Agentliyinə çağırıb onunla bağlı etdiyimiz şikayətə görə izahatlar aldılar. Əli Əliyev Biləsuvar rayon Baytarlıq İdarəsinə müdir əvəzi gəldiyi gündən bu günə kimi kollektivlə yola getmir, münaqişələr yaradır. O öz şəxsi mənafeyi üçün işləyir, müxtəlif bəhanələrlə biz kollektivdən təsərrüfat xərclərinə görə qanunsuz pul yığır. Yeddi aydır bizə zəhərli maddələrlə işlədiyimizə görə verilən xama məhsulunu vermir”.
Kollektiv məktubda Əli Əliyevin Biləsuvar rayon Baytarlıq İdarəsində iki vəzifədə işlədiyini qeyd edib:

"O, həm Baytarlıq İdarəsinin rəisi, həm də epizodik həkim vəzifəsində işləyir. Kollektivi lazım oldu-olmadı işdən ayırıb idarəyə çağırır, üstümüzə çığırıb-bağırır, bizi təhqir edir, nalayiq sözlər, ifadələr işlədir, söyüşlər verir. Hər dəfə bizə qarşı bu münasibətində təkrar edir ki, "nə qədər Aqrar Xidmətlər Agentliyində cənab Seymur Mövlayev rəis işləyəcək, mən bu vəzifədə olacağam və sizin gününüz qara olacaq, sizi at kimi çapacağam”, - deyə bizə hədə-qorxu gəlir".

Kollektiv ölkə Prezidenti İlham Əliyevdən kömək istəyib:

"Hamımız Azərbaycan vətəndaşlarıyıq və bizim konstitusion hüquqlarımız var. Hörmətli cənab Prezident! Biz Sizlərə çox inanırıq və güvənirik. Sizdən artıq dərəcədə xahiş edirik üzləşdiyimiz bu problemin həllində bizə köməklik edəsiniz və Əli Əliyevlə bağlı lazımi tədbir görülməsinə göstəriş verəsiniz”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi