“Elçin Bilalov xəstələrin dərmanlarını vermir, apteklərdə satdırıb, talançılıqla məşğul olur” - NARAZILIQ...
Dunya / Bolge
Oxunub: 532
8 apr 2020 | 22:44
“Elçin Bilalov xəstələrin dərmanlarını vermir, apteklərdə satdırıb, talançılıqla məşğul olur” - NARAZILIQ...


“2014-cü il tarixdən bronxial astma xəstəliyinə görə 2-ci qrup əlil olmuşam. Buna görə, hər ay dövlət büdcəsi hesabına dərmanla, tibbi pereparatlarla təmin olunurdum. Artıq iki aydır ki, Göyçay rayon Mərkəzi xəstəxanası dərmanlarımı vermir. Səbəbi isə həmin xəstəxananın baş həkimi Elçin Bilalov astma xəstələrinin dərmanlarını aptekdə satdırıb, talançılıqla məşğul olmasıdır”. Bu barədə Göyçay rayonu H.Hacıyev küçəsi, ev 188-də yaşayan Mustafayev Rasim Əhəd oğlunun Hurriyyet.org-a yazdığı şikayət məktubunda deyilir.

“Artıq 2 aydır heç bir xəstəyə həmin dərman verilmir, apteklərdə satdırılır”

R. Mustafayev qeyd edib ki, Göyçay rayon Mərkəzi Xəstəxanasında pulsuz dərmanları Elza adlı həkim paylayır: “Elza həkim Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovla qudadır. Bu korrupsiyaya qurşanmış qudalar Göyçayda yaşayan ağır xəstələrin dərmanlarını satdırıb, cinayət əməlləri ilə məşğul olurlar. “Erflyusal” adlı dərmanın qiyməti 55 manatdır. Həmin dərman xəstələrə paylanması üçün hər ay Göyçay xəstəxanasına çoxlu sayda gəlir. Artıq 2 aydır heç bir xəstəyə həmin dərman verilmir, apteklərdə satdırılır. Bu səbəbdən biz xəstələr ölümlə üz-üzə qalmışıq. Elçin Bilalov Göyçay rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin ediləndən sonra xəstəxanada korrupsiya cinayətləri artıq rəsmiləşdirilib”.

“Göyçay rayon mərkəzi xəstəxanasında ölüm halları da çoxalıb”

R. Mustafayevin sözlərinə görə, Göyçay rayon mərkəzi xəstəxanasında pullu xidmət yaradan baş həkim Elçin Bilalovun korrupsiya əməllərinin araşdırılıb, barəsində ciddi tədbirlər görülməsinə zərurət var: “Regionda həmişə nümunəvi yüksək tibbi xidmət göstərən Göyçay rayon xəstəxanasını baş həkim Elçin Bilalov biabırçı vəziyyətə salmışdır. Kolxoz bazarına döndərilən Göyçay rayon mərkəzi xəstəxanasında ölüm halları da çoxalıb”.

“Elçin Bilalov xəstələrin dərmanlarını vermir, apteklərdə satdırıb, talançılıqla məşğul olur”

Şikayətçi vurğulayıb ki, imkansızlığa görə dərman ala bilmir:“Bu səbəbdən səhhətim çox ağırlaşıb. Hazırda bütün dünyada, o cümlədən Azərbaycan Respublikasında koronavirus xəstəliyi ilə əlaqədar ciddi mübarizə aparılır, xüsusi karantin rejimi tətbiq edilib. Elçin Bilalov bundan sui-istifadə edib, korrupsiya cinayəti ilə məşğul olur, xəstələrin dərmanlarını vermir, apteklərdə satdırıb, talançılıqla məşğul olur”.

R. Mustafayev sonda prezident İlham Əliyevə müraciət ünvanlayıb: “Cənab prezident, xahiş edirəm, xəstələrin dərmanlarını satdırıb mənimsəyən Göyçay rayon Mərkəzi Xəstəxanasını korrupsiya yuvasına döndərmiş baş həkim Elçin Bilalovun və onun qudası Elza həkimin barəsində ciddi tədbir görəsiniz”.
Hurriyyet.org
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi
Dünən, 09:00
Hərbi müxbir İran-ABŞ razılaşması barədə: “Üçüncü dünya müharibəsi ləğv edilir”
13-04-2024, 11:44
Narkotiklə tutulan şəxs axund imiş - Foto
13-04-2024, 11:39
İrana casusluqda ittiham edilən şəxslər saxlanıldı
13-04-2024, 11:34
Antalyada kanat qəzası - Ölən və yaralananlar var
13-04-2024, 11:22
Kür çayında batan ata və 6 yaşlı qızının FOTOSU
13-04-2024, 11:17
Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub
13-04-2024, 11:13
Çingiz Abdullayevin son vəziyyəti açıqlandı