Neftçalada ara qarışıb: gənc başçı çaşqın halda... - 160 minlik ittiham…
Dunya / Bolge
Oxunub: 523
13 may 2020 | 22:46
Neftçalada ara qarışıb: gənc başçı çaşqın halda... - 160 minlik ittiham…


İsmayıllıya və Neftçalaya yeni təyin olunan gənc icra başçılarının işləri heç düz gətirmir. Əvvəlcə İsmayıllının İH rəhbəri Nahid Bağırov karantin rejimini pozduğuna görə prezident tərəfindən töhmət aldı, ardınca Neftçaladakı həmkarı Mirhəsən Seyidovun vəziyyəti ürəkaçan deyil.
Reportyor.info xəbər verir ki, M.Seyidovin siftəsi hələ prezident onunla N.Bağırovu qəbul edərkən korlanmışdı.
Belə ki, dövlət başçısı ona irad tutaraq “O səndən böyükdür, keç o biri tərəfdə otur” deməklə M.Seyidovu utandırmışdı, böyük – kiçik yeri bilməyə çağırmışdı. Bundan sonra gənc İH başçısının fəaliyyət göstərməsinin, Neftçalada baş çıxarmasının çətin olacağı bilinirdi.
Buyurun, artıq rayondakı köhnə bürokratlar, rüşvətxor məmurlarla baş çıxara bilmir, ötkəm danışa, hökmlü davranmağı bacarmır.
M.Seyidov bir il ərzində özünü təsdiqləyə, etimadı doğrulda bilməsə prezidentin onunla uzun müddət işləyəcəyi ağlabatan görünmür.
Aydın məsələdir ki, kifayət qədər gəncdir, təcrübəsizdir, idarəçilikdə öyrənə-öyrənə inkişaf edə bilər, kurator tərəfindən nəzarət var. Lakin yenə də M.Seyidovun şəxsi rəhbərlik keyfiyyətlərindən də çox şey asılı olacaq.
Gələn məlumatlar isə onun Neftçaladakı mövqeyinin yetərincə zəif olduğunu deməyə əsas verir. Bu haqda jurnalist Qənimət Zahid yazıb.
Onun iddialarına görə, Neftçalada keçmiş baş həkimin həyətindəki ot tayasının altından iki ədəd təcili yardım maşını çıxarılıb.
Jurnalist qeyd edir ki, keçmiş baş həkimin evində isə onlarla plazma televizor aşkarlanıb.
Ehtimal edilir ki, həmin televizorlar xəstəxanadakı palatalar üçün nəzərdə tutulub. Baş həkim isə onları satıb başdan eləmək istəyib. Q.Zahid qeyd edir ki, yeni baş həkim də sələfinin izi ilə addımlayır.
Məlumatlara görə, koronavirusla bağlı müalicə prosesində bilavasitə iştirak edən həkimlərə maaş yazılmayıb, əvəzində bu prosesdə olmayan tibb personalına əlavə əmək haqqı və mükafat hesablayıb paylayıblar.
Baş həkim onlara deyibmiş ki, hər kəs aldığı puldan 200 manat ona verməlidir. Amma hamı pulu alıb aradan çıxıb.
Jurnalistin iddialarına görə, maaş ala bilməyən həkimlər DTX-nın yerli şöbəsinə müraciət ediblər. Oradan isə deyiblər ki, baş idarəyə müraciət emək lazımdır.
Bütün bu hadisələrdən Neftçalanın gənc icra başçısı çaşqın vəziyyətdədir. M.Seyidov təzə və məhdud çevrədə deyibmiş ki, “işləyə bilmirəm, deyəsən, istefa verib getməli olacağam”.
İndi bu söz məhdud çevrədən çıxaraq bütün rayona yayılıb və Neftçalada hamı gözləyir ki, gənc məmur nə zaman aradan çıxacaq.
Hətta Neftçalada pandemiya mövsümündə 160 min manatın mənimsənildiyi iddiaları dolaşmaqdadır. Bu xəbərləri “facebook”da yazan Q.Zahid mənimsəmə ilə bağlı əlavə məlumat verməyib.
Həftənin qeyri-iş günü olduğuna görə Neftçala İH-dən iddialarla bağlı rəsmi münasibət örənmək mümkün olmayıb. İcra başçısının və İH-nin açıqlamasını, iddialara aydınlıq gətirməsini işıqlandırmağa hazırıq.
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi