Lənkəran Narkoloji Xəstəxanasında ÖZBAŞINALIQ - "Xəstəxananı bazar kimi idarə edir"
məhkəmə müstəvisində davam edir. Durum elə həddə gəlib ki, baş həkimlə tabeliyində çalışan həkim məhkəmə müstəvisində çəkişir. DİA.AZ-ın məlumatına görə, 36-yaşlı həkim-narkoloq Bəhruz Kazımzadə deyir ki, xəstəxananın baş həkimi Vüqar Əliyev qayda-qanun saymır, ürəyi necə istəyirsə, o cür də hərəkət edir.
Onun sözlərinə görə, özbaşınalıqlara susmadığına görə aralarındakı mübahisələrin birində hətta baş həkim onu vurub. O da polisə şikayət edib: "Komissiya üzvlərinin yanında mənə əl qaldırdığına görə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə məsuliyyətə cəlb olundu. Sözün düzünü deyirəm deyə, məni nüfuzdan salmaq üçün söz-söhbət yayır ki, guya spirtli içki aludəçisiyəm. Halbuki, mən spirtli içki içmirəm".
B.Kazımzadə bildirib ki, mübahisələrdən biri də həkimlərin maaşından tutmalara görə olub. 270 manat maaş aldığını söyləyən həkimin sözlərinə görə, bunun da 30 manatı tutulurdu.
O, baş həkimdən Prezident Administrasiyası, Heydər Əliyev Fondu, Dövlət Təhlükəsizliyi Xidməti və başqa orqanlara da şikayət məktubları göndərib. İddia edib ki, V.Əliyev tabeliyində çalışan və onun qanunsuz əmrlərinə tabe olmayanların normal fəaliyyətinə imkan vermir: "Baş həkim olduğu halda, özü növbəyə qalıb, gecələr polislərlə reydlərə çıxır. Saxta sənədlərlə diplom alan baş feldşerə həkim kimi şərait yaradır. Komissiyanın iştirakı olmadan istənilən rəyi yazıb verirlər. Komissiya üzvlərinin əvəzinə özləri imza atırlar. Xəstəxananı bazar kimi idarə edir".
B.Kazımzadə komissiya təşkil edilməsini, şikayətlərində göstərdiyi faktların araşdırılmasını tələb edir.
Baş həkimdən narazı olan B.Kazımzadə də məhkəmədə qarşılıqlı iddia qaldırıb. V.Əliyevin onun spirtli içki aludəçisi olması, işindəki nöqsanlara görə töhmət alması barədə söylədiklərinin yalan olduğunu vurğulayaraq, buna görə təkzib verməsini, 10 min manat da kompensasiya ödəməsini tələb edib.
Lənkəran Rayon Məhkəməsi B.Kazımzadənin iddiasını rədd edib. Baş həkimin iddia tələbi isə qismən təmin olunub. Məhkəmə qərar verib ki, həkim Baş Prokurorluq, Səhiyyə Nazirliyi, Prezident Administrasiyası və başqa orqanlara əvvəlki şikayətlərinə görə təkzib məktubu göndərsin. Bundan əlavə, baş həkimə mənəvi ziyana görə 500 manat kompensasiya, məhkəmənin ekspertiza xərclərinə görə də 200 manat ödəsin.
B.Kazımzadə bu qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Amma mayın 18-də şikayətə baxan Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişməyib. Lənkəran Rayon Məhkəməsinin qərarı olduğu kimi qüvvədə saxlanılıb.
Şikayətçi həkim bundan sonra Ali Məhkəməyə üz tutmaq niyyətindədir.
Bu gün, 16:00
Nikol Putini təbrik etmədi – bu, ölümcül səhvdir! - REAKSİYA
Bu gün, 15:30
Gözlənilən proses başlayır - Əliyev “çox yaxınıq” dedi
Bu gün, 14:22
Qərb İrəvanda buna imkan verməyəcək - Ekspert danışır...
Bu gün, 13:14
Ölkəyə gələn turistlərin sayı kəskin artıb
Bu gün, 13:08
Paşinyan Putini təbrik etdi
Bu gün, 13:02
Bayram gününün hava proqnozu açıqlanıb
Bu gün, 12:52
Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT
Bu gün, 12:48
Paşinyan müharibənin vaxtını açıqlayıb
Bu gün, 11:48
"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır
Bu gün, 10:30
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gün, 10:25
Paşinyanın Azərbaycan ərazisinə səfəri Ermənistanı bir-birinə vurub – Məsələ ciddiləşir
Bu gün, 10:21
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ
Bu gün, 10:00
Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq
Bu gün, 09:48
“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı
Bu gün, 09:44
Paşinyandan diqqət çəkən açıqlama: Azərbaycanla praktiki mərhələ başlayır
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü